04 Temmuz 2024

SEVİMLİ PİANO

Komandamızla üç günlük voleybol yarışına getmişdik. Səmərqənd yaxınlığında Urgut qəsəbəsinə. Çox gözel yerlər. Zərəfşan dağlarının ətəyində uşaqlıqdan gettğdiyim izçilərin düşərgə mərkəzi vardı orda. O düşərgə mərkəzində gənçlər arasında voleybol yarışı təşkil olunmuşdu.Həyəcanlıydıq, ilk dəfə gənclərlə yarışacaqdıq. Məşqçimiz həyəcanımızı yatırtmaq üçün qəsəbəyə yaxın məşhur ‘’Dörd çinar’’ muzeyini gəzdirdi bizə. Təsəvvür edirsinizmi, min iki yüz illik çinarlar var orda! Ən kiçikləri altı yüz yaşında. Onlar Teymurləng zamanına şahid olmuşlar! O muzeyi şaşqınlıqla gəzdik. Çinarlar o qədər yüksəkdi ki, təpələri görünmürdü. Məşqçimiz doğru strateji seçmişdi. Matça qədər çinarlardan bəhs etdik və ilk matçımızı udduq.Yarım finalda uduzsaq da çox gözəl təcrübə qazanmışdıq.
Evə getmək üçün tələsirdim. Neçə həfətədir atam arabamızı satmış və ailəmizin bütün nəyi var nəyi yox alıb Kırıma getmişdi. Bütün ömrünün xəyalına qovuşmağa- Vətəndə ev almağa. Görəsən, atamdan bir xəbər gəldimi?
Yolda avtobusumuz Özbəkistanın məşhur Mirzəçöl qovunlarını almaq üçün dayandı. Hələ balacaydım, heç öz başıma tək alış-veriş etməmişdim. İlk dəfə özüm qovun seçdim, yanında da məşhur Səmərqəndin isti-isti təndir çörəyi. Anamla qardaşlarıma böyüdüyümü isbat etmək istəyirdim. Çox həyəcanlıydım.
Komanda yoldaşlarımla danışa-danışa qəsəbəmizə gəldik. Avtobus bizi məktəbimizin yanında düşürdü. Evə qədər xeyli yol vardı. Qovun da çox ağır idi. Çətinliklə də olsa evimizə tərəf yola düşdüm. Hələ uzaqdan evimizin qapısında böyük bir yük maşını gördüm. Qonşulara gəlmişdir, dedim. Yaxınlaştıqca yük maşınının içindəki əşyaları tanıdım. Bizim mebellər, çarpayılar, qutular. Qovunun ağırlığını unutdum, qaça-qaça evə girdim. Ev darmadağındı. Anamı gördüm.
-Xoş gəldin, qızım. Necə gəldiniz? Yaxşısanmı?
Suallara cavab vermədən, qorxuyla soruşdum:
-Ana, nə olub?
-Kırıma köçürük! Atan ev aldı!
Qardaş-bacı bir-birimize sarıldıq. Çox sevinirdik. Elmas qardaşım mənə baxaraq:
-Amma sən getmirsən-,dedi.
Anama baxdım:
-Mən getmirəm? Niyə?
Anam məni qucaqlayaraq:
-Atan elə qərar verdi. Sən nənənlə qalacaqsan. Sənin musiqi məktəbində son ilindir və orta məktəbi də burda qurtarmış olarsan. Beləsi daha yaxşıdır,-dedi.
Atam belə uyğun gördüsə demək daha belə olmalıdır. Mən də elə etməliydim. Üzülmədimmi? Təbii ki, üzüldüm. Xəyallarımdakı Kırıma daha gec qovuşacaqdım. Ailəmdən bir il uzaq qalacaqdım. Amma nənəmi ve babamı da çox sevirdim.
Üç yaşlı bacım Gülnara qovunu və isti çörəyi gördü :
-İstəyirəm, istəyirəm, deyərək anamı çəkməyə başladı.
Evə girdiyimdə onları yığılmış bir qutunun üzerine qoymuşdum.
-BUnlar hardan geldi ? Kim gətirdi görəsən? Anam soruşdu:
-Mən aldım, sizə sürpriz edəcəkdim. Amma əsl sürprizi siz mənə etdiniz.
Anam tez süfrə açmağa başladı. bişirməmişdi anam. Çünki əşyaları toplamalıydı, konteyner axşam olmadan möhürlənib qatar stasiyasına aparmalıydı.
-Gəlin Babam, Sərvər, Rasim, gəlin bir yemək yeyin. Sabahdan bəri bir şey yemədik. Əminə bizə qovunla isti çörək gətirdi.
Abdulbər dədəm, Ənveər dədəm, əmim, yeznəm ayaq üstə yeməyə başladılar.
-Əminə bu qədər böyüdümü ki? Nə gözel qovun seçmisəin-, dedi əmim.
-Bəli, qzım böyüdü, -dedi anam, ona görə də onu anamla atama göz-qulaq olsun deyə burada qoyuruq. Sonra bərabər Kırıma gələcəklər.
Göz yaşlarım boğazımda düyünləndi, amma ağlamadım. Mən artıq böyüğüm. Ağlamamalıyam.
Axşam üstü əşyalarımız yükləndi. Doğma evimizi heç belə görməmişdim. Bomboşdu. Sadəcə salonun ortasında mənim sevdiyim pianom vardı.
-Pianomu niyə yükləmədiniz? O burdamı qalacaq?
-Xeyr, qızım. Onu nənəngilin evinə aparacaqlar-, dedi anam.
Hər şey o qədər sürətlə baş vermişdi ki, anam de başını itirmişdi. Eyni gün əmimlə onlar da Kırım yolçuluğuna başlayacaqdılar. Evimizi də atam hələ getmədən öncə bir özbək iş yoldaşı ilə razılaşdığı pula yeznəm təhvil-təslim edəcəkdi. Anamla qardaşlarımla vidalaşma zamanı gəlmişdi. Elmaa qardaşımı qısqanırdəm. O Kırımı məndən öncə görəcəkdi. Anam göz yaşlarını tutammadığı üçün mən də hönkür hönkür ağladım. Qardaşlarım a.
Əmim;
-Nə oldu ya? Yol üstə ağlamaq olmaz. Yolumuz açıq olsun. Bu yol xeyirli bir yoldur,- dedi.
Maşın yola düşəndə arxalarınca su tökəcəkdim. Dədəm izin vermədi:
-Buraya bir daha qayıtmasınlar, qızım,- dedi.
Boş evə girdik, evimizi alacaq olan adamı gözləməyə başladıq. Çox keçmədi, qapı açıldı, içəri atamın yoldaşı və yaşlı bir qadın girdilər. Yeznəm adamla danışmağa, yaşlı qadın da otaqları gəzməyəbaşladı. Mən də onun arxasınca gəzdim.
Pianomu görüncə qadın;
-Onu divarın dibinə qoyarıq,- dedi.
-Xeyr,- dedim, -o mənim pianomdur. Onu aparacağıq.
Yaşlı qadın sərt bir baxışla mənə baxaraq dedi:
-Oğlum atanla elə danışmışdı.
-Atam belə danışa bilməz, çünki mən Kırıma bu pianoya görə indi getmədim.
Qadın oğluna səsləndi. Oğlu qaçaraq gəldi. Öz aralarında nəsə danışmağa başladılar. Dədələrim və yeznəm səbrlə gözləyirdilər.
Yeznəm o adama;
-Bu pianoyu aparacağıq, qalan nə varsa sizə qalacaq,-dedi.
Yaşlı qadın heç cür yola gəlmirdi. Mən pianomun yanına getdim, qapağını açdım və çalmağa başladım.
-Siz belə çala bilirsinizmi?- diye soruşdum.
Qadın cavab vermədi.
-Yeznə, araba gəldimi?
-Bəli,- dedi.
-Tezcə pianomu yükləyəkmi? Mən onu hələ Kırımda atama da çalacağam.

                                                                          
                                                   Elvina Mirza Dəmir  
                                                                                                                                  
                                                          16.05.2020

1 thought on “Tatar ədəbiyyatı:Elvina Murza Dəmir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir