21 Kasım 2024
  1. Giza Piramidası

Dünyanın yeddi möcüzəsindən bu günə qədər yalnız Misirdəki Giza piramidaları qalmışdır. Onun necə gözəl göründüyünü isə biz, sadəcə, təxmin edə bilərik.Müasir texnologiya olmadan insanların belə şah əsər yaratmaları heyrət doğurur. Bunun necə tikildiyini anlamaq üçün yeni fərziyyələr və faktlar irəli sürülsə də, hələ ki, bu bir sirr olaraq qalır.

1. Xeops piramidası

Kompleksin ən böyük piramidası Xeopsdur. Müasir texnologiyadan istifadə etmədən bu cür inanılmaz bir bina qurmaq ağlasığmazdır. Lakin misirlilər buna bacarmışlar. Piramidalar əvvəllər fərqli görünürmüş. Ancaq əhəng daşı o qədər cilalanmış ki, zaman keçdikcə piramidalar günəşdə parıldamış. Alimlərin fikrincə, misirlilər burada enerji toplayırmışlar.  

2. Babilin asma bağları

Assuriya kraliçası Semiramis, onun adı ilə adlandırılan bu mözücə inşa ediləndən 2 əsr əvvəl yaşamışdır. Əslində, tarixçilər bağların Midiya padşahı ilə ittifaq bağladıqdan sonra qızına evlənmə təklif edən II Navuxodonosor tərəfindən inşa edildiyinə inanırlar. Babil gələcək həyat yoldaşına çox kədərli görünürdü, buna görə də əri, Kraliça Amitis üçün dörd səviyyəli bənzərsiz suvarma sistemi, gəzinti üçün sərin otaqlar və yaşıl əraziləri olan terraslı bağlar qurdu.

3. Efes Artemida məbədi

Müasir texnologiyalardan istifadə edərək belə bir bina asanlıqla tikilə bilər. Ancaq qədim memarların hesablama dəqiqliyi və izahsız bilikləri heyrətamizdir. Məbədin dizaynı və inşası üzərində yalnız yunan ustaları işləmişlər. Yanma və dağıdılmalardan sonra məbəd üç dəfə yenidən tikildi. Binanın damının kütləsini 127 sütun saxlayır. Məbəd Gots tərəfindən dağıdıldıqdan və quruluş tamamilə məhv edildikdən sonra onun yerində xristian kilsəsi tikildi. Bütpərəst dinlərə qadağa qoyuldu və heç kim məbədi yenidən bərpa etməyə cəhd etmədi.

Temple of Artemis

4. Zevsin heykəli

Zevsin heykəlini Afinalı heykəltəraş Fidiya yaradıb. Beşmərtəbəli bina hündürlüyündə olan heykəl fil sümüyündən hazırlanmışdır. Daha sonra həmin memar Zevsin üz görünüşünü necə gücləndirəcəyini düşündü. Onun ayaqları yanında bir hovuz qazıldı. Hovuz su ilə doldurduqdan sonra üstünə nazik qatla  bitki yağı töküldü. Günəşin şüaları yağlı suda əks olunaraq heykəli içəridən parıldayırmış kimi  işıqlandırdı. Optik bir illüziya, Zevsin canlı görünməsinə səbəb olaraq məbəd ziyarətçilərində gözəl təəssüratlar yaratdı.

5.  Halikarnas məqbərəsi

Karia hökmdarı Mavsol, ölümündən sonra xatırlanmasını istədi və bunun üçün hələ sağ ikən özünə və həyat yoldaşı Artemisiyaya bir məqbərə tikməyi əmr etdi. Miladdan əvvəl IV əsr üçün  belə bənzərsiz bir məqbərə  tikmək çox çətin idi. Məqbərə bir neçə səviyyədən ibarət idi və üstündə padşahla bir sultan qadının oturduğu  araba heykəli var idi. Tikinti prosesinə Kraliça Artemisiya özü rəhbərlik etmişdir.

6.  Faros mayakı

Faros mayakı,  plana görə 20 ildə qurulmalı ikən, qədim dövrün standartları ilə çox qısa müddət ərzində inşa edildi.  Knidoslu Sostrat bir hiylə sayəsində dünyanın altıncı möcüzəsinin baş memarı kimi tarixə düşdü. O öz adını mərmər plitə üzərinə həkk etdi və sonra onun üstünə nazik suvaq çəkdi. Bunun üzərinə Misirin o vaxtkı padşahı Ptalomeyi vəsf edən şeirlər yazdı. Vaxt keçdikcə suvaq təbii təsirlərdən silinib getdi və memarın adı üzə çıxıb tarixə düşdü.

7.  Rodos abidəsi

Rodos adasının Heres adlı məşhur heykəltəraşı bu şah əsəri yaratmağı öz öhdəsinə götürdü. Lakin büdcədə böyük çatışmazlıq var idi. Böyük sənətkar başladığı işi yarımçıq qoya bilmədi və bütün tanış, qohum və dostlarından borc aldı. Gil və tuncdan hazırlanan Tanrı adanın üstündən on səkkiz mərtəbəli bir bina hündürlüyündə yüksəldildi. Borc verənlər isə müflis olan heykəltəraşı sıxışdırırdılar.Heres intihar etdi. Onun yaratdığı əsər isə yalnız 65 il dözdü, heykəlin xarabalıqları  900 il eləcə qaldı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir