AZƏRBAYCANIN TALEYİNƏ TƏSİR EDƏN XƏRİTƏ və ya ermənilərin genetikası moğollarla üst-üstə düşür
İklim.az-ın bu dəfəki həmsöhbəti araşdırmaçı-yazar Çingiz Şişqaya Ağ-Saklıdır **
– Salam, Çingiz müəllim, yenə bu nə məsələdir, ermənilər nə edib, belə qanınız qaralıb?
– Ermənilər bizə nə eləməyib ki?
– Bunu başa düşdüm eee. Sizin qanınız niyə belə qaradır, bunu deyə bilərsinizmi?
– Bu yaxınlarda 19-cu əsrin sonlarında, təxminən 1870-ci illərdə ruslar tərəfindən çəkilmiş bir xəritəyə rast gəldim. Xəritə bütün Rusiya imperiyasını əhatə edirdi. Faktların tam əksinə, orada bütün Göyçə mahalı əhalisini ermənilərdən ibarət olduğunu göstəriblər. Yəni, ruslar arzu etdiklərini reallıq kimi göstəriblər…
– Gəlin, belə danışaq. Sizcə, niyə? Bu necə, nə şəkildə baş verir?
– Ordakı saxtakarlıq Göyçə mahalının şimal tərəfi ilə bağlı edilib. Həmin vaxt konkret olaraq o regionda çoxu qarapapaq tayfalarından oluşan türklər yaşayırdı, oranı və Gədəbəyi erməni zonası kimi göstəriblər, üstə gəl, Daşkəsənin də bir çox kəndlərini yalandan erməni zonası kimi göstərərək, Gəncəni də erməni məhəlləsinə birləşdiriblər…
– O xəritəni tapmaq çətin deyil hər halda? Həm də deyirsiniz ruslar tərtib ediblər.
– Hə. Guya ruslar gəlib əhalini siyahıya alıblar. Məsələn, İrəvan xanlığı yenicə rusların əlinə keçəndə – 1831 və 1842-ci illərdə elə ruslar tərəfindən tutulmuş kameral təsvirlər göstəriri ki, Göyçə mahalının şimal hissəsində ancaq türklər yaşayırdı. Çoxunluqla Bosçalı qarapapaqları və bir qisim də ayrım olub. Gədəbəy əhalisi ayrımlarla qarapapqların qarışığı idi. Gədəbəydə (Başkənddə – red.) bir az gəlmə erməni vardı, onlar da bütün mənbələrdən də bilinir ki, çox az olub. Özü də, Başkəndlə qarapapaq-ayrım zonasını rus kəndləri ayırırdı. Maraqlıdır, xəritədə Şorca, İvanovka, Saratovka üçbucağı ayrıca rus zonası kimi göstərilir. Amma Toğulca və Cildən başlayıb, Gədəbəyin Miskinli, Daşkəsənin Qabaqtəpə və Göyçənin Can-Əhməd kəndlərinə qədər uzanan qarapapaq-ayrım zonasında 50-yə yaxın türk kəndi vardı və heç bir erməni kəndi yox idi, bu vəziyyət 1988-ə qədər davam etmişdi, amma ruslar 1870-ci illərdə çəkdikləri xəritədə oranı erməni zonası kimi göstəriblər.
– Ruslar Azərbaycana ayaq açıb bizi böləndən sonrakı tarixlərdə də saxtakarlıqla məşğul olublar.
– Onlar İrəvanın işğalından sonra mahalı istədikləri səviyyədə erməniləşdirmişdilər. Xanlıq dövründə Göyçənin mərkəzi Kəvər şəhəri idi, Göyçədə bosçalı qarapaplılarının başçısı olan Nağı xan Bosçalı orada yaşayıdı, İrəvanda da evi vardı, işğaldan sonra İrana getsə də, oğlu Kazım ağa Kəvərdə qalmışdı. İşğaldan sonra ermənilər Kəvərin adını dəyişdirib Nor-Bayazet, yəni Yeni_Bayazit qoydular, çünki ruslar onları Göyçəyə Doğu-Bayazitdən köçürmüşdülər, ermənilər özləri bunu etiraf edirlər. Kəvər adı zonada 3 min ilə qədər yaşamış kimmerlərlə, yəni Azərbaycanın qəmərli, kəmərli və kəbirli kimi tanınan qədim əhalisi ilə bağlı idi, bildiyimə görə, Qarabağda, Qazaxda və Zəngibasarda qışlağı olan bu tayfalar yayda Kəvər ətrafındakı kəndlərdə yaşayırdılar. Ruslar 1000 -ə yaxın erməni ailəsini gətirib Kəvər ətrafındakı kəndlərə paylaşdırdılar və həmin əhali yerdəyişməyə məcbur oldu. Amma Göyçənin şimal tərəfində isə 1988-ci ilə kimi heç erməni yox idi.
– Bəs, xəritəni niyə elə çəkiblər, bunu nə təsiri ola bilərdi?
– Görünür, hələ o vaxtdan Peterburqda xüsusi strateji mərkəzlər olub və xəritəni tərtib edənlər, Anadolu türkləri demişkən, alqı yaratmaq istəyirmişlər bu şəkildə. İctimai fikir formalaşdırırdılar ki, Göyçə gölü ermənilərindir, Sevan adını da ruslar fikirləşib, qoşa Göyçə (Sevan) kimi göstərirdilər. Hansı ki, bu adı gölün içindəki bir kilsənin adından uydurmuşdular. Kilsəyə zona erməniləri Sev Vəng, yəni Qara Kilsə deyirdilər. Amma bunun nə vaxtsa gölün adına veriləcəyini heç ermənilər də ağıllarına gətirmirdi.
– O kilsə haqqında nə kimi bilgi, məlumat var? O kilsəni ermənilər Qafqaza gələndən sonramı tikiblər, yoxsa bu, alban türklərinin kilsəsi olub?
– Ermənilər 1850-ci illərdə o kilsəni tikiblər. Ancaq o kilsənin yerində nəsə olubmuş bir zamanalr. Məndə Zori Balayanın 1980-cü illərdə yazdığı bir məqalə var. Orda izah edir ki, niyə Göyçə gölünün adını qədim erməni mənbələrindəki kimi Göyəm (Geqam) yox, məhz Sevan qoyblar. Onun sözündən belə çıxır ki, elə ermənicədəki Göyəm də Göyçə deməkdir. Sonra guya Urartu mənbələrinə baş vurublar. Orda da Göyçənin adı Suuni gedir. Urartı dilində unu yer, “su” da tayfa adıdır. Əslində, “so” tayfları türklərin və hunların atası sayılır, Çin mənbələri belə yazır. Homerdə də onların adı var ki, Göyçə gölü ətrafında yekəpər insanlar – sikloplar yaşayır. Göyçəlilər, gədəbəylilər zonada rast gəlinən yekəpər siklop qəbirlərinə oğuz qəbirləri deyirlər. Yəni, Suuni adı da bizimlə bağlıdır. Hələ o dövrlərdən zonada yalnız türklər yaşayıb. Urarti mənbələrinə görə, ilk dəfə Arazı şimala keçən və Erebuni qalasını tikdirən Urartu çarı Argişti deyib ki, mən gələndə burada köçərilərdən başqa kimsə yaşamırdı, burda üzüm bağları saldırdım. O mənbələrdən də anlaşılır ki, indiki Qərbi Azərbaycanın bütün əhalisi həmin vaxt köçəri türklər olub. Ermənilər özləri bundan xəbərdardır. Mən özüm bu faktı erməni yazarı Gevorq Eminin “Ermənistan haqqında yeddi əfsanə” kitabından oxumuşam.
Sözüm ondadır ki, Rusiya İmperiyasının saxtakarlığını Göyçədən sonra Bakı zonasında, Zəngəzurda, Qarabağda da gördüm. Məsələn, biz Bakıdan yazanda bilirik ki, Bakının etnik tərkibi nə cür olub. Bunu Bakıxanov da yazırdı ki, indi farsca danışan iki kənddən əlavə, yalnız bir kənddə türkləşmə gedib. Məhəmməd Vəli Baharlı isə 19-cu əsrdə fars dilindən türkcəyə keçmiş həmin kəndi də əslən türk sak-massagetlərdən gəldiyini, yəni öz doğma dilinə döndüyünü yazır. Bakıda heç kim də əsli ilə, nəsli ilə hansısa başqa kəndin farsca danışdığını xatırlamır. İran dillilər Bakıya 1880-ci ildən sonra neft mədənlərində işləmək üçün kütləvi köçməyə başladılar və heç vaxt sayları 30 faizi keçmədi. Bu əhali şimal regionundakı kəndlərinə çox bağlıdır və heç zaman əsl-nəcabətlərini danmırlar. Ancaq rusların apardığı siyahıya almada və tərtib elədiyi xəritələrdə, tarixdən açıq bilinən yerlərin hamısı, hətta köçəri tərəkəmələr belə qeyri-türk kimi qələmə verilir, yalnız Bakı şəhərinin və Abşeronun cənub sahilində yerləşən 6 kəndin əhalisinin türk olduğu göstərilir. Halbuki, Bakının bütün kəndləri qala ilə çox bağlı olub, əksəriyyəti indi İçərişəhər dediyimiz qalanın bağ yeri olub. Yəni, əksəriyyəti kökdən türkcə danışıb. Deyim ki, 18-ci əsrdə Rusiyaya getmiş erməni nümayəndə heyəti Pyotrdan, məhz Dərbənddən Ənzəliyə qədər Bakı, Lənkəran daxil bütün sahil zonasını tutub onlara verməyi və burada Ermənistan qurmağı xahiş etmişdilər. Görünür, ruslar onların xahişini yerinə yetirməsə də, türk dünyasını bölmək üçün başqa layihə fikirləşiblər.
– Ermənilərin buralara göz dikməkdə məqsədi nəydi ki?
– O dövrlər ermənilər Rusiyanın mərkəzi şəhərlərində çox idilər. Onlar istəyirdilər ki, dəniz kənarında yaşasınlar. Həm dənizə çıxış yolları olsun, ticarət baxımından irəliləsinlər, həm də Moskvayla rahat əlaqədə ola bilsinlər. Amma rusların öz məqsədləri vardı, türk coğrafiyaları arasında bir xristian-erməni toplumunu yetişdirmək istəyirdilər. On görə İrəvanı verdilər ermənilərə. Belə görünür, ruslar həm də Azərbaycanda yeni parçalamanların əsasını qoymaq istəyirmişlər. İndi Şabran adı qoyduqları Dəvəçi – Xaçmaz – Bakı – Muğan zolağı türklərdən ibarət idi. Xəritədə Dərbənddən başlayan o türk zolağına bir farsdilli zolaq salıblar – çoxu boş sahillər. Niyə? O vaxt Rusiya Orta Asiyanı da işğal etmişdi və Osmanlı ilə Türküstanı dəniz vasitəsi birləşdirən bu türk zolağınn qarşısına Dərbənddən Gilana qədər uzanan bir farsdilli sahil zolağı çəkmək istəyirmiş. Yəni, bu siyasət sovet vaxtı da davam edirdi.
– Qayıdaq Sevana, Sevan adına…
– Göyçə gölünün adı 1934-cü ildə dəyişdirilib.
– O dönəmdə Göyçə tərəfdə demoqrafiya necə inkişaf edirdi?
– Türklər artıma meyillidir ermənilərə nisbətən. Məsələn, sonradan gətirilən ermənilər Basarkeçərdə 8 kənddə yaşayırdılar, amma türk kəndləri 30-a yaxın idi. 1949-dan sonra bizləri köçürülmələri sayəsində çox kəndlərin adlarını da dəyişdirdilər. Eyni proseslər bir az fərqli şəkildə Qarabağ, Zəngəzur ərazilərində də aparılıb. Burdan belə çıxır ki, Sovet İttifaqı rus imperiyasının siyasətini davam etdirdi. Onlar qarşılarına belə bir məqsəd qoymuşdular ki, 1950-ci illərdə Qərbi Azərbaycanda bir nəfər də türk qalamayacaq, Qarabağı da o şəkildə boşaldacaqlar. Sonucda bu ərazilər ermənilərdən ibarət olunacaqdı.
– 1949-cu ildə deportasiya başlamışdı.
– Düzdür. Ancaq bunun əsasını ruslar 100 il əvvəldən qoymuşdular. İndi ermənilər iddia edirlər ki, guya Qandzasar məbədi onlarındır. Onu da tikdirən Hasan Calalyanı öz mənbələrində xristian kürd kimi göstərirlər.
– Bəs gerçək nədir?
– Əslində, məbədi tikdirən xristian moğol döyüşçü, kereit soyundan gələn Asan Doladır. Asan Orxon-Yenisey abidələrində rastlanan türk adıdır, Dola isə qara rəng mənasını verir. O, moğol tayfası kereitlərin təmsilçisi idi. Ermənilər bu faktı gizlətmək üçün erməni tarixindən miladi tarixə keçiddə bilərəkdən səhv hesablayırlar. Bu iki təqvi arasında 552 il fərq var və kilsənin üstündəki lövhədə 50 il yanlışlığa yol verərək məbədin 1216-cı ildə, yəni 1221-ci ildə moğolların gəlişindən əvvələ çəkir. Həmin il kereitlər Orta Asiyada Çingiz xanın hakimiyyətini qəbul etmədilər, Gilandan keçərək Gürcüstana sığınmışdılar. Kereitlərin xanı Toğrul xan Markuz adını qəbul edərək xristianlığı qəbul etmişdi, əslində Markuz onun babasıdır. Kereitlərlə onları təqib edən borciginləri, yəni Çingiz xanın tayfasının davası Qaxın Zəyəm kəndində olmuşdu, 40 minlik kereit döyüşçü 20 minlik borciginə qələbə çalmışdı, moğollar Tiflisə girə bilmədən Rostov tərəvə getmişdilə, ruslarla aralarında məşhur Kalka döyüşü olmuşdu. Toğrul xanın törəmələri hələ də markuzlar adı altında Qaxın Zəyəm kəndində yaşayırlar. Kereitlər Azərbaycan tarixində Gürcüstanın 40 minlik qıpçaq ordusu kimi qalıb, o ordu Azərbaycanı darmadağın elədi, Gəncənin qapısını Gelatiyə apardı, Ərdəbilə qədər girdilər.45 minlik ordunun 40 mini qıpçaq, 5 mini gürcü idi. Moğol döyüşçüləri nestorian (nəzari xristianlar) idilər.
Toğrul xanın qızı Dokuz xatun Çingiz xanın bütün Yaxın Şərqi ələ keçirmiş nəvəsi Hülakü xanın arvadı və xristianların böyük himayəçisi idi. Qumilyov öz məqaləsində onların Ön Asiyaya hücumunu sarı səlib yürüşü adlandırır. Yəni, Çindən gəlirdilər. Kökdən tanrıçı olan Hülaki xan da Dokuz xatunun təsiri altında xristianlığı qəbul eləmişdi. Erməni kinyazı Qaqik də bundan istifadə eləyib ona ermənilərin müdafiəsi ilə bağl bir bəyanat imzalatdırmışdı. Dokuz xatuna ermənilər Apay Kuyrik, yəni böyük bacı deyirdilər, o çox kilsələr tikdirdi, bu kilsələr sonradan erməniləşdi, eləcə Qandzasar məbədi də. Ermənilər məbədi Dokuz xatunun adı ilə bağlayırlar, amma tarixi saxtalaşdıranlar, onun daha öncədən orada olan erməni məbədini genişləndirdiyini iddia etdilər. Çox maraqlıdır ki, bir çox Gəncə – Qarabağ ermənilərinin genetikası moğollarla üst-üstə düşür. Onların əksəriyyəti moğollardan dönmədir.
– Sizcə bu gün bunları demək nə qədər doğrudur? Yoxsa, gec-tez gerçəkləri bilmək lazımdırmı?
– Söhbət ondan gedir ki, bizim türklərdə elita tez assimilyasiya olunur. Bunu Mamikonyalardan da görmək olar. Tarixə görə, Mamukon və Konak Çindən İrana qaçmış, orda farslaşmış iki qardaşdır, onların milliyyətləri sak, yəni türk göstərilir, adları da türkcədir. Onlar həm də gəldikləri Arbat və ya Orbet şəhərinin adı ilə özlərinə soyad götürüblər – erməni Orbelilər, gürcü Orbelianilər də onlardandır. Gürcü şairi Surxan Saba Orbelianinin ev muzeyində şairin türk mənşəli olduğu açıq vurğulanır. Onların təmsil elədiyi tayfanın qara camaatı – cinli, cinli-boluslu tayfası Gürcüstanda, Qarabağda da, Göyçədə hələ də türk olaraq qalırlar. Amma iş bundadır ki, farslar onların elitasını Ermənistana rəhbər olaraq göndərirlər.
– Bu hadisələr neçənci əsrlərə təsadüf edir?
– 3 – 4-cü əsrlərə. Ermənistanı onlar xristianlaşdırdılar. Pəhləvi dilinin törəməsi olan indiki dili də Ermənistana onlar qəbul etdiriblər.
– Bir az da məbəddən bəhs edək.
– Hə. Onlar məbədin tikintisini 50 il qabağa çəkərək deyirlər ki, kilsə moğollar gəlməzdən qabaq tikilib. Sovet vaxtından ermənilər bütün kitablarına bu və bu kimi məsələləri saxtalaşdırıb yerləşdiriblər.
– Həmin kereitlərdən Qərbi Azərbaycanda da olubmu?
– Hə olub. Məsələn, 1831-ci ildə Göyçə mahalında – Daşkənd kəndində qaraçorlu tayfası ilə birlikdə kərkibaşlı tayfasına da rast gəlinir. Elmi mənbələrə görə, kərkibaşlı 13-cü əsrdə Qıpçaq çölündən Azərbaycana gəlmiş qazaxbəyli tayfasının 12 tirəsindən biridir, şıxlı, salahlı, şərurlu və s.-lə birlikdə. İndi anlayırıq ki, onlar kereit olublar, Borçalı, Qazax. Qax tərəflərdə yaşayıblar. Amma bizim kərkibaşlıların içində Sarı Aşığın törəməsi olduqlarını deyənlər də var, yəni onlar bir zaman Qaraçor mahalında – indiki Laçın rayonunda yaşayıblar. Sonralar qaraçorlular Göyçə mahalından Qərbi Azərbaycanın başqa mahallarına – Dərələyəzə və ya Vediyə köçüblər, amma kərkibaşlılar Göyçədə qalıb. Çox maraqlıdır ki, Qərbi Azərbaycanın kameral təsvirində qaraçorlular, onların tirəsi olan gəloxçular türk kimi göstərilib, amma Zəngəzurda, xüsusilə də Laçında ruslar tərəfindən aparılan siyahıya almalarda qaraçorlular kürd kimi göstərilib. Halbuki, qaraçorluların nəslində kürd dili bilən bir adam olmayıb. Ola bilər ki, ruslar kereitləri yanlışlıqla kürd qəbul ediblər. Təbii ki, Laçında 7-yə yaxın kəndə 19-cu əsrdə şiə kürdlər də köçmüşdü. Amma inanmıram ki, ruslar qarışdırıblar, bəlkə də, İrandan Rusiya himayəsinə köçmüş həmi camaatı da bilərəkdən kereitlərin içinə köçürüblər ki, sonradan məkrli planlarını işə salsınlar.
– Gəlin indi də xəritəyə baxaq .
– Hə. Ruslar bu kereitləri də, digər köçəri türk tayflarını da o xəritədə kürt kimi göstəriblər. Əslində, bunlar moğol türkləridir. Yəni, kürdcə bir kəlmə də bilməyən abdalları, muradxanlıları necə siyahıya kürd kimi almaq olar? Onların təklə olduqlarını Azərbaycanda uşaq da bilir.
– Azərbaycanın tarixi torpaqlarında kilsələr olduğunu bilirik. Bu kilsələrin qədim olduğu da bəllidir. Ermənilər alban kilsələrini öz adlarına çıxıb, özününküləşdirməyi necə bacarırlar? Axı, Alban kilsələri bilinən və məlum nişanələrə, özəlliklərə malik məbədlərdir? Bizim türklər xristian olanda indi özünə xristian deyənlərin çoxu hələ İsanı tanımırdı.
– Kilsə sözü Kaylasla bağlıdır. Biz ona vəng (ermənicə), ya məbəd demiriksə, kilsə deyiriksə, demək bu abidə bizimdir. Böyük bir coğrafiyamız olub. Altaylardan belə. Dildə ki, türkcə. Bizim inanclar ilkin olaraq Tanrıçılıqla bağlıdır. Saka yakutlarında hələ də tanrıçılıq inancıdı. Orda alqış işarəsi xaç şəklindədir – əllərini yana açıb Göyə dua edən adam. Bu həm də xaç işarəsidir, Tanrının rəmzi olan Günəşi bildirir. Xristianlıq da işarəni ordan götürüb. Atillanın nişanəsi olaraq bütün Almaniyanın əraziləri xaç işarəsiylə doludur. Mən erməni kilsəsi olduğuna inanmıram.
– Göyçə gölündəki Sev Vəngə də?
– Ermənilərin 1854-cü ildə tikdikləri monastr Göyçənin Çubuqlu kəndində idi. Ancaq orda olduğunu iddia etdikləri qədim kilsələrin onlara dəxli yoxdur, bəlkə də olmayıb, yalandan uydururlar. Bir sözlə, hər şeyi saxtalaşdırmağı qarşılarına məqsəd qoyublar. Hətta, İrəvanın da Erebuni olduğunu iddia edirlər.
– Qafqazda bu cür qarışığa ermənilərin içində hansı qol, tayfa, klan daha çox meyilidir, problemlər çıxardırlar? Yoxsa, bütün ermənilər eyni cürdür? Düzdü, ruslar kömək edir. Xristian faktoru aydındır. Ancaq onların adıyla baş verir hər şey.
– Biz türklər döyüşçü xalqıq, dövlətlər, imperiyalar qurmuşuq. Bizim belə şeylərə ehtiyacımız yoxdur. Bəzi xalqlar, hətta öz dövlətlərini heç zaman görməyiblər, buna nə onların genetikası, nə də sayıları imkan vermir o işləri görələr. Sonra oturub fantastik ideyalar irəli sürürlər.
– Doğrudanmı ermənilər bu qədər ağılsızdırlar?
– Məhz sizə bir erməni keşişinin 100 il qabaq Bəsrədən Voronejə qədər uzanan okeanlararası böyük Ermənistan qurmaqla bağlı məqaləsini göstərə bilərəm. Addam iddia edirdi ki, ermənilər, kilsələrinin böyüklüyünü dünyaya göstərə bilsələr, pravoslav, katolik və müsəlman kəndlərində qriqoryan erməni məktəbləri açsalar, zonada nə türk, nə ərəb, nə fars, nə gürcü, nə slavyan, nə də qafqazlı qalar, hamısı könüllü erməni olar. Yəni, adam ciddi-ciddi bu paranoyaya məqalə həsr edibmiş.
– Sizcə, bir Azərbaycan mollası bu müstəvidə söhbət apara bilərmi? Bəlkə buna ehtiyac yoxdur?
– Bəlkə də ehtiyac yoxdur. Onların faciəsi dini siyasətə, ideologiyaya qarışdırmaqdadır. Bizə elə gəlir ki, bu dünyada bir xristian həmrəyliyi var, xristianlar ermənilərdən ötəri ölür və s… Halbuki, monofizit, yəni İsanın bədənin də ruhu kimi ilahi təbiətli olduğunu iddia edən erməni kilsəsi bütün xristianların gözündə bidətçi, müşrik və kafir kilsəsidir. Qalan kilsələr diafizitdir, yəni İsanı Adəm kimi qəbul edirlər, yalnız ruhunun ilahi təbiətindən danışırlar. Paravoslavlar, protestantlar, katoliklər diafizitdir və İslama yaxın təlimlərdir. Demək istəyirəm ki, ermənilərdən yalnız türkü sevməyənlər istifadə edirlər. Xristianların məqsədi odur ki, erməniləri bütövlükdə assimiliyasiya eləsinlər.
– Niyə edə bilmirlər?
– Bunu Rusiyada daha rahat görmək olur.
– Bu regionda hüzuru pozan, qarşıdurma yaradan, aləmi bir-birinə vuran bunlardır. Biz necə edə bilərik ki, ermənilər bu şeytanlıqdan əl çəksinlər?
– Bu çətin məsələdir. Bunlar düşünürlər ki, dünyada xristianlığı qəbul etmiş ilk millətdilər, aridirlər, yəni bütün hind-Avropa xalqlarının – ingilislərin, rusların, almanların, farsların atalarıdırlar. Bu cür özündən müştəbeh xalq dəyişə bilməz.
– Bizim günahımız nədir, yaxşı? Dözəkmi hələ deyirsiniz..
– Yox… İnkişaf etməliyik hər sahədə, böyük olmalıyıq. Türk dünyası müstəvisində inteqrasiya edib özümüzə güvənməliyik. Biz kimdənsə mövcudluğumuza zəmanət gözləməli deyilik, özümüz öz ayağımız üstə duran gücə çevrilməliyik. Türk birliyi yaranarsa, bu məsələlər bitər, çözülər. Biz türklərin ən azından regional gücə çevrilməsi həm İslam dünyasını, həm də müsəlman olmayan türklərin dünyasını qoruyan amilə çevrilə bilər. Biz türklərin supergüc olduğu orta əsrlərdə müsəlman dünyası İntibah yaşayırdı. Bizim din qardaşlarımz da bunu unutmasın.
–Maraqlı söhbətə görə sizə təşəkkür edirik.
Söhbətləşdi:X.Telmanoğlu