24 Kasım 2024

Sputnik saytında yayımlanan erməni həyasızlığına cavab

Janna Poğosyan adlı erməni jurnalistin SPUTNİK saytında dərc etdirdiyi bir məqalə diqqətimi çəkdi. Məqalədə mənim doğulub böyüdüyüm ata-baba yurdum, bir zamanlar Qazax mahalına aid olan Karvansara rayonunun Haqqıxlı kəndindən danışılır.  1991-ci ildə Ermənistan hakimiyyəti Haqqıxlı adını dəyişdirib Hovk ilə əvəz edib. “Azərbaycanlılar arasında yaşamış yeganə erməni” başlıqlı yazıda söhbət   1956-cı ildə Dilican şəhərinə bağlı Ağarzin kəndində doğulmuş erməni Aşot Qasparyandan gedir. Məqalənin yarısı boyu axtarışına çıxılan ot yığmağa gedən Aşot böyük cəhdlərdən sonra tapılır.Müəllifin rus dilini bilməsinə şübhəmiz yoxdu. Amma jurnalistikada qeyri peşəkarlığı aydın gözə çarpır. Quru ot tədarükündə işlənən ot sözü “trava “deyil “seno” olması hər kəsə bəllidi.Məqalədə bu bu incəliklər və  məqsəd unudularaq həcmi artırmaq üçün sözçülüyə varılır. Bu təkzibi yazmaqda mənim məqsədim   erməni Jannanın peşəkarlığını qiymətləndirmək deyil.Müəllif məqalədə Aşotla olan dialoqu verir.Aşot, əslən Haqqıxlıdan olmadığını, Dilican şəhərinin Ağarzin kəndində doğulduğunu deyir.Guya onun xalası bu kəndə ərə gəlmiş və burada yaşamış və uşağı olmadığından Aşotu övladlığa götürmüşdür.Yəni, Aşot guya Haqqıxlıda böyümüşdür.Onun dediyinə görə bu kəndə daha bir neçə erməni qadını gəlin gəlmişdir.Məlum 1988-ci illər hadisəsində isə guya humanist Aşot haqqıxlıları xilas etməyə hazır olduğunu demiş.Amma bu imkansız olduğundan haqqıxlılara kömək edə bilməmiş, onlar saxta Ermənistandan çıxarılaraq Azərbaycana üz tutmuşdur.Aşotun sözlərinə görə guya erməni ailələri –yəni qarışıq haqqıxlılar Gürcüstana üz tutmuşlar.Bu məqalə tamamilə yalan, iftira dolu, məqsədyönlü şəkildə dünya ictimaiyyətinin fikrini yayındırmağa , erməni xislətini dünyaya sırmağa xidmət edir.

  Mən özüm əslən Haqqıxlıdanam, orda böyümüşəm,  bizim kənddə uzunmüddətli daimi sakin kimi heç bir erməni yaşamamışdır. Yaşasalar da müvəqqəti iş təyinatı ilə bağlı yaşamış və işləri bitdikdə isə çıxıb getmişlər.Kəndimizdə yeganə erməni gəlin isə Böyük Vətən Müharibəsi iştirakçısı Satenik Muradyan olmuşdur. Onun da erməni olduğunu kənddə hiss edən yox idi, xoş xatirələrlə xatırlayır.Satik xala  kəndimizə ərə gəlmiş və deyilənə görə müsəlmanlığı da qəbul etmişdi. Aşot məsələsi isə yalanla dolu iftiradır. Oxucu bu yazıda sensasiyon bir şey olmadığını deyib dodaq da büzə bilər. Amma gəlin araşdıraq.Erməni hara ayaq basır, orada bir erməni izi buraxmağa çalışır.Mən bunu Dərbənddə Din və din tarixi muzeyində muzeyə sırınmış xaç tarixi abidəsində də gördüm.Guya ermənilər Dərbəndin 5 km.-liyindəki bir kənddən erməni kilsəsinin qalıqlarından olan bir xaç tapmışlar.Əslində, ermənilər bizim alban mədəniyyətimizi mənimsəyərək özləri üçün xeyli tarix yarada bilmişlər.Bəlkə də biz alban tariximizi xristiyanlıqla bağlı olduğundan utandırıcı bir hadisə kimi qəbul edərək  bu tarixi gizlətməyə çalışmışıq.Erməni də bu fürsətdən yararlanıb tarixi abidələrimizə sahib çıxmışdır.Dərbənddə Köhnə şəhər divarlarının yaxınlığında yeni tapılan kəhrizin yanında ermənicə yazılmış baş daşının olması iddiası kimi indidən oraya quraşdırılmış bir qəbir daşı qoyublar.Heç düşünməyiblər ki, kəhris, su xətti olan yerdə qəbir ola bilməz.Su əsla qəbir olan yerdən çəkilə bilməz. Bəlkə də bunu düşünməyə heç vaxtları olmayıb.  Dərbəndlilər isə hələ də bizim kimi bunun nə qədər ciddi olduğunu görmürlər və ya fikir vermirlər.

Yenə də kəndimizlə bağlı hadisələrə qayıtmaq istəyirəm. Kəndin yuxarı hissəsində, yəni şimal-qərbində İvana adlanan dağda Pir adlı yer vardı.Pirdəki abidənin hələ sovet dövründə arxeoloqlar tərəfindən azı 2500 il tarixə malik olduğu qeyd olunurdu. Bu yaxınlarda ora köçən ermənilər həmin Pir abidəsinin kənarlarındə hücrələr tikmiş  və xaçlar  əlavə etmişlər. Maraqlı burasındadır ki, kənd ərazisində olan alban tarixi abidələrinə o qədər girişmirlər.Çünki hansı daşı qaldırsa oradan türk izi çıxır.

Əziz oxucu, məni narahat edən o abidələrdən çox ermənilərin fəaliyyətidir. Jannanın bu günki məqaləsinin arxasında sabah Haqqıxlı kəndində ermənilər yaşayırdı fantaziyası durur.Yalan və məkrli təsdiq. Yəni, guya ermənilər də türklərlə (Azərbaycan türkləri) birgə bu kəndin sakinləri olublar.

Buradan Janna Poğosyana səslənirəm, siz Haqqıxlıda erməni sakini axtarırsınız. Mən bildiyim erməniləri mən deyim siz qeydə alın. Hamayak- quldur dəstə başçısı. Haqqıxlı kəndinə hücumu təşkil edərək dinc əhaliyə basqınlar etmiş.Kəndin ağsaqqallarından ikisini qətlə yetirmiş. Bunlar yol kənarında dəyirman və yol üstü  çayxana, dükan işlədən Molla Nəbi və onun qonşuluğunda dükan işlədən Məşədi Salman olmuşdur.Həmin Haqqıxlıda Danarğan deyilən ərazidə 156 qızı gəlini,uşağı və silahsız adamları tövləyə doldurub üstünə bomba atıb partladıb. Burdan iki nəfər qaça bilib.Sonra həmin daşnaksütun partiyasının fəal üzvü Hamayak sovet tərəfə keçir, kommunist olur və Haqqıxlı kəndinə artelə sədr göndərilir.Danarğan qırğınından qaça bilənlər üstündən 12 il keçməsinə baxmayaraq onu tanıyırlar, kimliyini sübut etsələr də təəssüf ki, rayon  RPK-si onu müdafiə edir.Bir müddətdən sonra isə oradan uzaqlaşdırılır. Hayasızlığın dərəcəsinə baxın.Buyurun, Janna Poğosyan mən sizin bir Hamayakınızı dedim, onun da etdiyi vəhşilik olan Danarğan genosidi isə bir kitaba sığmaz.

 Mən əminəm ki, eyni uydurmalar saxta ermənistan ərazisində qalan digər türk kəndləri (azərbaycanlı) üçün də yazılır və “humanist” erməni aşotların obrazı timsalında dünyaya yayılır.  

Elli Atayurd

2 thoughts on “Həddini aşan erməni goreşənliyi

  1. Mən də əslən Haqqıxlı kəndindənəm.Son bir neçə ildə ermənilər kəndimizin ərazisində yerləşən, bizim camaatın 100 illərlə “Pir” deyə tanıdıgı və ziyarət elədiyi qədim yarıuçuq tikilinin fotolarını paylaşırlar. Kənddə yaşamış məni kimi nisbətən yaşlı əhalinin nümayəndələrı təəccüb və təəssüf hissi ilə gördülər ki, erməni saxtakarlar ora bir xaç daş düzəldib, qoyublar.
    Mən əminəm ki, ermənistanda saxta”tarixi daşlar” düzəldən emalatxanalar, karxanalar var. Hec şübhə etmirəm ki, onlar kəndimizin ərazisində olan qədim tikililərin həyətində də “erməni tarixinin izlərini” quraşdırırlar.Nəinki bizim kənddə, həmcinin bütün işğal etdikləri Qərbi Azərbaycan, Qarabağ torpaqlarında eyni dəst-xəttlə uydurma”tarix” toxuyurlar.
    Janna Poqosyanın məqaləsi başdan-ayaga həqiqətdənkənar
    erməni saxtakarlığindan ibarətdir. Haqqıxlida heç vaxt Asot adlı (humanist?) erməni yaşamamısdır.
    Kəndimizdə,ümumiyyətlə, daimi erməni sakin olmayib heç vaxt.
    Həmkəndlim Elli Şükurə də ğöstərdiyi təəssübkeşliyə və vətəndaş qeyrətinə ğörə təşəkkürümü bildirirəm.
    Dərbənd dərdimiz də böyük bir müzakırə və fəaliyyət tələb edir.
    Laqeydliyimiz bizə çox baha basa gəlir…

  2. Mən də əslən Haqqıxlı kəndindənəm. Son bir neçə ildə ermənilər kəndimizin ərazisində yerləşən, bizim camaatın 100 illərlə “Pir” deyə tanıdığı və ziyarət etdiyi qədim yarıuçuq tikilinin fotolarını paylaşırlar. Kənddə yaşamış mənim kimi nisbətən yaşlı əhalinin nümayəndələri təəccüb və təəssüf hissi ilə gördülər ki, erməni saxtakarlar ora bir xaç daş düzəldib qoyublar. Mən əminəm ki, ermənistanda saxta “tarixi daşlar” düzəldən emalatxanalar, karxanalar var. Hec şübhə etmirəm ki, onlar kəndimizin ərazisində olan qədim tikililərin həyətində də “erməni tarixinin izlərini” quraşdırırlar. Nəinki bizim kənddə, həmçinin bütün işğal etdikləri Qərbi Azərbaycan, Qarabağ torpaqlarında eyni dəst-xətt ilə uydurma “tarix” toxuyurlar. Janna Poqosyanın məqaləsi başdan-ayağa həqiqətdənkənar erməni saxtakarlığından ibarətdir. Haqqıxlıda heç vaxt Aşot adlı “humanist” erməni yaşamamısdır. Kəndimizdə, ümumiyyətlə, daimi erməni sakin olmayıb heç vaxt. Həmkəndlim Elli Şükürə də göstərdiyi təəssübkeşliyə və vətəndaş qeyrətinə görə təşəkkürümü bildirirəm. Dərbənd dərdimiz də böyük bir müzakirə və fəaliyyət tələb edir. Laqeydliyimiz bizə çox baha başa gəlir…

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir