Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimai

Ümid yaradan həkimlər

By İklim
17 Aprel 2025 1 Min Read
0

Dəyərli həkimlərimiz

Elə bir zamanda yaşayırıq ki, hər bir insanı ən çox məşğul edən özünün və yaxınlarının sağlamlığıdır. Bu qənaətlərimiz artıq günümüzün gerçəkliyini əks etdirən aksiom məsuliyyətli ifadələrdir. Sağlığımızı, sağlamlığımızı qoruyan və bərpa edən həkimlərə borclu olduğumuzu etiraf etməliyik. Yaxşı həkimlərin həssaslığı, savadı, qazanmış olduqları savad və təcrübəsini xəstə üzərində həyata keçirmə səriştəsi, düzgün iş prinsipi bəzən bizim təqdirimizdən kənarda qalır. Onlara adicə təşəkkürümüz, içdən minnətdarlığımız belə bəzən nəzərə çarpmaya bilər. Ancaq onların bu ehtirama, sayğıya layiq olduqlarını unutmamaq gərəkir.

Türkiyə universitetlərində yüksək təhsil almış və təcrübə qazanmış dəyərli həkim Allahverdiyev Samir bəylə tanışlığımız məndə sağlam həyata, bu günkü səhiyyəmizə böyük ümidlər oyandırdı.

Bu günlərdə ürək nahiyəsindəki narahatlığımla bağlı Bakıda Mərkəzi Hospitala (CENTRAL HOSPİTAL) müraciət etdim. Həkim Samir Allahverdiyev ürək əməliyyatımı uğurla həyata keçirdi.

 İnvaziv Kardioloq Uzman Dr. Samir Allahverdiyev İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsini (İngiliscə) bitirib. Adana Şəhər Xəstəxanasında kardiologiya sahəsi üzrə uzmanlığa yiyələnib. Bir müddət Türkiyədə xəstəxanalarda kardioloq-həkim işləyib. Bir çox beynəlxalq dərgidə elmi məqalələri yayımlanıb. Hazırda Mərkəzi Hospitalda (Central Hospital) invaziv kardioloq olaraq fəaliyyətini davam etdirir.

Uğurlu keçən əməliyyata görə  Allahverdiyev Samir həkimə  və digər tibbi personala təşəkkür edirəm.

O cümlədən baş tibb bacısı Məmmədova Səma, xəstə baxıcısı  Məhərrəmova Ülviyyə,  tibb bacısı Mehdizadə Qumral, anju texniki Əsgərova Rasimə, kiçik tibb işçisi Quliyeva Ülviyyə, Bilalova İlahə, qeydiyyatçı Stavseva Fatimə,  tibb bacısı Stavseva Günelə də minnətdarlığımı bildirirəm.

Hörmətlə : Xanəmir Telmanoğlu

Author

İklim

Follow Me
Other Articles
Previous

Günah Novruzun harasındadır

Next

Ayişə Nəbi: LƏZZƏTLƏRİN AXIRI

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme