Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Şeir

Ərtoğrul Cavid (1919-1943)

By İklim
21 Aprel 2020 2 Min Read
0
Dahi Hüseyn Cavidin yadigarı fitri istedada malik, 24 yaşında həyatdan nakam gedən Ərtoğrul qısa və əzablı ömründə bir çox şeir yazmış, musiqi bəstələmişdir.

SARALDI

Mənim, ömrüm, həyatım

Pək paslanmış

Çürük, zərif, yanmış, teldən asılmış

Mən ulu tanrıdan yardım dilərkən

Bədbinlik fikrini başdan silərkən

Bilmədim ki, ömrüm neçin qaraldı

Gül açmadan qönçə kimi saraldı.

Uçurdum, ovçunun qəsdin qanmadım,

Güllə atdı həmən vaxt yaralandım.

Dağlardan daşlara uçub gedirdim,

Hər budaqda gözəl yuva edirdim.

Yaralı, həyata əlvida etdim,          

Kiçik qurğuşunla məzara getdim.

Nə deməkdir həyat, indi mən qandım,

(12 yaşında yazdığı şeir)

İSPAN QADININ LAYLASI

Uyu, uyu, mələk balam,

Uyu, mənim çiçək balam

Oğlum! Doğma xalqını dumanlar, qaz bombası

Ölümlə zəhərləyir.

Atan cəbhədədir, anan daima

Onu bəkləyir,

Uyu, uyu, mələk balam.

Uyu, mənim çiçək balam.

Gecə, yanır hər tərəf, yanğının alovları

Qarışmış yıldızları

Onu söndürənlər doğma xalqının

Doğma qızları

Uyu, uyu, mələk balam,

Uyu, uyu, çiçək balam

Gözəl oğlum, gül üzlüm, sənin yox mühakimən,

Sən görüb-eşidirsən,

Tombul vucudunla, çocuq səsinlə

Təqlid edirsən

Uyu, uyu, mələk balam

Uyu, mənim çiçək balam.

Uyu, yavrum, mübariz, gələcək həyat üçün,

Məğlub et düşmən kəsi

Yarın öpəcəkdir sənin alnını

Günəş burəsi

Uyu, uyu mələk balam

Uyu, mənim çiçək balam.

Sənin xalqın, vətənin bəsləyib, sən də daim

Uğrunda çalışmalı

Onu saldırsalar, silah götürüb

Hərbə qoşmalı

Uyu, uyu, Ey mərd balam,

Uyu, uyu, igid balam.

Author

İklim

Follow Me
Other Articles
Previous

YUXULU GÜRZƏ ÇIXIR İKİ DAŞ ARASINDAN

Next

SADƏCƏ GƏNC RƏSSAM SİTARƏ HÜSEYNLİ

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme