Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimai

BİZİM GÜNÜMÜZ

By İklim
28 May 2020 2 Min Read
0

28.05.1918!

 Bu tarix bu gün bizim müstəqil torpaqlarımızda azad  yaşamağımızın təməlinin qoyulduğu gündür!

28 may- Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gün! O gün Şərqdə ilk demokratik respublika yarandı. 23 ay ömür sürməsinə baxmayaraq, o, bu gün də öz şərəfli varlığı və fəaliyyəti ilə qəlbimizdə yer alır. Üçrəngli bayrağımızın qürurla dalğalandığı torpaqlarımızla, kiçiyindən böyüyünə, gəncindən yaşlısına qədər içində daim vətən sevgisi daşıyan millətimizlə, azadlığımız və müstəqilliyimizlə birgə bir bütünük, birik!

 Bir millət nümayəndəsi öz millətini, bayrağını, dövlətini   sevməli və ona bağlı olmalıdır, bu  əsl  Azərbaycan gəncinə xas olan xüsusiyyətdir. Vətənə və millətə bağlılıq hər bir azərbaycanlının borcudur. Gənc Cümhuriyyət həmin günü dünya tarixinə qızıl hərflərlə yazdırdı və o gün əbədi olaraq yaddaşlardan silinməyəcəkdir! Çünki bu gün həm də bizim milli özünütəsdiq günümüzdür.

Əlbəttə, könül istər ki, Azərbaycanımızın ərazi bütövlüyü təmin olunsun, Qarabağımız, Cənubi Azərbaycandakı, Qərbi Azərbaycandakı bütün torpaqlarımız və soydaşlarımız bir bayraq altında birləşsin.

        Mən bir Azərbaycan gənci olaraq dövlətimin güclü ordusu ilə, əsgərimlə, millətimin vətən sevgisi ilə, gəncimin elmi və inkişafı ilə, dünyanın ən gözəl şəhəri olan paytaxtım Bakı ilə, dalğalanan üçrəngli uca bayrağımla, himnim və gerbimlə, saf və təmiz qanımla qürur duyuram!

       Azərbaycanımın daha da gözəl günlərini görməyi diləyirəm! Arzu edirəm ki, mənim kimi bütün Azərbaycan gəncliyinin qəlbində o qədər vətən sevgisi olsun ki, qalib ordusunu, zəfər himni oxuyan əsgərini görəndə duyğulansın.

 Əmin Abid Gültəkinin şeirində deyildiyi kimi:

Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

28 May -Respublika Günümüz Mübarək, Azərbaycanım!

Aysu Nazarli, BDU Tələbəsi

Author

İklim

Follow Me
Other Articles
Previous

HİLMİ YAVUZ

Next

Tatar ədəbiyyatı:Elvina Murza Dəmir

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme