Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimai

Qərbi Azərbaycan Haqqıxlı Qadınlar Şurası

By İklim
17 Fevral 2025 3 Min Read
0

Fevral ayının 16-da Sumqayıt Poeziya evində Qərbi Azərbaycan, Haqqıxlı icması Qadınlar Şurasının  növbəti toplantısı keçirildi. “Doğmalaşaq yadlaşamayaq” devizi ilə vaxtaşırı keşirilən bu toplantının mövzusu Qərbi Azərbaycan Haqqıxlı folkloru və xalq yaradıcılığı idi.Toplantıda müxtəlif sənət sahibləri, ziyalılar, müəllimlər, həkimlər, təqaüdçülər və digər işlərdə işləyən və işləməyən xanımlar iştirak edirdi. Qərbi Azərbaycan, hələlik əlçatmaz olan doğma yurdumuz, el- oba adət-ənənələri, yurdun mədəni həyatı, xalqın söz inciləri xatırlandı. Toplantını Qərbi Azərbaycan Haqqıxlı icması Qadınlar Şurasının  sədri Ayişə Nəbi açıq elan edərək, Qadınlar Şurasının qısa müddətdə göstərdiyi fəaliyyətdən, onun keçirdiyi yardım aksiyalarından və qadınlar arasında yaratdığı doğmalıqdan bəhs edərək xanımlara Qərbi AZərbaycan icmasının üzvlük vəqisələrini təqdim etdi.

Elin söz yaddaşını, folklorunu araşdıran filologiya üzrə fəlsəfə doktoru Xalidə İbrahimova Qərbi Azərbaycan folkloru və söz yaradıcılığından söz açaraq müxtəlif mənbələrdə rast gəldiyi kəndlə bağlı əhvalatlar, şair Molla Nəbi Talib haqqında rəvayətlər, kəndin ilk ruhani məktəbinin yaradıcısı və müəllimi Molla Süleymanın ermənilər tərəfindən qətl edildiyi barədə danışdı. Həqiqət Alıyeva kəndin, eləcə də Qərbi Azərbaycanın uzaqda qalan möhtəşəm təbiəti, gözəllikləri və əhalisinin savadlı, xeyirxah olmasını iştirakçılara gözəl bir dillə çatdırdı. Gülümnaz İbrahimova çox maraqlı bir mövzuya müraciət edib dilimizdə olub digər heç bir yerdə işlənməyən sözləri xatırlatdı. Elza İbrahimova Haqqıxlının mədəni həyatı, incəsənəti və xalqın söz yaradıcılığı haqqında bilgi verdi. Şair, AYB üzvü Rasimə Könül  Haqqıxlının gözəlliklərindən bəhs edərək öz şeirlərini oxudu.Firuzə Əfəndiyevanın və gənc şair Sevinc Muradın kitabları təqdim olundu. Görüş çay süfrəsində davam etdi.

Maraqlı keçən bu görüşün növbəti aylarda da təkrarlanmasına qərar verildi.

İKLİM.Az

Author

İklim

Follow Me
Other Articles
Previous

Şəhid İbrahimov Sultan Mikayıl oğlu

Next

UNUDULMUŞ ŞƏHİDİMİZ

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme