Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Şeir

Bəxtiyar Vahabzadə:Vətən marşı

By İklim
22 Oktyabr 2020 1 Min Read
1

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,

Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.

Sənin öz dövlətin, öz millətin, öz cəddin var

Vətən uğrunda ölənlər ölümündən doğular.

Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik

Biz Vətən naminə ölsək, dirilərdən diriyik.

Mənim öz ulduzumu bağrına basmış hilalım,

Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”

Sən bu gül bayrağım altında məramınca yaşa,

Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.

Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,

Günəş hər gün doğur ancaq içimizdən Vətənə.

Bizim iqbalımızı yazdı qılıncın kəsəri,

Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.

Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,

Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni,

Sənin haqqındır azadlıq, sənin eşqindir iman,

Tapmaz haqqa və insanlığa haqqdan doğulan.

Bəşərin dərdini öz dərdi bilib millətimiz.

Biziм öz niyyətimizdən doğub hürriyyətimiz.

Gecələr yatmadan əvvəl sor özündən ki:

“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”

Author

İklim

Follow Me
Other Articles
Previous

Qanadlandım uçmağa

Next

Azərbaycan Türkiyə

One Comment
  1. Mehdi Vəliyev dedi ki:
    27 Oktyabr 2020 tarixində, saat 16:04

    “Bizim iqbalımızı yazdı qılıncın kəsəri”, rəhmətlik ustad lap bu gün üçün deyib bu gözəl sözü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme