Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Ümumi

SƏLAHƏDDİN EYYUBİ TÜRKDÜRMÜ

By İklim
29 Avqust 2020 2 Min Read
0

III səlib yürüşündə qalib gəlib xristianların hegomonluğuna son qoyan Səlahəddin Əyyubi Azərbaycan türküdür! Bunu Əbülfəz Elçibəy tələbəlik illərində olan bir əhvalatla belə xatırlayır:

Bir gün Qahirə Universiteti Tarix fakültəsinin bir tələbəsi tanış olarkən məndən soruşdu:

-Hansı ölkədənsiniz?

Elçibəy: Azərbaycandan.

Tələbə: Siz Səlahəddin Əyyubinin vətənindənsiniz!

Mən Səlahəddin Əyyubi haqqında az oxumamışdım. Ancaq bu sözü eşidəndə bir qədər çaşdım.

– Haradan bilirsiniz?-deyə soruşdum.

Tələbə: Səhər mən sizə mənbəni gətirərəm, dedi.

Gətirdi də. Təxmini eni 25-30 sm., boyu 40-50 sm. olan ayrıca bir əsər idi. Rəngli şəkillərlə görkəmli şəxslər haqqında ensiklopedik yayındı, üzərində Səlahaddinin cəngavər geyimində şəkli var idi.

-Avropada Saladin adı ilə tanınan, yalnız Qüdsdə deyil, bütün Fələstin və Suriyada xaçlıları darmadağın edib bu yerləri təmizləyən, Almaniya İmperatorunun, İngiltərə və Fransa krallarının liderliyi altında başlayan üçüncü səlib yürüşünə (1189-92) qarşı birləşmiş müsəlman ordularının başında dayanaraq xaçlıların sərkərdəsi, bütün Avropanın qürur duyduğu İngiltərə Kralı aslan ürəkli Riçardı (1157-1199) Akka Qalasında diz çökdürərək əsir alan, Misirdə 1177-ci ildə Əyyubilər sülaləsi hakimiyyətinin əsasını qoyan, yenilməz sərkərdə və sultan olan Səlahəddin (1138-1193)! Tarixçi tələbənin verdiyi əsərdə isə mənim üçün yenilik olan bu idi:Bir gün Sultan SƏLAHADDİNDƏN soruşmuşlar:

-Deyirlər ki, siz kürdsünüz. Bu, doğrudurmu?

Sultan: -Xeyr! Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Əz-zib tayfasındanıq.

O zaman oxuduqda bu məni çox həyəcana gətirmişdi. Bir şeyə hayıflanırdım ki, tarix qaynağı göstərilməmişdi. Sonralar Bakıda Aspiranturada oxuyarkən və Universitetdə dərs verərkən də Səlahəddin haqqında araşdırmalarımı davam etdirdim və axtardığımı tapdım; araşdırmaçıların ən doğru saydığı qaynaqların birində — məşhur alim İbn Hellikan «Görkəmli adamların ölüm tarixləri» (“Vefayat əl-ayan”) əsərində yazır:

«Şirkuh demişdir ki, bizim nəsəbimiz (soy-kökümüz) Göy Böri (boz qurd / göy qurd)-dir!».

Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçədə geniş yayılmış Göy boru, Qara boru, Boz boru tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır.

Bu məsələnin — orta əsrlərdə qurd sözü ilə kürd sözünün ərəb əlifbası ilə yazılış uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu mövzuda Azərbaycan ədəbiyyatı, alimləri təkrar-təkrar yazmışlar. Onların dediyini burada qeyd etməyi lazımlı sayıram. Belə ki, Nizami əsərlərinin birində «mənim qurd tinetli anam» yazmış, tədqiqatçılar bunu «mənim kürd əsilli anam» olaraq oxuyub, səhv təqdim etmişlər, çünki orta çağda qurd sözü ilə kürd sözü ərəb əlifbasında eyni şəkildə yazılırdı.

 Əbülfəz Elçibəy: Bütöv Azərbaycan Yolunda, s.162, 163,164

Bu fikrin doğruluğu XII-XIII əsrlərdə yaşamış ərəb şairi İbn Sənaülmülkün şeirindəki bir beytlə də təsdiqlənir:

“Bi dovlət-it-Turki əzzət millətul Arab

Va bi ibni Əyyub zəllət şiətus sulub”

Tərcüməsi:

Türk dövləti ilə ərəb milləti izzətləndi

Əyyuboğlu əlində səlibçilər zəlil oldu .

İklim.az

Author

İklim

Follow Me
Other Articles
Previous

Yağmuru canıma sarıb gedirdim

Next

Anton Çexov

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme