03 Aralık 2024

OSMAN TÜRKAY

(Girnə, Ozanköy,1927–2001) Londonda jurnalistika və fəlsəfə oxudu.Şeirləri “Varlıq” və “Beşbarmaq” dərgilərində yayınladı.Daha sonra Londonda yaşadı, ingiliscə şeirlər yazdı, çevirmələr etdi.Şeirləri yunan, ispan, çex və s. dillərə çevrildi.

BƏSMƏLƏ

Bu gecə yuxuma girdi

Hər sabah yeni doğan günəş

Bu gecə günəşdən qopdu bir ayrı dünya

Bu gecə kosmosa uçdu ilk süni peyk

Bapbalaca bir ay

Bu gecə kainatda başqa bir sürət var

Topraqda kosmos, kosmosda atəş, atəşdə ulduz var

Bu gecə dünyamızın orbitində

Peyklər uçur.

Bu gecə dəmir səsli bəsmələ ilə vurdu saat

Bu gecə bəsmələ ilə çağırdı qələm:

Qoruyan bağışlayan Tanrı adıyla

Qalxdım yataqdan.

Nə ad, nə qürur, nə şan

Bəsmələ bəsmələ böyüdü başım,

Nə bulud nə üfiq nə ulduz

Bəsmələ bəsmələ gərildi axşam

Nə hirs nə yumruq nə sümük nə qan

Bəsmələ bəsmələ uzandı qollarım ayaqlarım

Ağzım, gözlərim, qulaqlarım

Alıcı və verici cihazlarım

Bəsmələ bəsmələ başıboş

Yapayalnız

Qoruyan bağışlayan Tanrı adıyla

Uzanıb kəhkəşana yatıram

Qoruyan bağışlayan Tanrı adıyla

Kosmosdakılara misralar satıram

Və sizdən danışıram

Qoruyan bağışlayan Tanrı adıyla

Yer üzünə günəşdən baxıram

Və ulduzlar bir salxım üzüm kimi qoparıb

Şarlatanların başına atıram.

**

ŞAİR UŞAĞIN SABAH DUASI

Tanrım nə olur belə hər gün

Göy üzü mavi

Hava isti olsun

Beşbarmaq dağlarının o üzündən

Günəş evimizə anam kimi doğsun

Arınmış sevinçlərlə dodaqlarımız

Öpsün işıqda titrəşən çiçəkləri

Yun əyirsin nənələr

Əmzirsin nur topu çağalarını analar

Qaranquşlar yırğalasın beşikləri

Tanrım ne olar ağlımız

Çöldə sərsəri itləri daşlamasın

Su kimi bilək dərslərimizi

Müəllim bir gün də

Dərsə şilləylə başlamasın

Tanrım nə olar Ay -ulduzun kölgəsində azad

Yaşayaq bir ömür boyu xoşbəxt.

Toroslardan əsən yeldə gəlsin ana südümüz

Tanrım nə olar resmi olsun gülsün bu gün

Bizə sərt baxmasın Atatürkümüz

Tanrım nə olar bir ömür boyu

Könül yanğılı türkülər söyləsin çobanlarımız

Unudulsun tarla tarla cücərən sızıntılarımız

Hora təpsin halay çəksin oğlaqlar

Qaval çalsın quzularımız

Tanrım nə olar ulu aydınlıqlarla

Uçur bizi iri çiçəklərin könlünə xoşbəxt

Dağdan dağa sovrulsun kəpənək tozlarımız

Anaç toyuqlar açsın qapımızı

Zəngli saat kimi vaxtında çalsın

Yuxudan sərsəm duran xoruzlarımız

Qu qu deyə quğuldasın göyərçinlər

Uçsunlar qanadlanıb yusufcuq quşu

Gözəl türkülər söyləsin sağsağan

Və bizi qorxutmasın

Tuneldən qatar çıxırmış kimi

Yuvasından önümüzə qəfil çıxan

Sərsəri qara ilan

**

URKİYƏ MİNƏ BALMAN

(Lefkə,1927- ) Kipr Türk Pedoqoji Kolleci məzunudur, müəllim işlədi. Kənd qızları və əhalinin yaşamı haqqında romantik şeirlər yazdı. Şeirləri “Türkə Doğru” dərgisində yayımlandı.”Kənd toyu”, “Yurduma gedən yollar” adlı şeir kitapları var.

 KƏND TOYU

Beş gündür səs saldı dəflə zurna bütün kəndə

Qız evində çalğıyla sırınır yorğanlar

Gənclər coşaraq oxuyur nəşəli türkü

Belə keçib gedir həyəcan dolu anlar.

Nağara səsiylə cehiz daşınır bir bir

Ağla, gəlin, yan, gəlin! Ürəyin para-para

Oğlan anası evdə döymə, səbzi bişirir

Gedin aparın xəbər o, nazlı yara…

Qızlar dövrə vurmuş axsam üstü günəşdə

Gəlin oynayır başında saçaqlı al duvağı,

Qadınlar testi qırar qapının eşiyində

Sözlər uğur gətirsin, qopmasın könül bağı.

Çalınır sabahlara qədər xına gecəsi

Sındıraraq oynayan iki oyuncu qadın.

Bir kəndi əyləndirir dəflə zurnanın səsi

Gəlin niyə ağladın qırıqdırmı qanadın!..

Parlayır alınlarda indi gümüşü pullar,

Bir uğultu duyulur indi xalq arasında.

Bu coşan nəğmələri könül hüzünlə dinlər

Xına yaxılır gəlinə tam gecə yarısında

Orda mağarda bu kənd, coşdu axşamdan bəri

Bu nə məsud gecədir, dəm vurur da ağalar.

O yanıqlı qəzəllər, oynaq kənd türküləri

Təzə bəyin qəlbində sonsuz xoş həyəcan var.

Bəyaz duvaqlı gəlin pilləkanda enir

Saçılaraq tökülür ortalığa şax pullar

Əllərində buxurdan tüstü verir nənələr

Ağlama nazlı gəlin, arxandan ağlayan var!.

Bu düyün həyəcanı deyiləcək sabah da

Budur gəlin ilə bəy artıq əl-ələ verdi.

İki həsrətli məsud, isti yuvalarında

Beləcə toy qurtardı; onlar murada yetdi.

***

HARİD FƏDAİ  

(Lefkə, 1930 -) İstanbul Üniversiteti Türkoloji Bölümünü bitirdi.Müəllim, müfəttiş, Kipr radio və Bayraq radio-Tv də və s. işlədi. 1940-cı ildən şeirlə məşğul oldu.

AÇIQ ÇAĞIRIŞ

Bir axşam Kıbrısa gəl qəfildən

Dolunay üzündə gülümsər kimi olsun.

Boynuma sarıl qucaqla, öp məni,

Ayaqların yerdən üzülü qalsın.

O süzgün baxışlı Türkmən gözlərin

Ürəyim çıxar açsan tək hörüklü saçından

Neçə yazın həsrəti var bu dərində…

Billur bir saraydır könlüm, hər yanı tağlı,

Yox sevdalara dönük, bilərsən!

Bənövşələr, yasəmənlər açarkən…

Gün axşamdı:

Yüzbirevlər növbətçinin nərəsi

Ağ yelkənlər hilal-içi sıralı,

“Altından mismarla çalınmış” qalmış, yatır.

Lüsiqnen artığı yaşlı şovalye,

Mazqal mazqal əsnərkən

Cəfər Paşa Hüseynidən səslənir,

Bir incəcik əlifdən.

Abe de la Pe’nin o tələskən rahibi,

Gecikmişdir yəqin ki,

Çəngəl uclu dəyənəyi yerə vuraraq keçir

Son sovrulan xırman kimi,

Qara cübbə bir yanda, bir yanda ipi…

Kordonboyu masaların əyləncəsi var bir azdan

Ağ çağrılı şamlar ilə rəmzlənən…

Gün axşamdı:

Bu nağılın həyəcanlı yerində,

Bir ‘qadın’ sevəcəksən, dedi könlüm, yavaşca,

Mütləq  bir ləl kimi, bir meh əsər kimi,

Yəni, Gülümsər kimi olsun!

Köçəri quşlar güneylərə uçarkən…

**

KUBİLAY BELİĞ

(KKTC, 1930-) Kıbrıs Türk Lisesi məzunudur. Amerika Tennesee Üniversiteti, West Virginia Üniversiteti, Sndey Üniversiteti və Ankara Qazi Pedoqoji İnstitunda magistr oxudu. “Kır Çiçəkləri” şeir kitabı var.  

 NƏMRUT

Bir əfsanəylə çalxalanır dağ zaman, zaman,

Dövlət diyarıdır dedilər görmək istədim.

Anlatdı, yazdı, vəsf elədi hər ozan,

Özüm gedib bu heybəti seyr eyləyim dedim.

Çıxdım ki, bir deyil, sayısız dev növbə tutur,

Bir an tərəddüd etdim görən hardayam, nəyəm.

Tanrım, demək ki, zirvədə bir başqa zirvə var,

Nəmrut Dağında tanrıların məclisindəyəm.

Hər an sehirli bir baxış altında varlığın,

Ruhunsa anbaan yeni bir transa girməkdədi.

Bax, ən sirli tablosu qarşındadır dağın,

Tanrıyla əl tutuşur insan bu zirvədə.

Hazırladı: Turan G.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir