Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Ümumi

Həyatı yenidən yaşasaydım

By İklim
10 Fevral 2022 2 Min Read
0

Amerikalı yazar ERMA BOMBEKdən həyat düsturu olacaq cümlələr

Amerikalı yazar Erma Bombek (1927-1996) bir çoxu bestseller olan 15 kitab müəllifidir. Erma o qədər də asan bir həyat yaşamamışdır, kasıblıqla dolanmış, ömrü boyu xəstə olmuş, amma heç zaman  ümidsiz yazılar yazmamışdır. Evlənmiş, uşaqları olmuş, işsiz qalmış, qəzetdə ailə-məişət mövzulu sadə dilli, yumorlu yazılar yazmış, məşhurlaşmışdı. Xərçəng xəstəsi olsa da, əsla bədəninin həyatını idarə etməsinə imkan verməmişdir. Ancaq ölümündən öncə yazdığı son cümlələr bir həyat düsturu kimi dillər əzbəri olmuşdur.Bu cümlələri sizə təqdim edirik:

* Əgər həyatımı yenidən yaşaya bilsəydim xəstə olanda yatar dincələrdim.Mən olmasam hər şey qarışacaq deyə düşünməzdim.

* Qızılgül şəklindəki çəhrayı şamı saxlamazdım, yandırardım.

* Daha az danışar, daha çox dinləyərdim.

* Yer çirklənsə, süfrəm  ləkələnsə belə axşam yeməyinə daha çox dostumu dəvət edərdim.

* Mənə gəncliyindən danışmaq istəyən babama dah çox vaxt ayırardım.

* Ərimin məsliyyətlərinə daha çox ortaq olardım.

*  Paltarımın kirlənməsinə  fikir vermədən çəmənlikdə daha çox oturardım.

* TV-yə baxarkən daha az, həyata baxarkən daha çox ağlayar və gülərdim.

* Ömür boyu qarantiyası var deyilən heç bir şeyi satın almazdım.

* Hamiləliyimin tezcə başa çatıb uşağı doğurmaq yerinə boylu olmağın hər anından həzz alar və içimdə bir canlı yaratmağın necə  gözəl bir şey olduğunun fərqinə varardım. Bu o qədər nadir bir olaydır ki, elə bil möcüzədir.

* Uşaqlarım məni öpmək istəyəndə  əsla gedin əvvəl əllərinizi-üzünüzü yuyun deməzdim.Onlara daha çox “səni sevirəm”, ondan da daha çox ”üzr istəyirəm” deyərdim.

* Mənə başqa bir həyat verilsəydi onun hər dəqiqəsini dəyərləndirərdim. Diqqətlə bax, həqiqətən gör…yaşa, geri çəkilmə. Kiçik şeylər üçün şikayət etməkdən əl çək.

* Mənə oxşamayanlar, məndən daha çox şeyə sahib olanlar və kimin nə etdiyi məni maraqlandırmazdı. Bunun yerinə dostluqlarımı gücləndirməyə çalışardım. Sahib olduğunuz  fiziki, ruhi və duyğusal hər şey üçün  şükür edin.

* Təkcə bir həyatınız var və bir gün o sona çatacaq. İstərəm ki, hər gününüzü dəyərləndirəsiniz.

İklim.az

Author

İklim

Follow Me
Other Articles
Previous

Yel atlı Xıdır Nəbi

Next

Mücahid Rauf Dənkdaş

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme