Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Mənəviyyat

Övliya Rabiənin hikmətli sözləri

By İklim
14 Aprel 2022 2 Min Read
0

İlk övliya qadın, sufi, mistik, 8-ci əsərdə yaşamış, sevgisi ilə ucalıq qazanmış Allah dostu Ədəviyyəli Rabiənin hikmət boxçasında bir neçə sözü sizə təqdim edirik.

✿ İlahi! Mənim bütün dünyadakı işim və istəyim səni xatırlamaq və axirətdə sənin mərhəmətinə qovuşmaqdır, mən beləyəm. Amma sən nə istəyirsən onu et!”

✿ Bir də, ey Rəbbim! Ya mənə qəlb rahatlığı ilə dua etməyi nəsib et, ya da qəlb rahatlığı olmadan dua etməyi qəbul et.

✿ Dillə tövbə etmək yalançının işidir.

✿ Əgər belə tövbə etsək (səmimi və təsirsiz olan), o tövbə üçün də başqa bir tövbə etmək lazımdır. (Allahım! Mən belə bir tövbə edəcəyimə tövbə olsun, demək gərəkdir).

✿ Əgər səbr insan olsaydı, xeyirxah insan olardı.

✿ Mərifətin bəhrəsi izzət və əzəmət sahibi olan Allaha üz tutmaqdır.

✿ Arif, Allahdan qəlb istəyən adamdır. Haqq ona qəlb verərsə, o da dərhal onu müqəddəs və təvazökar olan Allaha qaytarar.

✿ Bəndə Allah sevgisini daddıqda, Allah o qulunun eyiblərini özünə göstərər. Beləliklə də, o, başqalarının eyiblərini görməz.

✿ Allahı sevdiyiniz halda Ona qarşı çıxırsınız? Nə qəribədir! Əgər sevginiz əsl sevgi olsaydı, şübhəsiz ki, Ona itaət edərdiniz. Çünki sevən sevdiyinə qulaq asar.

✿ Allahı sevən insanın sevdiyinə qovuşana qədər fəryad və fəqanı susmaz.

✿ Allahım, əgər cəhənnəm qorxusundan sənə ibadət edirəmsə, məni cəhənnəm odunda yandır. Yaxud cənnət həsrəti ilə sənə ibadət edirəmsə, cənnətini mənə haram et. Yalnız səni sevdiyim üçün sənə ibadət edirəmsə, onda məni əbədi gözəlliyindən məhrum etmə, ya Rəbbim!

✿ Mən qəlb qoruyucusu olmaq üçün yaradıldım. İçimdəki heç bir şeyin çölə çıxmasına, çöldəki heç nəyin də içimə girməsinə icazə vermirəm!

✿ Nə vaxt əzan səsini eşidirəmsə, sanki qiyamət gününün gəldiyi xəbərini eşidir kimi oluram. Nə vaxt qar yağdığını görsəm, əməl dəftərimin vərəqlərinin uçuşduğu anı xatırlayıram. Nə vaxt isti havaya düşsəm, qiyamətin istisini və hesab gününün hərarətini xatırlayıb əriməyə başlayıram…

✿ Bir dəfə köynəyimi hökumətə aid neft çırağının işığında yamamışdım, o zaman qəlbim  qırılıb parçalandı, tikişləri qoparıb sökənə qədər ürəyimi dincəldə bilmədim.

✿ Əgər insan öz elmində xəsislik edərsə, bu üç bəladan biri onu gec-tez vurar:

1-Ölmədən əvvəl elmi ondan uzaqlaşar.

2-Zalım hökmdarın qəzəbinə düçar olar

3-Öyrəndiyi biliyi unudar

Author

İklim

Follow Me
Other Articles
Previous

Antoni Hopkinsdən mənalı sözlər

Next

Yeni həyatına salam olsun

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme