Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
ŞeirÜmumi

Vilyam Vordsvort

By İklim
24 Sentyabr 2020 1 Min Read
1

Vilyam Vordsvort  (1770-1850)-İngilis romantizminin banisidir.

O, “İnsan ağlı yalnız xarici stimulları qeyd edən passiv bir orqan deyil! O, xəyal gücü sayəsində inanılmaz bir yaradıcılığa sahibdir. Buna görə də hər şey şeirə mövzu ola bilər”, “Şeir insanlara əxlaqi və fəlsəfi dəyərləri öyrədərək onları ucaltma məqsədi daşıyır “ deyir.

Bulud kimi tək gəzdim

Bulud kimi tək gəzdim

Vadilər təpələr üstündə uçdum,

İzdihamdan keçdim qaçdım.

Bir qom qızıl nərgiz ilə,

Göl qırağı, ağacların yanında,

Rəqs edirdi əsən o rüzgar ilə

Kəhkəşanda göz qırparaq

Körfəzdə parlayan ulduzlar kimi

Üfiq boyunca uzanır

Sonsuzluğa gedirdilər.

Bir göz atdım gördüm sayı

On min idi bəlkə də çox,

Sevincdən  havada yellənirdilər.

***

PAYIZ YAXINLAŞANDA

Yarpaq belə solmamış palıd meşəliyində,

Qış nəfəsi duyulur dağların havasında.

Soyuq oyansa belə oraqlar biçməyibdi

Aydın səma altında taxılı tarlalarda.

*

Buz qılınc, eşitdim, işarə edir mənə:

Yaxında töküləcək yaşıl meşədə yarpaq. 

Nəğməylə pıçıldayır bahar dili yarpağın: 

Düşməniniz yoldadır tez tələsin cənuba!

*

Qışda da oxuyuram yayda olduğu kimi

O qalın meşələrin boğuq xışıltısında

Qorxmadan o aydın parıltısında.

*

Gözləyirəm payızı xoşca bir salam ilə,

Şairlərin ilhamı fırtınayla, qar ilə

Daha da tez oyanır yayın cırhacırından.

Rus dilindən çevirən Ayişə

Author

İklim

Follow Me
Other Articles
Previous

Ülvi Bünyadzadə, səni unutmadıq

Next

Asif Ata-inamın uğur günü

One Comment
  1. Tahirə dedi ki:
    24 Sentyabr 2020 tarixində, saat 13:53

    Gözəldi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme