Çin
Sosial konfliktlər diyarı böyük Çin, sən demə, o qədər də güclü deyilmiş. Ölkənin şəhər və kənd sakinləri arasında dəhşətli iqtisadi uçurum hər il daha da artır. Çində sənayenin sürətli böyüməsi səbəbindən içməli su və münbit torpaqlarda ciddi bir çatışmazlıq var. Bundan əlavə, ÇXR-də son onilliklərdə separatçılıq hisləri tibetlilər, monqollar və uyğurlar arasında fəal şəkildə “çiçəklənməyə” başlayıb.
Simali Koreya
Şimali Koreyanı xoşagəlməz bir aqibət gözləyir. Bir neçə onillikdir ki, ölkə praktik olaraq siyasi və iqtisadi təcrid vəziyyətindədir. KXDR-də nüvə silahı baxımından vəziyyət yaxşı olsa da, burada qidanın vəziyyəti elə də yaxşı deyil. Aclıq, isə heç kimə mərəhəmət etmir. Belə ki, yaxın gələcəkdə hazırkı diktaturanın devrilməsi və Şimalın, Cənubi Koreyadakı qardaşları ilə qovuşması ehtimalı çox böyükdür.
İspaniya
İspaniya, Qərb dünyasının ən mübahisəli və zəngin tarixə malik ölkələrindən biridir. Keçmişdə o, Roma İmperiyası, Bizans, ərəblər və fransızların təsirində olub. Burada əsrlər boyu dəhşətli vətəndaş müharibələri davam etdi. İndi İspaniyanı adlanan bu dövlətin rəngarəng və çoxçeşidli olması heç də təəccüblü deyil. Futuristlər və iqtisadçılar hesab edirlər ki, ötən ilin oktyabr ayında Kataloniya hakimiyyəti tərəfindən keçirilən referendum, əslində İspaniyanın sonunun başlanğıcıdır.
Kanada
Kanadadakı “ingilislər” və “fransızlar” arasındakı müharibə yarım əsrdir ki, davam edir. Buna baxmayaraq, Kvebek əyalətinin fransız dilli əhalisi Qərb yarımkürəsində öz “balaca Fransa”sını yaratmaq fikrindən əl çəkmir.Yəqin ki, tezliklə ağcaqayın sirabı tamamilə başqa bir ölkənin simvolu olacaq.
Belçika
Avropa Birliyinin ortasında qəribə də olsa bir uyğunsuzluq var. Ölkənin şimal və cənub ərazilərinin sakinləri dillərinə, mədəniyyət və gəlir səviyyələrinə görə fərqlidir. Buna görə də, iqtisadi inkişaf etmiş şimal hissə tezliklə cənub üzərində hakimiyyət əldə etməyə çalışacaq.
Fələstin
İsrail dövlətinin çox gec qurulmasına baxmayaraq, o aktiv şəkildə fələstinlilərdən torpaqları zəbt edir. Vəziyyətdən belə görünür ki, “müqəddəs torpaq” nəhayət israillilərin hakimiyyəti altına keçəcək.
Haiti
Haiti, haqlı olaraq Amerikanın ən kasıb ölkəsi hesab olunur. Daimi təbii fəlakətlər, dövlət çevrilişi və aclıq buradakı vəziyyəti daha da ağırlaşdırır. Növbəti on ildə ölkənin sadəcə yox ola bilər. Başqa bir variantda isə, Haiti adadakı daha firavan “qonşusu” Dominikan Respublikasının bir hissəsi olacaq.
Hollandiya
Lalələr və qanuni marixuana ölkəsində də vəziyyət yaxşı deyil. Hollandiyanın əsas düşməni Şimal dənizidir. Bu dövlətin bütün tarixini, insanla təbiətin inadkar mübarizəsinə bənzətmək olar. Təəssüf ki, insanların əzmkarlığına və elmi tərəqqiyə baxmayaraq, ölkə yavaş-yavaş və inadla yoxluğa doğru gedir.
Maldiv adaları
Eyni bədbəxtlik Maldiv adalarını da bərbad edə bilər. “Hind okeanının incisi”, “yer üzünün əsil cənnəti” adlandırılan bu yer təəssüf ki, tezliklə bu suyun altında əbədi yox olacaq. Ölkə hökuməti torpaq almaq və dövləti başqa yerə köçürmək variantını üzərində ciddi şəkildə düşünür.
Böyük Britaniya
Dumanlı Albionda da separatçı ruh hökm sürür. Böyük Britaniya bir vaxtlar günəşin heç vaxt batmadığı nəhəng bir imperiya idi. İndi o, Avropanın şimal-qərbində kiçik bir ada dövlətidir. Bundan əlavə, Şotlandiya, Uels və Şimali İrlandiya sakinləri uzun müddətdir ki, müstəqillik əldə etmək arzusunda idilər.
İklim.az