Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Ədəbiyyat

Mirzə Ələkbər Sabir

By İklim
31 May 2021 2 Min Read
0
BƏHRİ TƏVİL

Ey fələk, zülmün əyandır, bu necə dövri-zamandır ki, işim ahü-fəğandır, məni yandırma amandır, gözümün əşqi rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd-bəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfri-şiyəmlər necə cürətlə rəqəmlər yazıb islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamda, hər ölkədə, hər şəhrdə, dinarü-dirəmlər saçılıb, məktəbi-nisvan açılıb,  qız balalar məktəbə hazır olalar,  elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağa geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət, aman, ey vah! Ay allah, bu qövm oldu nə gümrah, bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah!

Salıb aləmə pərxaş, bular lal ola, ey kaş, düşə başlarına daş! Xüdaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fənakarə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: о da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü-səranı süpürüb, kasanı qabı üfurüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət, biri oldur ki, gəlin getdiyi evdə bacarıb, qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etməyə bir kimsə də cürət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü-məhəbbət, ola təbdili-ədavət, biri həm axırı ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsı var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət, anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət….

Budur aləmi-nisvan!

Budur hali-müsəlman!

Gərəkdir edə məhdud

Öz övladını insan!

Sən, əmma, hələ qanma!

Inanmırsan inanma!

Fərəhlən əməlindən!

Utanmırsan, utanma!

Author

İklim

Follow Me
Other Articles
Previous

Bakı əcnəbi dillərin “işğalından” azad edilməli

Next

Nazim Hikmət

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme