Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimai

Ruhum Qubadlıda qaldı

By İklim
29 Oktyabr 2021 3 Min Read
0

25 oktyabr Qubadlının işğaldan azad edildiyi gündür. Bu münasibətlə İham Əliyev və Mehriban xanım Qubadlı rayonuna səfər edərək ictimaiyyət nümayəndələri ilə görüşlər keçirmişdir. Bu görüşlərdə iştirak edən Qubadlı rayon sakini, əməkdar müəllim Ədalət Əsədov öz təəssüratlarını  oxucularla bölüşür.

Günə qiyməti, dəyəri il verir. Ötən ilə qədər 25 oktyabr bizim üçün adi günlərdən biri olduğu halda, 2020-ci il bu günü dəyərləndirib gözümüzdə ucaltdı. Yəni, 2020-ci ilin oktyabrın 25-i Qubadlımızın işğaldan azad edildiyi gün oldu. Bu il isə oktyabrın 25-də əzəli yurdumuz Qubadlıdayıq. İyirmi səkkiz illik ayrılıqdan sonra həsrətli övladları öz anasına qovuşmuşdu.

Ermənilərin burada törətdikləri vəhşilikləri, viranəliyi görüb daxilən ağlasaq da, ümumən ümidli və inamlıyıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin bir qrup nümayəndəsini doğma torpağına dəvət etmişdi. Mən də həmin görüşdə iştirak edirdim. Otuz dörd yaşında məcburən doğma yurdu tərk etmiş bir müəllim olaraq, indi 28 illik ayrılıqdan sonra ana-ata torpağındayam. Sevinc və qürur hissləri yaşayıram.

Prezidentimiz hamımızla səmimi görüşdükdən sonra çıxışı zamanı Qubadlının Baş planının artıq işlənib-hazırlandığını, ictimaiyyətə təqdim olunacağını və təqdim olunacaq dəyərli fikirlərə, ideyalara hörmətlə yanaşılacağını söylədi. Yeni “Qubadlı” yarımstansiyasının istifadəyə verildiyini, sovet dövründəkindən fərqli olaraq onun gücünün dəfələrlə çox olduğunu qeyd etdi. Bu da rayon iqtisadiyyatına öz böyük töhfəsini verəcək. “Biz Qubadlını yenidən quracağıq. Qubadlı əvvəlkindən daha gözəl olacaqdır,” sözlərini Prezidentimizin dilindən eşitdikdə isə ürəyim lap dağa döndü. Çünki hər birimiz Prezidentimizin “Mənim sözüm imzam qədər qüvvətlidir” fikrinin mahiyyətinə yaxşı bələdik.

Bu görüşdə ən xoşagələn cəhətlərdən biri də o oldu ki, işğaldan azad edilən bölgələr yenidən qurularkən tarixilik nəzərə alınacaq, regiona xas xüsusiyyətlər yaşadılacaq.

Təbii ki, Qubadlıda hamımızı sarsıdan burada gördüyümüz erməni vandalizmini idi. Qəbilə məxluqları keçmiş irsimizə çox sayğısız yanaşıb, hər daşı, binanı söküb, dağıdıb, viran qoyublar. Yaratmaq bunların təbiətində yoxdur, yaradanda da xarabalıq yaradırlar. Çünki ermənilər şərin qohumudurlar. Rayonun hər küçəsində, evində erməni vəhşiliyinin izini açıq aşkar gördüm. Dövlətimizin başçısı ilə birgə ictimaiyyət nümayəndələri şəhər ərazisini gəzdi. Bu gəzintidə hamımız erməni vəhşiliyinin bir daha şahidi olduq. Ürəyimiz çox ağrıdı, ancaq Prezidentimizin çıxışı, gəzinti zamanı səsləndirdiyi fikirlər ürəyimizin ağrısını azaltdı, könlümüzə su səpdi –O, “Qubadlını yenidən daha gözəl quracağıq” dedi.

Qubadlıda duyğusal olduğum bir məqamı da vurğulamaq istəyirəm. Müzəffər Ali Baş Komandanımızın Milli Qəhrəman Həmid Şükürovun atası Nəriman kişi ilə səmimi görüşməsi, bu ixtiyar kişini bağrına basması, onu qucaqlaması məni məndən aldı. Mən bir daha əmin oldum ki, Prezidentimiz İlham Əliyev böyük qəlbə sahibdir, şəhidlərimizə sonsuz ehtiramı var, eyni zamanda həm də çox sadə və təvazökar insandır. Dövlət başçısının çıxışında daha bir məqam da diqqətimi çəkdi ki, Qubadlının azad olunmasının böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Gorus-Qafan yoluna nəzarət, gömrük postunun yaradılması dövlətimizin imicini yaratdı. Bununla da Qarabağa daşınan qanunsuz yüklərin qarşısı alındı.

Prezident İlham Əliyev və xanım Mehriban Əliyeva ilə görüş hər zaman yaddaşımda yaşayacaq, yeni nəslin təlim-tərbiyəsində mənə xüsusi ruh, güc verəcək. Özüm Sumqayıta qayıtsam da ruhum yenə də Qubadlıda qaldı. Doğma yurd, salamat qal.

Əməkdar müəllim Ədalət Əsədov

Author

İklim

Follow Me
Other Articles
Previous

Hz.Mövlanənin məna dəryasından damlalar

Next

Tanrıya qurban edilən qız

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme