Vizionteleden Türkiyəyə
Bu günlərdə türkiyəli sənətkar Yılmaz Ərdoğanının viziyontele filmini yenidən seyr etməli oldum.
Filmin qısa məzmunu bundan barətdir ki, Türkiyənin Van bölgəsinin ucqar bir qəsəbəsinə ilk dəfə televiziya gətirilir. Burdakı insanların texnalogiyaya qarşı avamlığı üzərində qurulmuş ssenaridə, bir qəsəbədə bir çox hadisələr baş verməyə başalayır. Qəsəbə bələdiyyə başqanlığının öndərliyində bir məkan çərçivəsində baş verən bir – birnin ardınca maraqlı detallar üzərində cərəyan edən hadisələr tarix olaraq Türkiyənin Yunanstanla qarşıdurma dönəminə təsadüf edir. Bu zaman bələdiyyə başqanın oğlu hərbi xidmətə yollanır. Qəsəbədə isə texnalogiyadan az-çox başı çıxan varsa, o da bir nəfərin sayəsində filimdə canlılıq qazanır. Ancaq bir məsələ var ki, ssenarinin mahiyyəti gərəyincə, bu texnologiyayla azacıq da olsa davrana bilən şəxs də olduqca avam və bir az da qəsəbə əhli tərəfindən qeyri-ciddi qarşılanan tənha yaşayan, bir az da səyliyi olan şəxsdir. Sözsüz ki, bu şəxsin avam və “dəli” olmsı filmin mövzusuna rəng qatmaq və hadisələrə katalizatorluq missiyası yükləməsi baxımından maraqlıdır. Sonda nələr olur. Heç bir kəsin televiziyayla davrana bilməməsi hər kəsi, eləcə də bələdiyyə sədrini dəlinin , ipləməmin üzərinə yönəldir. O da bir zamanlar radio düzəltməklə məşğul olsa da, hamı kimi ilk dəfə bu cihazın qarşısında matı-qutu qurumuş qalır. Özünü bilən kimi göstərəsə də, bir neçə dəfə gülüş obyektinə çevrilir. Hətta bəzilərinin vəhşətli lağlağısından bunalsa da, öz bildiyindən əl çəkmir. Nəhayət, belə qərara gəlir ki, televiziyanın göstərməsi üçün dağa çıxmaq lazımdır. Elədə də edilir. Bütün qəflə qatır hazırlıq işlərini görərərək bələdiyyə sədrinin başçılığıyla dağa çıxılır. Orda da cəhdlər olunur. Qəfildən bir zamanlar qəsəbə görəvlilərininin birisnin düyməyə toxunması sayəsində televizor xışıldayır və farsca danışıqlar eşidilməyə başlayır. Sonucda sabaha qədər gözləyirlər və qəfildən televiziya göstərməyə başlayır.
Bu arada Kipr savaşı başlayır və TRT kanalından xəbərlər yayımında şəhid düşən əsgərlər içində bələdiyyə sədrinin də oğlu göstərilir ekranda. Hamı donur bir anlıq. Ana o qədər qəzəblənir ki, sonda televiziyanı dəliyə verib dağa çıxır və orda məzar qazdırıb cihazı dəfn edir, üzərini torpaqlayır.
Bu filimdə bir neçə detalın üzərində durmaq gərəkdiyinin vacibliyini anlayıram. Müəllif bu filmdə türklərlə yunanlıların savaşını yabançıların, xristian, avropa dünyasının balatdığını, elə bu üzdən də bu cihazdan verilən xəbərin də məhz onlara aid olduğunu vurğulayır. Bu texnalogiya gəlmə olduğu kimi, o xəbər də, o facilər də gəlmələrin məhsuluydu. Ekrandan o dönəmin baş naziri Əcəvitin profildən sifətinin verilməsi və Əcəvitin Yavuz Sultan Səlimin rəsminə də eynən bənzəməsi Osmanlıya, keçmişə, tarixi bir dönəmə göndərmə olmaqla yanaşı, 1974-cü ildə türklərin yunanlılarla Kipr üzərindəki savaşının mahiyyətini də açıb gıstərir. Müəllif, demək istəyir ki, bu torpaqlar şəhidlər hesabına qazanılıb və bu ənənə bu gün də davam edərək qələbəylə sonuclanmalıdır.
Filmindəki qəsəbənin avamlıq sindromu düşündürücüdür. Müəllif elə bir yeri məkan seçib ki, bu məkan Van olaraq coğrafiya kimi bir çox etnik kimliklərə qucaq açır. Lazı, kürdü, türkü, çərkəzi, yunanı, yəhudisi bir arada bulunaraq ortaq dəyərlərlə yaşayan belə bir yurdda, yalnız təhsillə anlşmaq mümkündür. Tükiyəni bu gün bu kökə salan da ucqarlarda təhsilin, sossial vəziyyətin son dərəcə ağır olmasıdır. Cahillik ucbatından bu yerlərin insanları televizor cihazını dağa qaldırdığı kimi, özlərini də silahlandırıb dağa qalxır və terroris olurlar. Özləri özlərini, qardaş qardaşı qırmaqla uğraşır. Hanası ki, bu dağlar bir zamanlar mədəniyyət daşıyıcılığı misssiyasını yerinə yetirb. Dağlar Şərqin kosmik, ilahi energetikasının daşıyıcılığını bu insanalara məharətlə ötürüb. Bu dağların simasında peyğəmbərlər tənhalığa çəkilib və topluma hüzur, barış, sevgi, eşq gətirib. Bu gətirilən pay, bu müjdə mədəniyyətə keçərək etnosları irəliyə aparıb, fəthlərə təhrik edib. Imperiyalara sövq edib. İndi bu dağlar cahillik ucbatından qaçaqlara, quldurlara, baş kəsənlərə xarici güclərin təhrikiylə yuva olub.
Eləcə də ananın öz qisasını televiziyadan onu dağda basdırmaqla alması filmdə verilən mesaja yeni bir rəng, çalar qazandırır. Televiziya çağdaş dünyanın hər hansı bir toplumda bilgəsi, biləni, ağsaqqalı, öndərliyidir. Türk etnosu törəyə bağlıdır. Onun başbiləni, müjdəçisi kənardan gəlməməlidir. Gəldiyi təqdirdə şər gətirəcəkdir. Televiziya kimi. İçərisindən çıxmalı öz içindən doğulub ona hər hansı müjdəni-pis ya yaşı – verməlidir. Televiziya gələcəkdə kimə nə qazandıracaq, necə özününküləşəkcək bu başqa bir mövzudur, ancq filimdəki konkret detalllara dayanaraq demək olar ki, bir cəmiyyətə verilən hər türü müjdə, xəbər onun qaynaq olaraq içindəkindən, özündən çıxmalı yayılmlıdır. Elə o sarıdan batının elmi naliyyəti kimi ün salan televiziya da tük cəmiyyətinə kənardan gəldiyindən, bu şər xəbərlə, savaş və şəhidlər- qisas alınmalı, o yerlərə soxulmalıydı. Bu ananın obrazında şüuraltı olaraq reallığa meydan oxuyan detalallardan biriidr.