21 Kasım 2024

Azərbaycan türklərinin mənfur erməni siyasəti ilə Qərbi Azərbaycandan məcburi sürgün edilməsindən 32 il keçir.Milli dövlət xülyası ilə 250 min soydaşımızı öz qədim yurdundan məhrum edən erməni, bu vaxta qədər özünü zavallı göstərərək bizim haqlı davamıza dünyanın qulaqlarını tıxamış və həddini aşmışdı.

Biz indi Qarabağ savaşında qələbə çaldıq, amma Vətənin bir  parçası olan Qərbi Azərbaycan hələ də siyasi mübarizə meydanında unudulur.

Xalq yurdunu unutmur.İnanınr ki, öz doğma yuruduna mütləq qayıdacaq.

28 noyabr 1988-ci il- Qərbi Azərbaycan Karvansara rayonu Haqqıxlı (Səməd Vurğun) kənd əhalisinin iki saat ərzində rus hərbçilərinin silahlı nəzarətində kənddən sürgün edildiyi gündür.Bu əhali 32 illik qaçqın-köçkün həyatı yaşamışdır.Bu gün məcburi tərk edilən Haqqıxlını anmaq, unutmamaq üçün 28 noyabrı “VƏTƏN GÜNÜ” adlandırırlar.

Elə bu məqsədlə də “İZİMİZ” İctmai Birliyinin təşkilatçılğı ilə 28 noyabr 2020-ci il tarixində “Vətən günü” adlı videogörüş keçirildi.Görüşdə kəndin ziyalıları və sakinləri iştirak etdilər.Videogörüş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.Əvvəlcə bu günün önəmli hadisəsi olan Qarabağ qələbəsi, belə görüşlərin önəmi və Qərbi Azərbaycandan sürgün edilmə haqqında “İzimiz” İB-nin sədri Ayişə Nəbi çıxış etdi.Sonra kəndin ağsaqqal ziyalısı Arif İbrahimov uzun illərin unudulmayan xatirələrini yada saldı.Kənd ziyalılarından Oruc Rzayev çıxış edərək sürgün olunma ilə bu gün arasında paralellər apararaq ümumi vəziyyəti dəyərləndirdi.Sonra professor Fuad Nəbiyev kəndlə bağlı xatirələrini danışdı.Jurnalist Xalidə İbrahimova kəndin mədəni zənginliyini, maraqlı həyatını dilə gətirdi. Vətənpərvər Zəminə İbrahimova şəhid və qazilərimizi unutmamağı məsləhət gördü.

Tərk etdikləri o qədim yurdun axar baxarından, gözəlliyi və nisgilindən söhbət açıldı.Texniki səbəblərdən videogörüşə qoşula biməyən bir çox həmvətənimiz də zəng vasitəsi ilə bizimlə bir olduqlarını bildirdilər.

Videogörüşdə üç məsələ müzakirə olundu.Birinci, Haqqıxlı kənd icmasınının qurulması.İcmanın yaradılması, üzvləri və idarə heyətinin seçilməsi haqqında hərə öz fikrini dedi və qərara alındı ki, icmanın təşkili üçün yenidən toplanılsın. İkinci məsələ, Qarabağ ərazisində boşalan kəndlərdən birinin Haqqıxlı sakinlərinə  verilməsi üçün imza toplanıb aidiyyatı orqanlara təqdim etmək, üçüncü məsələ isə, əgər ermənilər bizim ölkəmizdə yaşayırlarsa, bizim də gedib Qərbi Azərbaycanda yaşama hüququmuzun olduğu tələbini əks etdirən müraciəti xalqın imzası ilə hökumət və dövlət başçılarına göndərmək idi.

Bu məsələlər haqqında Ruxsarə Nəbili, yazar Elli Atayurd, gənc alim Abil İbrahimov və digərləri fikirlərini söylədilər.Videogörüşdə Firəngiz Zeynalova, Üzeyir Məmmədov, Mətanət İbrahimova, Zina Muradova, Gülöyşə Hüseynova, Ruqiyyə Nəbiyeva, Məsmə Qocayeva, Həqiqət Alıyeva, Efşan Həsənova və digərləri iştirak etdilər.Eləcə də canlı yayıma qoşula biməyən bir çox həməvətənimiz telefonla dinlədilər.

Xatirələr və arzular dilə gətirilərək doğma yurdumuza qayıtmaq və yeni görüşlər keçirmək ümidi ilə videogörüş yekunlaşdırıldı.

“İZİMİZ” İB-nin mətbuat xidməti

.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir