Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Maraqlı

Hər millətdən bir söz

By İklim
26 Aprel 2022 2 Min Read
0

1.İnsanlar yaşadıqca qocaldıqlarını zənn edərlər, əslində yaşamadıqca (ömrü boş keçirdikcə) qocalırlar.-Malaziya

2- Nə qədər alçaqdan uçsan, yıxılanda bir o qədər az əzilərsən. -Tibet

3- Evlənmədən əvvəl gözlərinizi açıq saxla, evləndikdən sonra yarıya qədər yum.- Portuqaliya

4-Allahın gülü tikanlı yaratmasına heyrət etməkdənsə, onun tikanlar arasında bir gül yaratmasına heyrət et. -Ərəbistan

5- Başqalarını danladığın kimi özünü danla, özünü bağışladığın kimi başqalarını da bağışla. -Çin

6- Biri səni bir dəfə aldatsa, bu onun günahıdır, iki dəfə aldatsa sənin günahındır.- Rumıniya

7- Daşı deşən suyun gücü deyil, damcıların davamlılığıdır. -Braziliya

8- Bir ölkədə kiçik insanların kölgəsi uzanırsa, bu, həmin ölkədə günəşin batması deməkdir. -Çin

9- Bir adama balıq versən, bir dəfə doyar,  balıq tutmağı öyrət, ömür boyu doyar… -Çin

10- Zəncir, ən zəif halqası qədər güclüdür. -Britaniya

 12- Qapıdan içəri girmədən əvvəl ordan bir çıxışın olub olmadığını düşünmək lazımdır. -Rusiya

13- Tox olanda Xorasan itləri də şükür edər, əsas olan ac qalanda şükür etməkdir. -Ərəbistan

14- O biri sahil üçün döyüşməyən, öz sahilindən də olarsan. -Çeçenistan

15- Biz dünyanı babalarımızdan miras almamışıq, onu  övladlarımızdan borc almışıq. -Yaponiya

16- Qəlbində yaşıl budaq saxlasan, quş mütləq oraya ötməyə gələcək.- Çin

17-Gəzən axmaq oturan müdrikdən uzağa gedir. -Çin

18- Oyun qurtardıqdan sonra padşah və piyada fiquru eyni qutuya qoyulur. -İtaliya

19- Su qalxanda balıq qarışqaları, su çəkildikdə isə qarışqalar balığı yeyər.-İran

20-

21- Barmaq ayı göstərəndə barmağa yox, aya baxmaq lazımdır. -Maya

22- Önəmli olan ömrə illər əlavə etmək deyil, illərə ömür əlavə etməkdir. -Çin

23- Atı zorla suya apara bilərsən, amma zorla içirdə bilməzsən. -Fransa

24- Bir saatlıq xoşbəxtlik istəyirsənsə yat, bir günlük xoşbəxtlik istəyirsəndə balıq tut, bir illik xoşbəxtlik istəyirsənsə evlən, əgər ömür boyu xoşbəxtlik istəyirsənsə işini sev. Çin

25- İşarət barmağınla qarşı tərəfi göstərib günahlandırarkən diqqətli ol, çünki digər üç barmağın da səni göstərir. Britaniya

26- Dəyişiklik küləkləri əsərkən müdriklər yel dəyirmanları qurur, axmaqlar divar çəkər. -Çin

27- İçində yaşayacağın bir dünya xəyalı qurmaqdansa, yaşaya biləcəyin bir dünya qur! -Almaniya

28- Allah ağacın kökünə deyil, meyvəsinə baxar. -Ərəbistan

29- Eşitsəm unuduram, görsəm xatırlayıram, etsəm öyrənirəm. -Çin

30- Bir iti yedizdirib ona yuva verirsənsə, bu hələ itin sahibi olduğun demək deyil; iti tərk et,  əgər geri qayıdarsa, onda itin sahibisən! -Çin

31- Oturan qartaldansa uçan öküz olmağı üstün tuturam. -hind

32- Saraylar viran olanda hidayət dəlilərə qalır. -ivrit

33- Dirilər ölülərin gözünü yumar, ölülər dirilərin gözünü açır. -Afrika

Author

İklim

Follow Me
Other Articles
Previous

Gülyaz Əliyeva: Kimdir müqəssir

Next

Ayişə Nəbi: Hal və məqam

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme