DOK HİL
Vurnuxuram neyləyim
Bilmirəm gecə -gündüz
Məni kasıb xəstənin çağırmayanda üstünə.
Bilirsinizmi niyə?
İnsanlara payladım bütün sevgimi elə.
Ona görə arvadım mənə nifrət elədi,
Oğlum əclaf böyüdü.
Ancaq mənə xoş idi hiss edəndə şəhərin
Məni çox sevdiyini.
Dəfnimdə insanların axınla gəldiyini.
Duyunca bu hörməti, mən belə mərhəməti
Sanki yarıb çıxacaq ürəyim bu sinəmi.
Elə ki, bu palıdın altdakı qəbrimdə mən
Başlamaq istəyirdim həyatıma yenidən,
Gördüm özü boyda dərdli Em Stentonu,
Gözləyir durub orda o da mənim yolumu.
***
ROCER HESTON
Erns Heydlə didişərdik həmişə,
İradə azadlığı yarayır bəs nə işə?
Bənzədirdim iradə azadlığını mən də
Pikkerin inəyinin örükləndiyi yerdən
Boynundakı çatının çatdığı yer qədərə .
Boynundakı çatını birdən qopardı inək,
Yürüdü üstümüzə yanmanca hirslənərək.
İradə azadlğı deyilsə bəs bu nədir-,
Deyə Ernest qışqırdı qorxusundan qaçaraq,
Mənisə ayaqladı ölümcül tapdayaraq.
***
MİSSİS SİBLİ
Ulduzların sirri -cazibə
Yerin sirri- daşın qatları.
Toprağın sirri – onun məhsulu
Toxumun sirri_ onun cücərməsi .
Kişinin sirri- o toxum səpəndir.
Qadının sirri – o topraqdır.
Mənim sirrim- o bir tayadır
Hansı ki, altında heç nə tapmırsan.
***
SARA BRAUN
Ağlama Moris,
Bu şam ağacı altda deyiləm mən, ağlama.
Həzin bu yaz mehindən tərpənir tər otlar da.
Göydə parlaq ulduzlar dan ulduzunu səslər
Yanağında qəm görsəm ürəyim titrər əsər.
Rahat nirvanasında sonsuz əbədiliyin
Qəmlənir qüssələnir xeyirxah qəlbli ərim.
Taleyimi əlində tutana söylə mənim
Səni də onun qədər sevirəm mən neyləyim.
Qovuşdum mən axırda min əzabla ruhuma,
Bir rahatlıq qazandım sonra da bu ruhumda,
Onu bil ki, göylərdə nigah yoxdu, sevgi var.
Rus dilindən çevirən Ayişə Nəbi