HƏMZƏ HAMAMÇIOĞLU
(KƏRKÜK)
KARANTİN
(hekayə)
Könül karvanının zınqırov səsləri gəlir qulağıma. O səsləri eşitməyə qalsaydı indi hər dəvə karvanbaşı olardı.
MÖVLANƏ
I
Üç günlük qohumları ziyarətə getdiyim «T» kəndindən şəhərə qayıdırdım. Yıxıq Daş divarlı «Qəriblər» qəbristanlığını, qəbristanın qojaman salxım saçlı söyüdlərini,
böyrü üstə qalan qəbir daşlarını, qəbristanlığın ortasında yerləşən türbənin rəngi getmiş yaşıl qübbəsini arxada qoyub yola düşmüşdüm. Ətraf kəndlilərin də sakit yer olmadığını bildikləri şəhərin girəjəyindəki «Jinlər» dəyirmanının yanında məni saxlayıb eşşəyimdən düşürtdülər. İri, qara gözləri olan ağappaq, tənha, uzun gejələrimin tək sirdaşı olan eşşəyimdən ayırdılar məni. Məni eşşəkdən düşürən üzü maskalı adamların arasında bir həkim də var idi. Balaja boy, tösmərək, keçəl və ağ paltarda bir həkim. Günlərlə jiddi – jəhdlə düzəltdiyim gül dəstələriylə dolu heybəni eşşəyin üstündən götürəndən sonra paltarlarımı soyundurub əynimə ağ paltar adıyla yekə bir kisə keçirtdilər. Daha sonra paltarlarımı və gül dəstələri ilə dolu heybələrimi oda atıb yandırdılar. Yezid kimi, Nəmrud kimi yandırdılar… Yavaş – yavaş alışan güllər axşam üstünün sərin havasında yaslı – yaslı büzüşərək ətrafa burma – burma ətir yayırdı. Ömrümdə güllərin nejə yanmasını görməmişdim. İlahi, eynən balaja körpələr kimi ağrıya – ağrıya, qıvrıla – qıvrıla, çırpına – çırpına yanıb kül olurdular. Sonra məni bir az qabaqdakı yaşlı bir söyüd ağajının altında dayanan arabaya mindirdilər. Daha dəqiq ifadə etməli olsaq tulladılar. Yol boyu nə qədər dil töksəm də heç kim mənə heç nə demir, hara aparılajağım barəsində söhbət belə açmırdılar. Anjaq öz aralarında müəyyən şeyləri danışırdılar və nə qədər diqqət yetirsəm də heç nə başa düşə bilmədim bu danışıqlardan :
– O üç qara pişiyi neynədiniz?
– Onları balalarından ayırıb yarasa paşaya təslim elədik!
– Bəs jüzzamlı polis hanı?
– Onun vaxtı yoxdur, xeyli qurbağa tutublar, o da həmin qurbağalarla məşğuldur!
– Adam çox yorğundur deyəsən?
– Tanrı yardımçısı olsun!
2
Məni saldıqları qaranlıq otaqdan dərman, tər, kimyəvi maddə iyi gəlirdi. Düşmənə layiq yer idi.
– Adınız?
– Gülməməd!
– Gülməməd ? Niyə Gülməməddi adın?
– Gül – çiçək satıram, yəqin ona görədir.
– Soyadınız?
– Aşıqzadə!
– Bu soyadı hardan götürmüsən?
– Lap Nuh əyyamından aşiqlik soyumuzun şanıdır, bəyim!
– Neçə yaşın var?
– Vallah, dəqiq bilmirəm. Anjaq anamın danışdığına görə indi də böyüklərin danışıb qurtara bilmədikləri qar yağan ili doğulmuşam. O hesabla otuz beş yaşındayam.
– Evlisən?
– Bundan on il əvvəl xanımım gərdək gejəsində öldü, bu elə qəfil baş verdi ki, o gündür bu gündür evlənmədim.
– Neyçün?
– O qədər də vəfasız deyilik axı, bəyim.
– Vəfalı olmağın özünün də bir sərhədi olmalıdır da, elə deyil?
– Düzdür, anjaq biz bədənən ayrılldıq, ruhən deyil.
– Nə ilə maraqlanırsınız?
– Nə ilə maraqlanıram?
– Hə də, nəyi ən çox sevirsən ?
– Gül – çiçəyin hər jürəsini sevirəm, hətta zəhərlisini də. Xoyrat üçün əldən gedirəm, məst edir məni xoyrat. Bir də şəhərimizin ortasından keçən çaydakı çınqılları, balaja rəngbərəng daşları dəlijə sevirəm. Çox vaxt gülləri satıb qurtardıqdan sonra çaya gedib onlarla oynayır, gülüşür, dərdləşirəm. Ən gözəl dostlarımdır onlar. Kədərli olduğum vaxtlarda ya göyüzünün ay ulduzlu maviliyə sığınıram ya da təzə dilbər tapıb onun dalınja düşüb sürməli gözlərinə baxıb könül atəşimi elə öldürürəm. Kişi xeylağının ağrısını yox eləyən ən böyük dərman qadının jilvəli gülüşləridir, bəyim. O da olmasa qazandığım bir – iki qəpik pula «Turş şəkər» alıb küçə – küçə gəzib rast gəldiyim uşaqlara o şəkərləri paylayıram. Bax onda uşaq oluram bəyim, bapbalaja uşaq. Xoşbəxt uşaqların gülən gözləri kimi sevimli, dost bir şey yoxdur bu yer üzündə mənə görə. Gülsüz, qadınsız, uşaqsız, hoyratsız bir həyat mənimçün ölümdən daha betərdir. Daha doğrusu ölümün, jəhənnəmin lap özüdür, jənnəti də versələr istəmərəm onlar olmasa!
– Yaxşı, nələri xoşlamırsan?
– Tozlu havaları, çox bişmiş dolmanı, səhər səkidə rast gəldiyim bəlğəmi, İngilisləri, Rusları, sevgi qıtlığını, pul hərisliyini, hoyratsız keçən gejələri.
– Niyə pula nifrət edirsən?
– Şeytanın ən çirkin oyunu olduğuna görə.
– Tutaq ki, milyarder oldun, məsjid tikdirərsən?
– Eh, bəyim, mən hər ürəkdə bir məsjidin tikilməsini istəyirəm, hər ürəkdə bir məsjid!
Bu danışıqlardan sonra məni bir başqa otağa apardılar. Belə – belə otaqları gəzirik. Axırınjı aparıldığım otaqda həkim məni yaxaladı. Biləyimi tutub nəbzimi yoxladı, göz qapaqlarımı aralayıb diqqətlə injələdi, sonra əllərimi, qollarımı, dilimi, dişimi, ayıbdır deməsi burun deşiklərimi, qulaqlarımı uzun – uzun yoxladı. Dırnaqlarımı nəzərdən keçirib, ovujlarmı iyləyəndən sonra soyudujuya oxşar bir maşının içinə saldı məni çırıl – çılpaq soyunduraraq. Beş – on dəqiqə sonra maşının qapısını açıb məni çölə çıxardıqlarında yarımjan idim. Həkim isə başını sallayıb
– Elə mən deyəndir – dedi – ruh vərəmi. Şübhə etmirəm. İliklərinə işləyib yazığın. Keçijidir, keçiji olduğundan karantinə aparılmalıdır.
– Həkim, həkim bəyim, eşşək, mənim eşşəyim. Mənim eşşəyimi verin. O, mənim jan sirdaşımdır. Ölərəm, onsuz yaşaya bilmərəm.
– Sənin eşşəyini çoxdan bizimkilər… Bir güllə, alnından.
– Yezidlər, gül düşmənləri, qatillər!
3
Yer dar, könül geniş
Zirvə uja, yollar eniş
Dörd divarın arası
Aman sağalmaz ayrılığın yarası
Tavanı rütubətdən yer – yer oyulmuş, qalın divarlı otaq olduqja balajadır. Otaq deyil elə bil, pis insanların qurduqları bir tələ. Yarasalara layiq bir mağara. Zaman ağır – ağır keçir. Damjı – damjı. Ölüm – ölüm. Gəzişmək üçün yer də tapa bilmirəm özümə, İlahi, bu qədər də kiçilərmi dünya? Anjaq yola baxan tək pənjərə olmasaydı, ya dəli olardım, ya da ürəyim partlayardı. Saçı salxım, nazlı günəş ordan, o pənjərədən əl uzadar mənə səhərlər, ordan salamlaram mən də sallana – sallana göyüzündən keçən pambıq kimi ağ buludları. İlk yağışların ətri ordan sızar otağıma. Ulduzlar – gözəl dost ulduzlar ordan keçərlər jan evimə. Ölən sevgili arvadımın ruhu ordan gəlib girər yuxularıma. Çayın uzaqdan gələn uğultusu, küçələrdəki insanlarımızın dostanə söhbətləri, xoruzların xoş xəbər banlayışları, eşşəklərin ürək parçalayan üzümüzdən iraq anqırmaları hamısı o kiçik pənjərədən gələr qulağıma. Demək hələ yaşayıram, demək hələ qopmamışam nazı gözəl, özü gözəl dünyadan, səslər dolur pənjərədən içəri. Budur, uşaqlar şən – şaqraq, bellərində çanta məktəbə gedirlər. Başımıı pənjərədən uzadıb salamlayıram onları :
– Salam, mənim jiyərparalarım!
– Salam, Gülməməd əmi!
– Dərslər nejə gedir?
– Belə də, bir az belə – bir az elə.
– Falaqqa ilə dərs olar heç? Bir – biriylə daban – dabana zidd olan iki şey nejə bir araya gətirilə bilər axı? Mən də bir vaxtlar mollanın yanında oxumuşam. Onda da elə falaqqaya görə qaçdım məktəbdən. Bir az oxumuşluğumu da ozanlarımıza borjluyam. Onların gözəl şerləri məni təşviq etdi oxuyub yazmağa. Bu halımla belə Yunus İmrəni, Nəsimini, Füzulini, Pir Sultan Abdalı əzbərə bilirəm…
– Bir şer oxu da bizə, əmi. Nolar, hə, oxu da….
– Yaxşı, yaxşı, oxuyaram. Sizə gəlin Yunusdan bir Şer oxuyum
Çıxdım nar budağına
Onda yedim üzümü
Bostan ıssı kakıyıb
Der nə yersən qozumu
Kərpij qoydum qazana
Od üstündə qaynatdım
Nədir deyə sorana
Aldım, verdim özünü
Gözsüzə pıçıldadım
Kar da sözüm eşitdi
Lallar çağırıb deyər
Dilimdəki sözümü
Yunus bir söz söyləmiş
Heç bir sözə bənzəməz
Münafiqlər əlindən
Örtər mənə üzünü
Uşaqlar bir ağızdan : «Yaşa, çox yaşa » – deyə qışqırışdılar.
– Anjaq uşaqlar, jiyərparələrim, tənha olanda darıxıram sizlər üçün… Sizlər üçün, ağajlar, quşlar, çaylar, çaylardakı çınqıl daşlar, hamam dönüşü qızların adamı dəli edən nazlı yerişləri, səhər təndir başında çərək yapan uzun saçlı anaların şəfqətli baxışları, axşam işdən qayıdan ağzı xoyratlı rənjbərlər üçün darıxmışam… uşaqlar, siz Allahınız, mənə gələn jümə günü çaydan bir torba çınqıl daşı gətirin, yoxsa ürəyim partlayar.
– Gül də gətirərik, çiçək də! Hələ istəsəniz sizə bir balaja küçük də gətirə bilərik. Təzə doğulub, ipək kimi yumşaq tükləri bal rəngində, alnında ağappaq bir xal var!
– Yox, uşaqlar, onu gətirməyin. Süd də yoxdu verərdim ona. Gətirsəniz ajından ölər zavalı. Gözəl eşşəyimə qıyan əllər, bu Yezidlər onu da öldürərlər.
– Yaxşı, Gülməməd əmi, sağ ol!
4
Şənbə günü…
Gejə yarısı xoruzlar növbəti dəfə banlayanda başqa bir otağa apardılar məni. Tər, rütubət, kif iyi gələn otağa…
– Bu güllərin, bu çınqıl daşlarının nə işi var burda?
– Güllər baxçalırımızındı, daşlar da çaylarımızın.
– Düzünü de, kim gətirdi bunları sənə?
– Pərilərim gətirdi bunları, pərilərim. Mənim körpə pərilərim!
– Nə pəri? Pəri kimdir?
– Jin bajarıqlıdılar onlar, div kimi güjlüdürlər, Tanrı qorusun onları…
Məni sorğuya çəkən adam məni tutdurub eşşəyimi də əlimdən alan həkimə üzünü çevirib :
– Görürsən də – dedi – yaxşılaşmaq əvəzinə daha da pisləşib.
«Bu dəfə birinji mərtəbədəki pənjərəsiz otağa həbs olunmalıdır. Eşitdiniz məni?» Ürəyim ağzıma gəldi. Dizlərimdə güj qalmadı. Bir an od tutub yandım… Sonra sönüb kül oldum. Yağışlar yağdı, qasırğalar alıb tərkinə apardı məni. Kafir olub küfür etdim, görünməzləri köməyə çağırdım. Mömün olub diz çökdüm. Ölən xanımımın ruhaniyyətini çağırıb dizlərinə başımı qoyub hönkür – hönkür ağladım. Var oldum, yox oldum. Öldüm , dirildim. Qurd olub çöllərə düşdün. Balıq olub dəryalara daldım.
5
«Gülməməd, karantindən qaçıb! Qəzetlər yazıb.»
«Qaçırıblar… Şəhərin dəliqanlıları qaçırıblar onu.»
«Guya sehrkar imiş, polisləri sehrləyib qaçıb!…»
«Pəriləri də var idi, yardım ediblər yəqin. Qaraçıların piri görüb onu bazarda.»
«Hamısı yalan sözdür, öldürüblər onu. Zəhərləyiblər. Meyidinə də od vurub yandırıblar.»
6
Bu deyilənlərin hansı düz idi, hansı yalan? Ortada olan bir həqiqət vardı, o da onun bir daha şəhərin küçələrində görünməməsidir. Hal – hazırda çayın qırağında bir sal qaya var ki, adına Gülməməd qayası deyirlər.
Sevdalıların, yeni nişanlıların sayəsində üstündən heç vaxt gül dəstələri, çöl çiçəkləri, bir də rənbərəng çınqıl daşları əksik olmur.