25 Kasım 2024

VƏ YA ŞEİRİN GÜCÜ

Şeirin gücünə, mənəvi təsirinə, zamanın hər qatında diri olduğuna, hər an canlı kimi dillənən və qarşısındakını sehirləyən işıqlı bir güc olduğuna hər zaman şahid oluruq.Beyinlərin texnikiləşdiyi bu gündə bu mahiyyətə varmaq çətin olsa da, şeir məna aləmindəki gücünü qoruyur.Dilindən şeirlər eşitdiyimiz, gəncliyində də şeir oxumuş və əzbərləmiş Türkiyə dövlət başçısı da bunun fərqindədir ki, daim yüksək kürsülərdən şeirlər səsləndirir.

Şeiri sevdiyi üçün hətta Nəcib Fazıl Kısakürəyin redaktorluğunun 50, mübarizəsinin 40 illik yubileyini gənc Rəcəb Tayyib Ərdoğan təqdim etmişdir. O günləri Ərdoğan xatirələrində də dilə gətirir. Yubileyi təqdim etmək üçün gənc bir aparıcı axtarılırdı və yarışma nəticəsində iki gənc finala çıxdı. Nəcib Fazil təqdim olunan gənclərdən birini yarışmadan çıxardı və iki il əvvəl “Tərcüman” qəzetinin açdığı “Ən yaxşı şeir oxuma yarışması”nın qalibi olan gənc qaldı. Bu gənc, illər sonra Türkiyə Respublikasının Prezidenti olan Rəcəb Tayyib Ərdoğan idi.

Şeirin gücünü duyan Rəcəb gəncliyindən, “Bizi dörd qitə, yeddi iqlimə hakim qılan ruhun memarı” adlandırdığı Ustadın şeirlərini sevir və o şeirlərin ruhuyla yetişir.Gənc ikən oxuduğu şeirləri hələ də yüksək kürsüdən də oxuyaraq həm ustadın, həm də şeirin mənəvi dəstəyini, ruhani gücünü mənimsəyir.Türk padşahları tarix boyu şeiri duymuş, bir çoxları şeir yazmış, şeirin gücündən istifadə etmişlər.Bu gün türk dünyasının siması halına  gələn Ərdoğan Ustadın şeirləri ilə yetişməklə, onun  mənəvi gücünü mənimsəmişdir. “O dövrdə yüzlərlə, bu gün yüz minlərlə gənci dünyaya hazırlamış bir məktəb, tək başına bir ekoldur” deyə yüksək dəyər verdiyi ustad Nəcib Fazılın şeirləri timsalında şeirin  ilahi qaynaqdan qopduğunu, ölümsüzlük ruhu daşıdığını unutmur. Bir romanın demədiyini bir şeir deyə bilir, bir şeir bir qoşunun başını çəkirsə, artıq varın siz düşünün bu gücün qüdrətini.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir