Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Mənəviyyat

Bazar sabahı söhbəti: Zikir-fikir

By İklim
06 Dekabr 2020 2 Min Read
0

Allahın adını gecə-gündüz zikir elə ki, o daim yanında olsun.Onu çağır, Onu səslə, Onunla ol, yalnızlığın yox olsun, həmdərdin, həmsöhbətin olsun.

Zikir zikir zikir …Əlində təsbeh dənələri hərləndikcə dilin hərfləri yan-yana düzdükcə qəlbin nə edir, dilindən tökülən sözün ahənginə düşə bilirmi?

Dilindən söz dalğa-dalğa efirə yayıldıqca qəlbinin ritmi dəyişirmi, qəlbinin atışları o ritmə düşür, o ahənglə vururmu, yoxsa fərqində deyilsən, dilin  zikirdəykən qəlbin hansı duyğuda olur, bilirsənmi.Ən önəmlisi bu…

Zikirlə fikir…Zikir etdiyin qədər fikir də etsən, dünya necə də gözəlləşər.Fikirlə dil zikirdən yorulmaz, fikirlə dünyalar əjdaha dağları kimi qorxu  püskürməz, kiçilib ovcuna dolar, sənin olar, fikirlə zikrinin bir qanadı tərpənər, görünməz, bilinməz, əlçatmaz xəyallara yol çəkərsən.

Fikirdən sonra dön bir qəlbinin içinə də bax.Orda nə qarğaşa, orda nə fırtınalar, nə qasırğalar tüğyan edir.Sən qapılarını bağlasan da, qulağını səslərə tıxasan da içəridə qarğaşa davam edir.Sən zikirlə fikirlə ovunurkən qəlbinin üstünü nə qara dumanlar alır, nə paslar dolur içinə.O da yuyulmaq, yıxanmaq istər.

Zikirlə fikrini elə bu an ora yönəltsən o qarğaşa səngiyər, bir an bütün ziqzaqlar hamarlanar, nizam gələr, nizamlı yol açılar qarşında.Yetər ki, bu nizamın gəlməsinə izin ver.

O qarışıq duyğuların ipə sapa yatsın, onda bir an həyat gözəlləşəcək, bax dünya necə dəyişir, axara düşür.Xoşbəxtlik qapını döyür…Axı xoşbəxtlik hislərin  məmnunluğu, duyğuların doyumudur.

Hansı….Neçə….Nə…Nə üçün….Suallar girdabı….Ruhuna kölgə salan.

Təsbehin neçə dənəsi var, 99, yoxsa 101?

Allahın neçə adı var, 99, yoxsa 101?

Bilirsənmi? Bilmək!

Bilirsənmi, bilmək nə böyük bəladır? Bəs bilməmək? Bİlməmək ondan da böyük bəladır.

Bİlsən də, bilməsən də eyni bəladırsa, bu fəqir insan neyləsin? ”Sahabələrim ulduzlar kimidir, hanısının işığını tutub getsən….” mənzil başına çatarsan.Məqsəd mənzil başına çatmaqmı?

Yoxsa, məqsəd mənzilə varınca o yolda necə yerimək, o yolda nələri görmək, nələr etmək, nə hislər yaşamaqdımı?

Bəli, indi bu bazar sabahı, nə düşünsək xoşbəxtliyimizə kölgə salmaz? Ya da nə düşünək ki, düşüncəmiz xoşbəxtlik saçsın?

Mən sənin nəyə xoşbəxtlik dediyini bilirəmmi? Mən heç nə bilmirəm….

Sən zikir edərkən fikri dincə qoyanda mən heç nə bilmirəm.Qanadsız, cansız sözlərin ölü quş kimi göydən tapp eləyib yerə düşdüyü təhər bilgim də qanadsız olur, yox olur….Bilginin yerini qanadsız sözlər tutur. Sən fikir edərkən duyğuların qapananda mən bilməyi unuduram.Hislərin nizama düzülüb bilmə mərhələsinə gələndə mən susuram…

O mərhələni ağıl bilməz.O qatı göz görməz.O incəliyi ipək kəsməz….

Sən təsbeh dənələrini sayarsan….Mən nəfəsimi sayaram….

Sən Allahın adlarını sayarsan…Mən Allahın adlarını nəfəsimə bükərəm…

Zikir fikir hiss….dilin zehnin qəlbin oyaq olar…qəflət uzaq olar…

Ayişə Nəbi

Author

İklim

Follow Me
Other Articles
Previous

Məmməd Araz : Görülməmiş dostlar

Next

Ah, nə yaman oldu 2020

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme