Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Ədəbiyyat

Edqar Li Masters

By İklim
05 Avqust 2020 1 Min Read
0

Amerika şairi Edqar Li Masters daha çox əyalət şəhəri sakinlərinin həyatından bəhs edən nağılvari şeirlərin toplandığı “Spun River antologiyası” kitabı ilə tanınır.

Dok Hil

Bu başdan o başa var-gəl edirəm

Gəlib gedirəm

irəli geri gecəbəgündüz

Məni kasıb xəstənin üstə çağırmayanda .

Bilirsinizmi niyə

nifrət edir arvadım, əclaf böyüyür oğlum,

Çünki bütün sevgimi insanlara vermişəm.

Məni dəfn eləməyə gəlmişdi xeyli adam

qəbristanda görəndə mən bu qədər adamı

ürəyim dağa döndü.

Dedilər ki, şəhərdə məni yaman sevirlər,

Sevincdən çıxacaqdı ay Allah, bu ürəyim.

Elə ki, girdim qəbrə, təzə həyat başladı,

Gördüm bu yan qəbrdə palıd ağacı altda

Özünü və dərdini gizləyən Em Stentonu.

     Sara Braun

    Bu şam ağacı altda yoxam, Moris, ağlama.

    Əsdirir tər otları baharın sərin mehi, tərpədir.

    Ulduzlar parladıqca gecəquşu oxuyur,

    Sən kədərə batırsan, mənim qəlbim yumşalır.

    Sonsuzluq dünyasının xeyir nirvanasında

    Mənim ərim xeyirxah qəlbi ilə qəmlənir.

    Çünki bizim eşqimiz sənlə günah sayılır.

    Ona de taleyimi həll eləyən məhəbbət

    Həm ona, həm də sənə eyni qədərdir əlbət.

    Ruh qazandım əzabla, ruhi rəvana girdim,

    Göylərdə yoxdur nigah, orda diridir sevgim.

                            FRENK DRAMMER

    Ölmək var bir də

    Kölgə sultanlığında

    25 yaşında

    O qaranlıq zindanda.

    Dilim acizdir deyəm,

    Gücünü içimdəki burulğanın söyləyəm.

    Məni axmaq sayırdı yaşadığım bu şəhər

    Başlayanda yenicə məndə aydın görmələr.  

    Sonra məcbur elədi məni əzbərləməyə

    çox vacib və çox ülvi amal ilə əqidə

    Britaniya ensklopediyasını.

    Tərcümə edən: Ayişə Nəbi

    Author

    İklim

    Follow Me
    Other Articles
    Previous

    ƏLLƏRİN MÖCÜZƏSİ

    Next

    DÜNYANIN YEDDİ MÖCÜZƏSİ HANSILARDI

    No Comment! Be the first one.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme