Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimai

Erməni mədhiyyəçisi olan Suriya şairi

By İklim
05 Noyabr 2020 2 Min Read
0

Suriyalı ərəb şair Əbu Təmmam ( 804(807) Dəməşq-846 Mosul) saray mədhiyyəçisidir. Yunan əsilli xristian ailədə doğulsa da, sonradan islamı qəbul edərək müsəlman olmuş, özünə ərəb ad-soyadı götürmüşdür. O ən çox mədhiyyələr yazmış və bu mədhiyyələrin bəzilərində Bağdadla yanaşı Ermənistan hakimiyyətini mədh etmişdir. Bu şairi tanıtmaqda məqsədim onu təbliğ etmək deyil, öz səhvimi düzəltməkdir.

Bir neçə il əvvəl tərcümələrdən ibarət dünya şeir antologiyasını hazırlamaq üçün araşdıranda bu şeir qarşıma çıxmış, bəyənib tərcümə etmiş, “Yalınqayaq şeirlər” kitabına da salmışdım. İndi bu şeiri təkrar oxuyub müəllifin özünü araşdıranda gördüm ki, o ermənilərə də mədhiyyələr yazıbmış. Bununla belə bu şeiri və bu şairi sizə təqdim edirəm, siz də tanıyın ki, sonra mənim kimi şeirinə aldanmayasınız. Bəzən yaxşı şeirin də altında siyasi bir hiylə gizlənə bilir. Bəzən yaxşı bir şeir, əslində bizə qarşı yazılmış ola bilir.

Sənət, şeir, musiqi, ədəbiyyat deyəndə, bu anlayışları milli düşüncədən üstün tutur və əbədi olanın milliyyəti olmaz deyirlər.Bəlkə kim üçünsə bu belədir, ancaq mən bu hissi özümdə yarada bilmədim, mən hansı kosmopolit düşüncəyə gözümün ucuyla baxsam, milli qanım qarşımı kəsir.İstər buna dar düşüncəlilik deyin, istər geriçilik, istər milliyyətçilik, fərqi yoxdur, məsələn, erməniyə nə zamansa mədhiyyə yazmış bir şairi tərcümə etdiyim üçün özümü haqsız sayıram. Bu şeiri oxuyun və bir suriyalı ilə Ermənistanın ta nə zamandan başlayan bir əlaqəsi olduğunu görün. Erməni hər zaman düşməndir, su durar düşmən durmaz.

QILINC VƏ ŞEİR

Mənə çox uzaqdan bir pay gəlibdir,

Göz qamaşdırandır parlaq, itidir.

Ağzım açıq qalıb heyrətdən indi,

Ərəb hədiyyəsi olan qılıncın

Parlaq tiyəsinə bir beyt yazılıb.

Şair o beytdə belə söyləyir:

“Qılınc kitabdan itidir”

Şair axı düz deyir.

Qılıncdan etibarlı, qılıncdan daha güclü

Varmı bir şey? O əsla

Qoymadı qılıncı əlindən yerə.

Ancaq döyüş kəsəndə, hamı yuxuda ikən

Onun şamı yanırdı, şair şeir yazırdı.

Əsrlər ötdü keçdi, döyüşlər unuduldu,

Yaddan qalan o gündən bircə o şeir oldu.

Qılıncın tiyəsinə yazılan qəmli şeir.

A.Nəbi

Author

İklim

Follow Me
Other Articles
Previous

Erməni rusu özünə qalxan edir

Next

Şuşa azaddır!!!

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme