Skip to content
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • insta
  • face
Ümumi

Vaqif Bayatlı Odər

By İklim
17 Mart 2020 1 Min Read
0


Gizlicə-gizlicə gəldi buludlar,
Gizlicə-gizlicə döndü ümidlər,
İndiki buludlar beləcə gəlmir,
İndiki yağışlar beləcə yağmır.
İllərin o başından
bir qız yaylığı üstdə
bir ipək xatirə döndü qəlbimə,
bir qızın telləri əsdi üzümə.

Gülüm yağış! Çiçəyim yağış!
O ipək illərdən,
atlaz günlərdən,
Gilənar göylərdən dolan yağışım,
yollarda yorulub
gözümdə, könlümdə qalan yağışım.
Bir çinar üstündə
qoyub gəlmişdim səni.
Çinarın altında bir gilənar qız.
İndiki yağışlar beləcə yağmır…
Bu gilənar yağış
mənim qəsdimə yağır,
O dost çinarın üstündən yağır,
On ildən, beş ildən, dünəndən yağır,
bütün sevgilərin
dönən yerindən yağır.
Bəlkə də, bəlkə də lal məhəbbətlərin
dinən yerindən yağır.

İllərin altında solmaz o tellər,
Hər bulud lələyi ümidlə gələr,
O barlı illərin sevgisi qızlar
Bir də gilə-gilə qızardı bəlkə…

Author

İklim

Follow Me
Other Articles
Previous

Louis Gillet Dante və İslam

Next

Müəllif: MEHMET ALİ TEVFİK Uygur Türkçesi:

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dərginin təsisçi və redaktoru: Ayişə Nəbi
ƏLAQƏ: e-mail: metamenn@gmail.com

ⓒ İklim Dərgisi 2026

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme