Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimai

Birinci Qarabağ şəhidi “Deyin hardadır”

By İklim
27 May 2022 2 Min Read
0


May ayının 27-də “Aydınlığa doğru” Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyində Birinci Qarabağ savaşının şəhidi, DİN polis kapitanı Mehdiyev Hüseynə həsr olunmuş “Deyin hardadır”sənədli filminin təqdimatı və nümayişi keçirildi.Rejissoru və ssenari müəllifi Mahir Dərviş, redaktoru Lalə ƏLiyeva olan film 2019-cu ildə çəkilmişdir. Filmdəki obrazları aktyorlar Tural Əhməd və Ləman Merri canlandırmışlar.
Birinci Qarabağ döyüşlərində qəhrəmanlıqla savaşan Şəhidin həyatından bəhs edən filmdə şəhidin həyat yoldaşı, döyüş yoldaşları, dostları, qardaşları onun haqqında xatirələrini və ürək sözlərini dilə gətirdilər, şəhidin yaşadığı ev və ondan qalan əşyalar ekrana gətirildi.
Təqdimat mərasimini “Aydınlığa doğru” İB-nin sədri Solmaz xanım Əmirli açaraq qonaqları salamladı və filmin yaranma tarixçəsini danışdı, İB-nin tanıtma çarxı göstərildikdən sonra sözü yazıçı-dramaturq Əli Əmirliyə verdi.”Şəhidlərin izi ürəyimizdədir” deyən Əli Əmirli şəhidlik, Vətən haqqında dolğun çıxış etdi.Sonra söz alan Lalə Əliyeva və Mahir Dərviş filmin çəkiliş prosesindən bəhs edərək, bu filmin çəkilişində sanki şəhidin ruhu bizə kömək edirdi, məhdud imkanlarla bu filmi ərsəyə gətirdik dedilər.
“Deyin hardadır” filmi nümayiş etdirildi.Filmin nümayişindən sonra üç ali təhsili olan şəhid Hüseyn Mehdiyevin həyat yoldaşı Telli xanım çıxış edərək filmin ideya müəllifinə, yaradıcı heyətinə və mərasim iştirakçılarına dərin təşəkkürünü bildirdi və həyat yoldaşı haqqında ürək sözlərini söylədi.
Tamaşaçıların ürəyinin sarı siminə toxunan bu film, sanki hamının kövrək hislərini oyadıb dilə gətirdi və mərasimdə iştirak edən şəhidin bacısı, qardaşı, qızı, OMONçu yoldaşları, döyüş yoldaşları, qohumları, veteran hərbi həkim və digərləri söz alıb çıxış etdilər.Sonra Solmaz xanım şəhidlərin və vətən fədailərinin ruhuna, qazilərin və əsgərlərimizin, ümumilikdə Vətənimizin rifahı üçün dualar etdi.
Mərasim çay süfrəsi və xatirə şəkilləri çəkdirməklə başa çatdı.
Bu gün daha bir şəhidimizi xatırladıq və şəhidlər qarşısında borclu olduğumuzu bir daha vurğuladıq.

İklim.az

Author

İklim

Follow Me
Other Articles
Previous

Stiv Cobs ölüm ayağında nə dedi

Next

28 may-Quzey Azərbaycan Cümhuriyyəti quruldu

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme