Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimai

Şəhid olsam ağlamayın….

By İklim
07 Fevral 2021 1 Min Read
0

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU

18 iyun 2010-cu il, gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni təkbaşına keçir.

İlk həmlədə Ermənistan ordusunun çox sayda əsgər və zabitini gözlənilmədən məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan igid döyüşçüsü qeyri-bərabər döyüşdə sabaha saatlarında qəhrəmancasına şəhid olur.

2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubu sizə təqdim edirik:

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.“

İklim.az

Author

İklim

Follow Me
Other Articles
Previous

“Ana bilir” gəncliyi

Next

Şıltaq İlahə

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme