21 Kasım 2024

Boşuna deməyiblər ki, insanın beyni qocalmır.Beyin qocalmırsa, demək bədəni də yaxşı idarə edir və bədən də gec qocalır, ölüm uzaqlaşır. Ömrünü elmə, düşüncəyə sərf edən insanları  yormağa həyatın gücü çatmır.Bunu, bu gün 107 yaşı tamam olan məşhur şumeroloq Muazzez İlmiyə Çığ öz yaşamı ilə sübut edir.

Çoxsaylı araşdırmaları və əsərləri ilə dünyada məşhur olan şumeroloq alim, tarixçi Muazzez İlmiye Çığ 20 iyun 1914-cü ildə Bursada anadan olaraq, Qurtuluş Savaşı dövründə ailəsi Çorumda, daha sonra isə Bursaya yaşadı. Fransız dili və skripka dərsləri aldı. 1926-cı ildə Qız Müəllimlər Məktəbinə daxil oldu. 1931-ci ildə məzun olan Çığ, Əskişəhərə təyin edilərək atası kimi müəllimliyə başladı.

Atatürkün istəyi ilə 1935-ci ildə Ankara Dil və Tarix-Coğrafiya Fakültəsinin Sümerologiya şöbəsinə daxil oldu. 1940-cı ildə məzun olan Çığ, İstanbul Arxeologiya Muzeyinə göndərildi. Burada şumer, akkad və hitit dillərində mixi sənədlər arxivi yaradaraq kataloq tərtib etdi. Filadelfia Universiteti Muzeyi Tabletlər şöbəsinin müdiri, prof. Kramerlə birgə işi ilə Şumer ədəbiyyatına yeni mövzular gətirdi və yarımçıqları tamamladı.

1940-cı ildə eyni məktəbdə oxuduğu Kamal Çığ ilə evləndi. Qızı Yülmen və  Esin dünyaya gəldi.

1960-cı ildə Heidelberq Universitetindən aldığı dəvətlə 6 ay burada araşdırma apardı. 1965-ci ildə Romada Hitit sərgisinə rəhbərlik etdi və sərgini Londona apararaq qısa müddət burada araşdırma ilə məşğul oldu.

1972-ci ildə Arxeologiya şöbəsindən təqaüdə çıxdı, lakin araşdırmalarını davam etdirdi. Çığ 1988-ci ildə Filadelfiya Asuroloji Konqresinə qatıldı və prof. dr. S. N. Kramerin “Tarix Şumerdən Başlayır” kitabını tərcümə etdi.

Muazzez İlmiye Çığ 2000-ci ildə Fəxri Doktor adına layiq görülmüşdür.

Şumer və Hitit mədəniyyətlərinin ən əhəmiyyətli tədqiqatçılarından biri olan Muazzez İlmiyə Çığ, on üç kitab və bir çox elmi məqalə yazdı. Bir çox mükafat alan şumeroloq hələ də elmi işlərini davam etdirir.

Həyatına nəzər saldığımız məşhur alim, “Uşaqlığımı dünən kimi xatırlayıram. Həyatda istədiyimə nail oldum, edə bilməyəcəyim heç bir şey yoxdur. Atatürkün dediklərini etdim, indi də edirəm. Çalışdım, çalışmaqdan heç vaxt yorulmuram, ” deyir. Araşdırdığı, bilinməyən tərəflərini müasir dünyaya təqdim edən alimə, sanki qədim şumerlərin möhtəşəm ruhları güc verir ki, şanlı tarixin daha dərinliklərinə ensin və daha əngin bilgiləri əldə etsin.

Dəyərli alimin əsərləri bunlardır: “Quran, İncil və Tövratın Şumerdə mənşəyi” (1995), “Şumerdən Ludingirra – zaman tunelində səyahət” (1996), “Şumer yazılarına və arxeoloji tapıntılara görə Həzrət İbrahim” (1997),   İnanna Sevgisi / Şumerdə inanc və müqəddəs evlilik (1998), “Zaman tuneliyle Şumerə səyahət” (1998), “Hititlər və Hattuşa / İştarın qələmindən” (2000), “Gilqamış / Tarixdəki ilk kral  qəhrəmanı” (2000), “Orta şərq mədəniyyət İrsi” (2002), “Orta şərq mədəniyyət irsi 2” (2003) ), “Şumer heyvan  nağılları” (2003), “Bolluq kultu və məbəd fahişəliyi” (2004), “Vətəndaşlıq reaksiyalarım” (2004), “Atatürk Düşüncəsi “ (2005), “Şumer tufanı / Tufanda Türklər” (2008)

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir