Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Yurdum

Zəfər, sevinc və narahatlıq

By İklim
11 Noyabr 2020 3 Min Read
0

Gecəylə gələn qələbə xəbərinə öncə çaşdıq bilmədik inanaq, ya inanmayaq.Çünki hələ düşməndən təmizlənməyən kəndlərimiz, şəhər və ərazilərimiz vardı.Digər tərəfdən də, bir gündə 72 kəndi düşməndən azad edən qüdrətli Ordumuzun ani qələbə xəbərini də möcüzə deyil, gerçək sayaraq inanmaq istədik.

İnandıq.Dan üzü gələn bu sevinci yaşamaq da çətin oldu, içimiz içimizə sığmadı, sevincdən quruduq qaldıq, heç bir şəkildə duyğumuzu ifadə edə bilmədik.Bütün sözlər sönük, bütün ifadələr yetərsiz, bütün sevinclər az qaldı.Bu, uzun illərin gözü yolda qalan zəfər müjdəsidir, bu ölüm ayağında “mənə Üçbulaqdan bir qurtum su gətir içim ölüm” deyə günlərlə can verə bilməyən yurd həsrətli insanların ağrılı ruhlarının dincliyidir.

Bu zəfər 44 gündür döyüşən əsgərimizin tökülən qanının yerdən qalxıb ucalara rəng verməsi idi.Bayraq kimliyimizin erməninin zəhərlədiyi torpaqlarda bərq vurmasıdır, fəxrdir, qürurdur.

Qələbənin ilkin təəssüratı beləydi, ancaq bir az keçəndə ali baş komandanın xalqa müraciətində odlu alovlu, inamlı çıxışından sonra bir az da ürəklənsək də, üçtərəfli imza məsələsi, Rusiyanın Qarabağa qoşun yeritməsi məsələsi keyfimizə soğan doğradı.

Əlbəttə ki, ən yaxşısını işin içində olan bilir, yəni ali baş komandan əminəm ki, ən uyğun variant seçib.Ancaq yenə də sevincimiz bir az boynubükük oldu.Xalqın zəfər coşqusu, gecədən komendant saatına belə məhəl qoymadan küçələrə axışıb sevinc hayqırtıları, qələbə şüarları ilə şəhəri titrətmələri  gözəldi.Xalq birlikdə kədərlənir, birlikdə sevinir.Xalqın düşmənə qarşı belə tək vücud olması o qədər böyük bir ümid, böyük bir ruh yüksəkliyi yaradır ki, adam indiyə qədər gördüyü bütün mənfilikləri unudur, yox sanır.Biz həmişə belə bir can, tək vücud olaq. Millət -xalq olduğumzun şüuruna vardıq.Bütövləndik, tamlandıq, saflandıq.Ucaldıq.

Ancaq elə ki, Rusiya ordusunun Qarabağa ayaq basacağı yadımıza düşür, həmin an 1920-ci ildə Qızıl ordunun, 1990-cı il 20 yanvarda sovet ordusunun Bakıya gəlişi gözlərimizin qabağına gəlir.Təbii bir qorxu keçir ürəyimizdən.Şəhid qanı ilə sulanıb qana, cana doyan Qarabağ torpağını ermənidən sonra indi də rus tapdağınamı verdik?

Mən nə qədər gənclərin, yetişkinlərin könüllü orduya getmək istədiyinin şahidiyəm.Bu qədər vətən sevdalısı insanımız varkən, Qarabağı sonunadək döyüşüb alacaqdıq, alırdıq.Düzdür, mən istəyirəm şəhidimiz olmasın, zərər-ziyanımız olmasın, amma indi kim məni əmin edə bilər ki, döyüşərkən məruz qaldığımız zərər-ziyandan daha az zərər görəcəyik.Əvvələ, bölgədə hakimliyimizi itiririk.Bu xalq üçün mənəvi olaraq üzücüdür.O əsgər ki, düşmən belə onun möhtəşəmliyini etiraf edir,deyir, Azərbaycan ƏSGƏRİNİ vururuq, qanı axa-axa durub üstümüzə gəlir, ya da  Şuşada əlbəyaxa döyüşlərdə yaralıları və şəhidləri meydanda qoymayan əsgərlər üzü yuxarı dağlara və şəhərə aparırdılar.

Bəli, bu bizim əsgərdir, öz canını fəda edən əsgər.

Hər nə qədər bütün bu müddət ərzində qazanılan qələbələr ürəyimizi fəxrlə doldurur, başımızı dik tutmağa səbəb olurdusa, üçüncü gücün Qarabağa yerləşməsi bütün xalqı bir o qədər düşündürərək narahat edir.Çünki biz ermənidən tarix boyu soyqırımlar, sürgünlər, xəyanətlər gördüyümüz kimi rus ordusundan da qan-qada görmüşük.”Başına gələn başmaqçı olar”, Qızıl Ordunun gəlişinə də ümid kimi baxmırdıqmı bir zamanlar, 20 yanvarda belə, az qala inanmış kimiydik.

Bu dəfə ali baş komandana çox inandıq, onu özümüzdən biri saydıq, savaş dövrü çıxışları ilə lap ürəyimizdən xəbərlər verib gözümüzə girdi. Qələbələri bizi-milləti öz ətrafında birləşdirdi, yumruq olduq, erməni başına endik.Bu gözəldi.

Amma bir yandan da tarix boyu bizi yanıldan inamlarımızdan qorxuram.Vətəni ikiyə bölən mənfur müqavilələrin təkrar olacağından qorxuram.Daha sonra bilavasitə, ya da dolayı ilə Vətənimizin digər parçalara bölünməsinin təkrarından qorxuram.Gözəl Vətənimin sərvətlərinin yağmalanmasından qorxuram.Mənəviyyatımızın himayədarlıq adıyla aşındırılmasından qorxuram.Mədəniyyətimizin yadlaşdırılmasından qorxuram.Milli şüurumuzun  yenidən inkişaf adıyla zəhərli ideologiyalarla aldadılmasından qorxuram.Daha bir çox şeydən qorxuram.Tarixin  aynasında canlanıb özünü mənə  göstərən digər faciələrdən qorxuram.

Eee, mən niyə belə qorxaq oldum.Bəs siz necə, qorxmursuz? Yəni, bu qədər ürəklisiz? Olursuz olun, ancaq həddən artıq ürəkli olmaq da fəlakət olur bəzən.

Qarabağı elə özümüz qoruyurduq. Biz qoruya bilirdik.Ali baş komandan demişkən, sağdan soldan olan təzyiqlərə baxmayaraq zəfərlə qoruyurduq.Bütün dünyaya rəğmən.Şəhid ruhları qoruyurdu.Yenə qoruyacaq əminəm.Qarabağ bütün olaraq Azərbaycandır.

AYİŞƏ NƏBİ

Author

İklim

Follow Me
Other Articles
Previous

Sülh Mərkəzi yaradılacaq

Next

Çin şeiri:Nquyen Din Txi

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme