Skip to content
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • insta
  • face
İctimaiYurdum

Həmişə bizim olan Yurd

By İklim
28 Noyabr 2026 4 Min Read
0

Hər il  olduğu kimi bu il də noyabr ayının 28-də Qərbi Azərbaycan Karvansaray rayonu Haqqıxlı kəndindən sürgün gününün ildönümü qeyd edildi. Qərbi Azərbaycan İcması Sumqayıt şəhər nümayəndəliyində Haqqıxlı İcması Qadınlar şurasının təşkilatçılığı ilə “Haqqıxlıdan sürgün günü” adlı tədbir keçirildi. Vətən uğrunda canından keçən şəhidlərin xartirəsini bir dəqiqəlik sükutla yad etməklə başlyan tədbirdə 1988-ci il 28 noyabrda kənddən sürgün olunma hadisəsinin canlı şahidləri, kənd sakinləri, qonaqlar və s. iştirak edirdi.

Haqqıxlı Qadınlar Şurasının sədri Ayişə Nəbi  Qərbi Azərbaycan, eləcə də Haqqıxlı kəndi, onun coğrafiyası, insanları, mədəniyyəti, tarixi haqqında məlumat verdikdən sonra şairə Rasimə Könül doğma diyarı tərənnüm edən  xatirələrini danışdı.

Haqqıxlının ziyalı qadınları Şəfiqə Həsənova, Nəcibə müəllimə, Elza İbrahimova Haqqıxlının adət ənənələri, itməyən mədəniyyətindən bəhs etdilər.O günlərin şahidi olanlardan Tünzalə Rəhimova, Həqiqət Vəliyeva, Məryəm Məmmədova 28 noyabr gününün dəhşətli hislərini xatırlayaraq iştirakçıları kövrəltdilər.Gənc nəslin nümayəndələri filologiya üzrə fəlsəfə doktoru Xalidə İbrahimova, qonaqlarımız Gözəl Məmmədova, Elnurə İbrahimova  və digər iştirakçılar ürək sözlərini dedilər və  Afina Allahverdiyevanın şeirini səsləndirildi.

Bütün çıxışlarda bir fikir vardı: Qarabağı düşməndən geri aldığımız kimi tezliklə doğma torpaqlarımızı da düşməndən təmizləyib yurdumuza geri qayıdacağımıza inanırıq.

“Doğmalaşaq yadlaşmayaq” devizi ilə başlayan tədbir Xalidə İbrahimovanın da dediyi kimi, qədim yurdumuz “maddi olaraq əlimizdən çıxsa da, mənəvi olaraq həmişə bizimdir”  ab havasında davam edərək, gələcəyə ümid notları ilə yekunlaşdı.

Author

İklim

Follow Me
Other Articles
Previous

İsmayıl Əfəndiyev: Zəfəri yazanlar

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dərginin təsisçi və redaktoru: Ayişə Nəbi
ƏLAQƏ: e-mail: metamenn@gmail.com

ⓒ İklim Dərgisi 2026

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme