03 Aralık 2024

esse


Bu mənim köhnə evim deyil, nə zamansa və ya heç vaxt olmayıb.
Bura bir qumsaldır. Sonsuz bir qumsal. Qumsalın torpağa doğru olan yerində
bir neçə kol-kos bitmişdi, bir neçə xırda çör-çöp…
Baxıldığında, uzaq bir küncündə, bu qumsalda necə təpə ola bilərsə
elə bir yerdə, sahilin təpələrində sığınacaq vardı… Sanki yağışlı bir gündə
birlikdə getmişdik. Əllərimi çətir kimi başının üstündə tutmuşam…
Mənim əllərim onun başının üstündə, onun əlləri yağışlı sahili qoruyurmuş kimi irəli
uzanmış, uzadılmış, yağışı tutmamaq üçün yox, yağışı yeyinləşdirmək
üçün. Çünki ancaq belə yaxınlaşacağınızı düşünərək və aradabir ovuc içlərini yuxarıya doğru açaraq…

Çünki o, özünü duaya həmişə belə hazırlamışdı, ovuclar yuxarı, gözlər
yarıaçıq, yağış damcıları yanağından üzüaşağı süzülərkən bir öpüşün yumşaqlığı ilə
qıvrılan üz cizgiləri yalvarışın ən dərin mənasını ifadə edirdi özündə…
Qarşılıqlı gözləyirik.
Qarşılıqsız gözləyirik.
Nə deyəcəyimi bilmirəm.
Və mənim sözləri sığdıra biləcəyim cümlələrim artıq çoxdan məhv olub…
Daxma yerində durur.
Daxmanın içərisində gözəgörünməyən bir əl sobanı qalamışdır.
Sobanın istisi yağış plaşımızın üstündən damcılayan damlalarda
əks edir, damcıları buxarlandırır.

Neçə vaxtdır, o daxmanın və o qumsalın uzaq, ucsuz-bucaqsız sahilində dayanırıq,
bilmirəm.
Əllərimiz biri-birinə dəymədən keçib gedən, ovucumuzdan axıb gedən illərə
baxırıq. O müddətdə nə qədər göy tarlalar əkildi biçildi.
– Gülümsə, dedi, gülümsə ki, yolumuz işıqlansın…
Sahildə ayaqyalın gəzirik.
Bir-birimizə toxunmaqdan çəkinərək….
Qəbirləri gəzirik. Bəlkə ona məxsus olan sınıq-salxaq nə varsa taparam deyə….
Orada nə ola bilər, oradan nə tapıla bilər! Bəlkə də bir körpənin xatirəsindən
qalan qırıntılar, bəlkə də yol qəzasında itkin atadan- babadan qalma itmiş izlər,
qırıq bir söz, yarımçıq qalmış bir melodiya, yazda axtarılan kədər, kədərlə tanış
cəsədlər…
Bütün bunların arasında sevgilinin siması görünür. O gülümsəyir. Çünki
onun gülümsəməyi istənmişdir. O təbəssümdə bezginliyin təqdim etdiyi xoşbəxtliyə
bir yol tapmaq imkanının olduğu sınanmağa çalışıldı. Nə qədər qarışıq, mürəkkəb, təlatümlü günlər idi… Çoxlu tərklərdən qalan kabuslar yaşanmışdı. Özünü tənhalıqlara
vurmuş, gərəksiz münasibətlərə girmiş, hamısından əli boş, ürəyi yaralı, ümidi
tükənmiş halda qayıtdı qaldı. Başını hansı qranitə vuracaqdı, hansı qranit dözərdi
bu zərbəyə?

Çıxanda ilk ziyarəti təsdiq oldu: gözü pəncərədə idi,
onun siluetini axtarırdı… amma orada heç kim yox idi, boş, bomboş bir pəncərə idi.
Ancaq o, orada ona dəsmal yelləyən bir əl görmək istəyirdi.

Bütün köhnə evlər tükənmişdi demək. O ev daha orada olmayacaqdı? Belə bir dünyada
yaşamaq mümkünmü? Həmin an bunu dərk etməsi mümkün olmayacaqdı. Heç vaxt
mümkün olmazdı. Əlini qaldırdı. Boş pəncərəyə doğru yorğun bir hərəkətlə əlini tərpətdi,
oraya baxa-baxa qaldı.
– Gülümsə, – dedi yenə,- gülüşünün parıltısı mənə can versin,

sən o canın içində olasan, o parıltıdakı can sən olasan.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir