21 Kasım 2024

 Edqar Allahn Po.

Edqar Allan Ponun qaranlıqdan qorxduğunu artıq hamı bilir. Bəs bu qorxunun hardan yarandığını necə, bilirsinizmi? Bu qorxunun mənbəyi təhsil həyatının qəbiristanlıqla bağlı olmasındadır. Ponun İngiltərədə oxuduğu internat məktəbin direktoru çox xəsis adam idi və bunun  əziyyətini uşaqlar çəkirdi. Qəribəliklərdən biri də bu idi ki, riyaziyyat müəllimləri uşaqlara hesab öyrədərkən baş daşlarına yazılmış ölüm və doğum tarixlərini hesablamağı tələb edirdilər. Məktəb adamlarından biri öldükdə isə xərc olmasın deyə onun məzarını qazmağa uşaqları da aparırdılar. Bütün bunlar Ponun canında əbədi bir qaranlıq qorxusu yaradıb.

Virginia Vulf

Virginia Vulf həyatı boyu heyvanlara xüsusi maraq göstərmişdir. Bu sevgi o qədər güclü idi ki, o bacısına “Yunus” ləqəbi qoymuşdu. Bacısı da onu “Keçi” adlandırırdı. Onun ilk yayımlanan mətni də ailəsinə məxsus olan itə həsr edilmiş yazı idi. Wulf dələ, ipək meymunu və Yakobi adlı bir siçan ilə birlikdə yaşayırdı.

 Frans Kafka

 Professor Peter Draker, 2002-ci ildə nəşr olunan kitabında, zəruri təhlükəsizlik cihazı sayılan dəbilqənin Kafka tərəfindən icad edildiyini iddia edirdi. Bundan əlavə, Bohemiya İşçilərinin Qəza Sığortası İnstitutunda işləyən Kafkanın, institutda işlədiyi zaman dəbilqə hazırladığı və hətta işçiləri bundan istifadə etməyə  məcbur etdiyi bildirilir. Bunun nə qədər dəqiq olduğu bəlli deyil, ancaq Kafkanın Amerika Təhlükəsizlik Assosiasiyası tərəfindən qızıl medala layiq görüldüyü bəllidir.Bu da onun, doğrudan da, təhlükəsizlik dəbilqəsi icad etdiyini göstərir.

 Ernest Hemenquey

Anasının bəzi düşüncələrinə görə Heminquey uşaqlığını bir qız kimi keçirmişdir. Anası onu kiçiklikdən hətta bir qız kimi geyindirirdi. Heminquey, böyük bacısı Marselə tay olmaq üçün bir müddət belə qız kimi böyüməli oldu. Saçını da qız saçı modelində kəsən anası, Heminqueyi qonşuları və dostlarına qızım ‘Ernestine’ deyə tanıdırdı.

Vilyam Folkner

Folkner Mississippi Universitetinin poçt direktoru işləyir və vəzifəsindən çox sıxılırdı. Ona görə də o, bəzən insanların göndərdiyi məktubları zibil qutusuna ataraq müştərilərlə ünsiyyətdən qaçırdı. Ünsiyyət qurmaq məcburiyyətində qaldıqda isə, müştərilərlə kobud davranırdı. Bir müddət sonra, onu yoxlamağa gələn məmura Folkner istefaya çıxmaq istədiyini deyərək, bu işdə qazandığı təcrübəni aşağıdakı sözlərlə ifadə edir: “Əminəm ki, pul mövzusunda ömrüm boyu insanların gözünün içinə baxacağam, amma şükür ki, bir kağız almaq üçün əlində iki qəpik tutan hər gədənin gözünə baxmağa məcbur olmayacağam. “

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir