Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Mənəviyyat

Sevginin möcüzəsi

By İklim
06 Avqust 2021 2 Min Read
0

Əziz Mahmud Hüdâyinin ustadı həzrət Üftadə bir gün dərgahda söhbət edərkən,- “Təzə üzüm olsa nə yeyərdik… Kim gedib Çəkirgə bağından üzüm yığıb gətirər?” deyir. Qış mövsümü idi, çöldə dizə qədər qar vardı. Tələbələr; “Bu qışda qarda üzümü olmaz axı… Ustada nəsə oldu, yəqin istiğraq halıdır, hər halda, tezliklə keçər,- deyə düşünürlər. [İstiqraq, ilahi eşqlə dünyanı unutmaq və özündən getmək deməkdir.]

Bu vaxt şagirdlərdən biri olan qazı Mahmud; “Bunun bir hikməti var, ustadımızın sözü bizim üçün önəmlidir,” deyərək iİcazə alır və Çəkirgə mahalındakı üzüm bağına gedir. Üzüm budaqlarından birini silkələyir və  tökülən qarın altında üzüm salxımlarını görür. “Bu mənim ustadımın möcüzəsidir,” deyərək, bir səbət üzüm toplayıb   qayıdarkən yolda quyuya  düşür. Boğazına qədər suyla dolu bir quyu idi. Ətrafda heç kim yoxdur. Səbəti islanmaması üçün yuxarı qaldıraraq Uca Allaha yalvararkən, quyunun başından bir səs gəlir: Bu səs,- Ey Mahmud!  əlini uzat, səni yuxarı çəkim!” deyir. Başını qaldıranda ona gülümsəyən bir adam görür. Əlini uzadır. Yuxarı qalxanda isə orada heç kəsi görmür. Səbəti çiyninə alaraq tələsik dərgaha gəlir.

Onu görən dostları təəccüblə üzümə baxarkən, həzrət Üftadə deyir; “Övladlarım, bilirəm ki, bu mövsümdə üzüm olmur. Məqsədim üzüməmi, yoxsa mənim sözüməmi daha çox dəyər verdiyinizi anlamaqdır. Üzümə dəyər verənlər itirirlər, heç üzüm tapmazlar. Sözümə dəyər verənlər tapsa da tapmasa da qalib gəlir. Bunu unutmayın, dinə də,  ustada da xidmət etmək çox çətindir.  Dostunuzun quyuya düşməsi və Xızırın onu xilas etməsi kimi … Burada  əzab çoxdur, amma   mükafat da çoxdur.,” deyir.

Beləliklə, qazı   Mahmud,  ustadının sözünə dəyər verdi və Qazı Mahmud ikən Əziz Mahmud Hüdayi həzrətləri oldu.

İklim.az

Author

İklim

Follow Me
Other Articles
Previous

Yanğınlar söndürüləcək….

Next

Ürəyi limanda qalan Rəşid Nəsiboğlu

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme