Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Mənəviyyat

Süddəki yağı görürsən?

By İklim
05 Dekabr 2020 2 Min Read
0

Günlərin bir günü Allahı inkar edən ağıllı bir dahi çıxır meydana və Xristian ruhanilərinə suallar verir. Xristian alimləri cavab verə bilmədikdə, sizin suallara yalnız İslam alimləri cavab verə bilər, deyərək onu Bəsrəyə göndərirlər. Alim gəlir çıxır Bəsrəyə və burda da dünyaya meydan oxuyur ki, mənim suallarıma heç kim cavab verə bilmir.  

Bunu eşidən Həzrət Hammad, siz hələ bizim uşaqlarla bir az söhbət eləyin, sonra    alimlərlə görüşərsiniz, deyir və onu gənc Numan bin Sabitlə qarşı-qarşıya qoyur (İmam-i Əbu Hənifə). Alim uşaq yerinə qoyulub adi bir gənclə mübahisə etməyi  qüruruna sığışdıra bilmir və kürsünü yumruqlayaraq, “Məşhur alimləriniz haradadır, gəlsinlər? deyə qışqırır.

Gənc Numan bin Sabit deyir:

-Nədir, deyəsən, demək məndən qorxmağa başlayırsınız? -Alim bu sözə dözə bilmir və ilk sualını verir:

– De görüm, var olanın başlanğıcı və sonunun olmaması mümkündürmü?

– Bu mümkündür.

-Necə gəlib?

– Rəqəmləri bilirsiniz, birdən əvvəl hansı rəqəm mövcuddur?

– Heç nə yoxdur.

– Məcazi birin qarşısında heç nə olmayanda, gerçək birin qarşısında nə ola bilər?

-Bəs doğrunun istiqaməti nə tərəfədir?

– Elə isə siz deyin, şamın işığı hansı tərəfdədir?

– Ona bir tərəf demək olmaz.

– Məcazi işıq üçün belə deyilirsə, bəs əbədi nur olan işıq üçün nə demək olar?

– Var olan hər şeyin bir yeri olmalı deyilmi?

– Bu məxluqlar üçündür.

– Tanrı kainatdadırsa, bir yerdə görünməli deyilmi?

– Yaradanla yaradılan müqayisə olunmur, yaxşı bəs siz süddəki yağları görə bilirsinizmi?

– Görünməz o.

– Süddə yağ varlığı həqiqət olduğu halda onu görə bilmirsiniz deyə onu necə inkar edilə bilərsiniz? Sizə bir sual verim: sizin ağlınız varmı?

– Əlbəttə, var.

– Var olan şey görünməlidir dediniz. Əgər ağlınız varsa, onu göstərə bilərsinizmi?

Alim biur an susur və bu sualı verir:

-Bəs indi o nə edir?

– Bütün sualları siz kürsüdən verdiniz. İcazə verin, bir az da mən kürsüdən cavab verim.

– Yaxşı,  keç kürsüyə.

Bu gənc kürsüyə çıxaraq:

-Bu saat uca Allah sənin kimi kafir bir dahini kürsüdən endirir və mənim kimi qüdrətli bir şəxsi kürsüyə çıxarır”, deyərək ardınca da Rəhman surəsi 28-ci ayəni oxuyur. Bu vaxt dahi artıq qaçıb getmişdi.

İklim.az

Author

İklim

Follow Me
Other Articles
Previous

Savaş şeirləri: Bayraq şəkli

Next

Məmməd Araz : Görülməmiş dostlar

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme