Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Yurdum

Erməni tərsməzhəbliyi

By İklim
16 Noyabr 2020 3 Min Read
0

Uduzan ermənilər sağa sola vurnuxub son çırpınışlarını edərək Kəlbəcərdən, digər yerlərdən çıxırlar. Kimi evini yandırır, kimi qapı-pəncərəsini sökür, kimi ağacları kəsir, meşəyə od verir, elektrik dirəklərini çıxarır. “Özgə atına minən tez düşər”, indi də ürəklərini soyutmaq üçün mütləq nəsə edirlər ki, onlardan geriyə heç nə qalmasın. Bəlkə öz-özlərinə düşünürlər ki, biz onsuz da bir daha buralara gəlməyəcəyik, qoy hər yanı yaxıb-yıxaq, dağıdaq.

Ermənidən fərqli olaraq 1988-ci ildə Qərbi Azərbaycandan zorla çıxarılan, çox qısa, 1-2 saat vaxt verib evinizi tərk edin, deyəndə bizim camaat heç də belə etmədi, bizimkilər bir-iki günlük, bəlkə bir həftəlik gedirik, onsuz da qayıdacağıq deyərək, evlərinin nizamını pozmadı.Bəlkə də qıymadılar min bir zəhmətlə qurduqlarını bir zərbədə uçurmağa.

Eləcə tərk etdilər…Düzdür, bu vaxt uzun çəkdi, düz 32 ildir ki, bizim camaat indi Ermənistan sayılan o yurdu məcburi tərk edib.Düzdür, o qoyub gəldikləri nizam çoxdan dağıldı, o yurdlarda, o evlərdə ermənilər yaşadı, yəqin ki, öz məzhəblərincə o yurdlarda qibləsiz bir nizam qurublar.Təbii ki, bizim əksimizə, necə deyirlər erməni tərsməzhəbliyi ilə.

Bİz əmin idik ki, oraya qayıdacağıq, Qarabağa qayıtdıq, Qərbi Azərbaycana da mütləq qayıdacağıq.

Qəribə hisdir qələbə.Filmlərdə gördüyümüz, kitablarda oxuduğumuzdan daha fərqli, daha dərin bir hisdir.Filmlərdə baxıb kövrələdiyimiz məqamlara indi canlı şahid oluruq.Filmlərdə gördüyüm sovet ordusuna nemeslərlə bizimkilər deyirdik, indi ermənilərlə əsl bizimkilərdir. Ancaq o “bizimkilər” ideya, İttifaq bizimkiləri olsa da, orada da bir əsgər vurulanda burda biz mərhəmətlə ağlayırdıq.

Savaş cəmi 44 gün çəkdi, o qədər həyəcanlı, o qədər canlı  yaşadıq ki, bu günlərin necə keçdiyini hiss etmədik.Ancaq bu 44 günün təsiri bir ömür davam edəcək.Kimi qürurunu yaşayacaq, kimi də acısını.Şəhidlərimiz ömrü boyu yaddaşımızın şərəf köşəsində qürurla duracaqlar, yetər ki, qazilərimizi unutmayaq. Qazilərin bu 44 gündə yaşadıqları onların bir ömrünə bəs edəcək və biz də bir ömür onların qulluğunda duracaq qədər vətənpərvər olacağıq.  

Fərqindəsinizsə, bu savaş bizə tamam yeni deyimlər, lətifələr, əfsanələr qazandırdı.Bunlar elə sürətlə yarandı ki, mən xalqımızın bu qədər yaradıcı olduğuna heyran qaldım. Ali baş komandanın hər kəliməsini bir dastana çevirdilər, mahnılar, şeirlər qoşdular, hər olaya bir rəvayət yaraşdırdılar. Bu günlər xalq ədəbiyyatımız həddən artıq zənginləşdi. Savaş, sadəcə, torpaq qazandırmadı bizə, savaş həm də milli qürur, uca heysiyyət aşıladı, mənliyimizlə yanaşı mədəniyyətimizi də zənginləşdirdi.

Eləcə də bir millətin toplu şəkildə necə alçala bilmə örnəyini gördük. Erməni tərk etdiyi evləri yandırmaqla yanaşı təbiəti də hər şəkildə yandırıb tarmar edir.İnsan nə qədər asımasız, qansız olar ki, mən istifadə etməyəcəmsə qoy məhv olsun düşüncəsini daşıyar.Kİlsə zənglərni, ikonaları, dini tabloları kilsə divarlarından söküb daşıyırlar.Hətta qəbirləri açıb ölülərinin qalıqlarını aparırlar.Milli xəbislik.

İstənilən vəziyyəti öz xeyirinə döndərən Ermənistan bu dəfə də məkrlə nəsə qazanağını ümid edir.

Xeyr, onlar zamanın ələyində qalacaqlar.Un, dən ələnəndə safı keçir, çörçöplüsü ələkdə qalır sonra atılır ha, bax, erməni də o misaldır, xəbəri yoxdur.Zaman ələyir.

Mahmud Mövludoğlu

    Author

    İklim

    Follow Me
    Other Articles
    Previous

    “Türkiyə ilə Azərbaycan arasında strateji ortaqlıq və qarşılıqlı yardım anlaşması”

    Next

    Savaş şeirləri silsiləsi:Nəcati Cumali

    No Comment! Be the first one.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme