Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Maraqlı

Xoşbəxtlik sağlamlıqdırmı

By İklim
06 May 2022 2 Min Read
0

Bədən və hissi xəstəliklər getdikcə artır. Braziliyalı doktor Drauzio Varella xəstəliklər haqqında özünəməxsus fikirlər söyləyib. Bu fikirlərlə sizi tanış edirik.

  • Əgər xəstə olmaq istəmirsinizsə onda hislərinizi dilə gətirin. Gizlədilmiş və ya basdırılmış həyəcan və emosiyalar qastrit, xora, disk yırtığı, bel ağrısı kimi xəstəliklərə səbəb olur.
  • Emosiyaların boğulması zamanla xərçəngə çevrilir. Yəni, sirlərimizi və səhvlərimizi kiminləsə bölüşməliyik!
  • Dialoq, danışıq, söz güclü dərman və əla terapiyadır!
  • Qərar verməlisən. Qərarsız insan özünə güvənmir, narahatdır və əzab çəkir. Qərarsızlıq bir sıra problemləri, narahatlıqları və münaqişələri artırır. Bəşər tarixi qərarlardan ibarətdir.
  • Qərar vermək, başqalarının uğur qazanması üçün özünün hansısa üstünlüklərdən imtina etməyi və itirməyi dəqiq bilməkdir.
  • Dəyişkən insanlar mədə pozğunluğu, əsəb xəstəlikləri və dəri problemlərinin qurbanı olurlar.
  • Olduğundna fərqli yaşamağa çalışma.
  • Həqiqəti gizlədən, iddialı olan, həmişə özünü xoşbəxt kimi göstərən, daim mükəmməl görünmək istəyən insan elə bil ki, tonlarla ağırlığı daşıyır. Bu, gil ayağı olan tunc heykəl kimi olmaqdır.
  • Aldadıcı görünüşlə yaşamaqdan pis bir şey yoxdur. Belə yaşayanların taleyi dərman, xəstəxana və ağr
  • Qəbul edə bil.
  • İnkar və özünə hörmət etməmək özümüzü özümüzdən uzaqlaşdırır.
  • Özümüzlə barışıq halda yaşamaq sağlam həyatın açarıdır. Bunu qəbul etməyənlər qısqanc, təqlidçi, həddindən artıq rəqabətçi və dağıdıcı olurlar.
  • Tənqidi qəbul et. Bu hikmət, bilgəlik və müalicədir.
  • Həll yollarını tap.
  • Neqativ insanlar həll yollarını tapa bilmirlər, problemləri böyüdürlər. Kədər, dedi-qodu və bədbinliyə gətirib çıxarırlar.
  • Qaranlığı qovmaq üçün bir kibrit yandırmaq gərəklidir. Arı kiçikdir, lakin ən şirin şeylərdən birini verir.
  • Biz nə düşünürüksə, elə oyuq.
  • Mənfi düşüncə xəstəliyə çevrilən mənfi enerji yaradır.
  • Etibar et.
  • Güvənməyən insan ünsiyyət qura bilmir, səmimi deyil, dərin və möhkəm əlaqələr yarada bilmir, əsl dostluq qurmağı bacarmır. Çünki güvən olmadan heç bir münasibət ola bilməz. Etibarsızlıq özünə inamın olmamasıdır.
  • Həyatını kədərlə yaşamaq
  • Yumor. Gülüş. Rahatlıq. Xoşbəxtlik. Bunlar sağlamlığa güc verir və daha uzun ömür yaşadır.
  • Xoşbəxt insan öz mühitini yaxşılaşdırır. “Yaxşı yumor bizi həkimin əlinə düşməyə qoymur.”
  • Xoşbəxtlik sağlamlıq və müalicədir.
  • İKlim.az
Author

İklim

Follow Me
Other Articles
Previous

Ayişə Nəbi: Sözlər toxum qoydu

Next

Otuz şaman öyüdü

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme