Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Şeir

Ayişə Sevim: Sağalan

By İklim
01 Aprel 2022 1 Min Read
0

Torpaq tərk etdi ayaqlarımı

Xəta divarına dırmandığımda dəcəl uşaq kimi

İnsanın yaradıldığı torpağı

Palçıq sayan bir qövmlə yaşamağa məcburam

Həvva da yaradılmasaydı

Necə sızıldayardı qabırğaları insanın.

Quşlar! Neylərdiniz gizləsə göy üzü sizi?

Qadağan olsa başınızı qaldırmaq?

Qanadlarınız küləyin halalı deyildir artıq

Hansı ovçu sənə səndən çox zərər verə bilər

Mənsə quş olduğuna inandırılmış bir quş şəkliyəm

Tanrım, ölürkən bu qədər qanadla neyləyəcəm?

Cəhənnəm də xəyal qurarmı?

Bir gün cənnət ola biləcəyinə kim inandırdı onu

Halbuki “mən” deyincə firon

Xalq iştahla öpdü dodaqlarından

Bu öpüşdən milyardlarla “mənə” hamilə qaldı cəhənnəm

Od!Yandırıb qoyma bizi elə isə

İçimizdəki “heçi” dirilt

Və gizlə cəhənnəmin qəlbinin bir ovuc su olduğunu.

Eşqdən çürüyən necə tərk edildim deyər

Etiraz edəsi məntiqi yolun başında öldürülməmişdimi

bilirəm

Torpağın üstündə yeridikdən sonra

Yenidən torpağın altına göndərilənlər

bir millətdir

Mənsə şəfasında gizlənən xəstəlikləri

Marağıma yenilib sağaltdım

Xəstəliklər deyil sağalan mənəm.

**

Şəkildəki məzar

səsinə xına yaxmısan görüşməyəli
güllə keçirməz şüşədən olan gözlərin qırılmış
neçə il keçdi kaç işıq ili?
aramızdakı yer altı tünellərində itdim mən
sənə doğru əlimdə xəritəsiz yeriyirdim
çiynimdən yuxarısı ağlamaqdan silinmişdi
halbuki sevdiyin mahnılara sorğu otaqlarında işgəncələr etdim
sevdiyin qarlı günləri oda atdım
söyləmədilər yerini

kosmosdan uldızlar düşdü üzərimə görüşməyəli, yandım
səni tapanda
bir torba külək vardı nəfəsində sarıdın yanıqlarımı
o gün sevgilim bir eşq kimi qaraydın
tanrının insan oğlu qaldırammaz deyə yaratmadığı

məni tapanda isə küçənin başında ölmüşdüm
üzərimə gəzet kağızları qoymuşdular
qadınlar dikdaban ayaqqabılarıyla keçirdi üzərimdən
Avtobuslar, bir neçə qəhəqəhə, dəniz qoxusu keçirdi
kəndli bir adamın durup okuduğu fatiha geçiyordu
beni bulduğunda üzerime qəzet kağızları qoymuşdular
Qaldırıb, kölgənlə kəfənlədin məni
məni öptüyün günü üzərimə kürək kürək töküb
neçə işıq ili çəkdi heç qımıldamadım
beraber çekilmiş fotoğrafımıza gömdün beni

Author

İklim

Follow Me
Other Articles
Previous

Tarixə qanla yazılan gün-31 mart

Next

Quşqonmaz məscidin sirri

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme