21 Kasım 2024

Paytaxtımızın dar küçələrində divarlara çəkilən heyrətamiz və bir o qədər də maraq doğuran rəsmlərə hər birimiz rast gəlmişik.

Bu, bəzən yanından keçdiyimiz, bəzən də dayanıb maraqla baxdığımız qraffitidir.Qraffiti, xüsusilə gənclərin öz düşüncələrini, hiss və ruh hallarını əks etdirdiyi, beyinlərində canlandırdıqları obraz və ya yazıları sprey boyalarla divarlarda ifadə edib ərsəyə gətirdikləri bir sənət növüdür.Bu sənət bəzi insanlar tərəfindən vandalizm şəkli adlandırılaraq sevilməsə də, divarlara çəkilən rəsmlərin görünüşü, dolğunluğu, mahiyyəti bu düşüncəni aradan qaldırmağa kifayət edir.Artıq dünyanın hər yerində olduğu kimi ölkəmizdə də sevilərək çəkilən graffitilər boz divarları rəngləndirir.

Bu yazı, rəsm növünün tarixi çox uzaqlara gedərək keçmişdəki ilk insanların mağara rəsmləri ilə əlaqələndirilir. Zaman keçdikcə inkişaf edib bu günki halını alan graffitinin  ilk dəfə 4-5-ci yüzilliklərdə Pompey divarlarında yarandığı söylənilir. Lakin qəbul olunan yaranma tarixi 2-ci Dünya müharibəsi illəri sayılır. O zamanlar Almaniyanı iki yerə bölən Berlin Divarına yazılan yazılar sonradan boyanaraq graffitiyə bənzədildi və bu hadisə sənətin başlanğıc nöqtəsi oldu. Sonralar 1960-cı illərdə isə üsyançı siyasi dəstələr öz emblemlerini tanıtmaq və ideologiyalarını yaymaq üçün graffiti yazi növündən istifadə edərək ABŞ-da bu sahəni üzə çıxarmağa başladılar.

Türkiyədə də inkişaf etmiş olan bu sənəti ölkəyə ilk dəfə Almaniyada yaşayan türklər gətirmisdirlər.Burada graffitidən istifadə edənləri kommunist və anarxist adlandırsalar da, gizlin səkildə davam edən graffiti sənətinin üzərindən bir müddətdən sonra qadağalar qalxdı və bu sahə gənclər tərəfindən müstəqil səkildə istifadə olundu.

Artıq müasir həyatda inkişaf etmiş şəhərlərin böyük və boz divarlarını azad ruhun ifadəsi olan bu yazı növünə aid nümunələr, rəsmlər bəzəyir.

Digər bir adı da “küçə sənəti” olaraq bilinən qraffiti sənəti Azərbaycanda da müəyən qədər yayılmış, bizdə də bununla maraqlanıb məşğul olan gənclərimiz az deyil.Bu sənəti tək-tək, eləcə də qrup halında fəaliyyət göstərən gənclər icra edir. Onlar bu sənətdən heç bir mənfəət və qazanc güdmür, əksinə öz maliyyəsi hesabına əldə etdikləri boya spreyləri ilə Qobustan qaya rəsmlərində olduğu kimi mesajlar ifadə edir, yaratdıqları rəsmlərlə öz fikir və düşüncələrini divarlara həkk edirlər. Bu sənət nümayəndələrini basqa sözlə də “gecə rəssamları” adlandırırlar. Sual verə bilərik ki, nəyə görə? Çünki keçmişdə bu sənətin icra olunmasına qadağa qoyularaq, gənclərə öz sənətlərini icra etməkdə çətinlik yaradırdılar, “divarı niyə yazdın?”- deyə hətta cərimə belə edirdilər. Ona görə də, onlar daha çox gecə vaxtları şəhərlərin dar küçələrində divarlara çəkirdilər. 

Azərbaycanda bu sənət yeni-yeni yayılıb inkişaf etsə də, bəzi gənclər buna tərəddüdlə yanaşsa da, rastımıza çıxan qraffitilərdən görürük ki, azad ruhlu “gecə rəssamları”sənətlərini ifa etməyə davam edirlər. Graffiti artıq dünyada qəbul olunmuş sənət olmasına baxmayaraq, hələ də onu bəyənməyib etiraz edənlər, onsuz da şəhərin kifayət qədər bəzəkli olduğunu, əlavə bəzəyə ehtiyac olmadığını deyənlər vardır. Buna baxmayaraq,  gənclərin azad düşüncə və ruhlarının qarşısını  heç bir divar və maneə kəsə bilməz.

 Azərbaycanda bu sənətin inkişafı və püxtələşməsi naminə 2013-cü ildə “ Qum heykəltaraşlığı və Qraffiti üzrə açıq festival” keçirilmişdir ki, burada bir çox istedadlı gənc rəssam və heykəltaraş üzə çıxarılmışdır. Gəncliyin ruhundakı çılğınlığı, üsyankarlığı ən rəngli səkildə təcəssüm etdirən bu sənət növü- qraffitinin nümayəndələri bir çox hallarda özlərini gizli saxlayır və ya müəyyən adlardan imza səklində istifadə edirlər, məsələn “taki183” kimi.

Maraqlıdır, nəyə görə bu insanlar rəngləri adi kətan və ya kağıza deyil də,  divarlara həkk edir, yağışın, küləyin solduracağı, yaxud da silinə, pozula biləcəyi divarlara çəkirlər? Mənim fikrimcə, bu sənətin nümayəndələrinin divara rəsm çəkməsinin əsas səbəblərindən biri öz düşüncələrini bir anda daha çox insana, insanlığa aydın, göstərişli və bir o qədər də iri həcmdə vermək istəməsi, kütləyə daha tez çatdırmasıdır. Kətan, kağız və digər vasitələrə çəkilən rəsmlər müəyyən çərçivəyə sığa biləcəyi  halda binaların divarlarına çəkilən rəsmlər olduqca geniş sahəni tutur, onların azad və çılğın ruhunu əks etdirir. Bu sənət əsərlərini yaratmaq çox çətin olsa da, azad düşüncələrin sonsuz sayda insana çatdırılması zövqlüdür. Bəlkə də elə buna görə kətan və ya kağızı iri həcmli divarlarla əvəz etdiklərini düşünmək olar.

Nyu- Yorkda məhşur bir qalereya sahibinin dediyi kimi, içəridə Mona Liza da olsa, bir muzeyin çölü icindəkindən daha çox insan tərəfindən görülməkdədir. Lakin küçədə sənətini icra edən şəxslər bu ironiyadan uzaqdır. Onlar sərbəst şəkildə rəsmləri kağıza deyil də, divara həkk edərək həm daxili sıxıntılardan qutulur, həm sosial mesajlar verir, həm ictimai fikir deyir, həm də sənət yaratmış olurlar. Bu sənət yaxşı mənada nə qədər “avara sənət” olsa da,  bir o qədər də eqoist və kübar sənətdir. Çünki burada azadlıqla avanqardlıq, hislə ağıl, duyğu ilə məntiq birləşərək rənglər ansamlında müasirliyi ifadə edir. Eyni ilə qraffiti dəstələrindən birinin “Qraffiti, incəsənətin rock and rolludur” dediyi kimi.

ADRA, 2-ci kurs tələbəsi Gül Turan

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir