Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimai

Aşura günü nədir

By İklim
08 Avqust 2022 2 Min Read
0

Əsrlərdir xalqı yasa boğan, şəhid adına özünü döyüb ürəyini qan edən insanların xüsusi qeyd etdiyi aşura gününün anlamı, önəmi nədir?

Aşura ərəb təqvimində məhərrəm ayının 10-cu günüdür, məhərrəmin 1-i isə yeni ilin başlanğıcıdır, bunu bilirsiniz.

Fəcr surəsindəki (2) “And olsun on gecəyə” ayəsinə görə Aşura gününün Allah dərgahında xüsusi yeri var.   Bu gecələrə and içmək onların müqəddəslik və üstünlüklərinin ifadəsidir. Allah həmin gün müxtəlif dövrlərdə on peyğəmbərinə on nemət bəxş edib. Bu günün “Aşura” adlandırılmasının bir səbəbi də elə budur.

  Allahın verdiyi on nemət bunlardır:

  1. Hz. Musaya (ə) möcüzə göstərdi və dənizi yarıb ordusuyla birgə Fironu məhv edib.
  2. Hz. Nuhun (ə) gəmisi Cudi dağında lövbər salıb.
  3. Hz. Yunus (ə)  balığın qarnından xilas olub.
  4. Hz. Adəmin (ə) tövbəsi qəbul olunub.
  5. Hz. Yusif (ə) qardaşlarının atdıqları quyudan çıxarılıb.
  6. Hz. İsa (ə) həmin gün dünyaya gəldi və o gün göylərə çəkilib.
  7. Hz. Davudun (ə) tövbəsi qəbul olunub.
  8. Hz. İbrahimin (ə.s) oğlu Hz. İsmayıl anadan olub.
  9. Hz. Yaqubun (ə.s) oğlu Yusifin həsrətindən görməyən gözləri o günü görməyə başlayıb.
  10. Hz. Əyyub (ə) həmin gün xəstəlikdən sağalıb.  

 Hz. Ayişənin (ra) dediyinə görə, Kəbənin örtüyü Aşura günü dəyişdirilirdi.

 Müsəlmanlar, sadalanan müqəddəs hadisələrin ildönümü olaraq bu günü səadət əsrindən bəri həmişə qeyd ediblər. Bu günlərdə daha çox ibadət olunur, xeyirxah işlər görülür. Çünki hədisdə uca Allahın bu gün edilən ibadət və tövbələri qəbul edəcəyi deyilir. Oruc tutmaq isə daha fəzilətlidir.

Aşura günü xalq arasında daha çox Kərbəla faciəsi kimi bilinir.Hicrətin 61-ci ili məhərrəm ayının 10-cu günü İmam Hüseyn (r.a.) 55 yaşında ikən Kərbəlada Sinan bin Ənəs adlı xain tərəfindən vəhşicəsinə şəhid edildi. Bu zülmün arxasında Əməvi xəlifəsi Yezid və onun Kufə valisi İbn Ziyad dayanır. Yarım əsr əvvəl hz.Peyğəmbərimiz (səv) özü bu hadisənin olacağını xəbər vermişdi. Bu ağrılı hadisədən sonra Həzrəti Hüseyn cənnət cavanlarının ağası adlandı.

 Aşuranın önəmindən bəhs edən Hədisdə buyurulur: “Kim Aşura günü ailəsinə və əhli-beytinə hörmət etsə, uca Allah il boyu onun ruzisini bol və geniş edər”.

 Aşura günü hz.Nuh (ə)-dan bəri müqəddəs sayılmışdır.Bu gün oruc tutmaq isə hz.İbrahimin (ə) zamanında, hələ islamdan əvvəlki Cahiliyyə dövrü ərəblərində adət olub.Aşura günü hədik bişirmək adəti də Nuh (ə)dan qalmadır. Xilas olan gəmidə yemək qurtarır və baxırlar ki, dənli bitkilərin hərəsindən bir az qalıb, on cür taxıl varmış, hamısını töküb bişirir acından ölmürlər, bu da olur Aşura hədiyi.

Göründüyü kimi, tarixdə Aşura günündə, sadəcə qətl deyil, xoş, xeyirli işlər də olub.Odur ki, aşuranı yas günü kimi qeyd etmək Allahın digər lütflərinə qarşı haqsızlıq olur.İnsan həm dərdini çəkər, həm sevincin yaşar.Çünki islam yas dini olmadığı kimi, bu hadisəni də dini hadisə kimi qələmə vermək doğru deyil.

İklim.az

Author

İklim

Follow Me
Other Articles
Previous

Fazil Hüsnü Dağlarca

Next

EDQAR ALLAN PO:  ŞƏHRİZADIN MİN İKİNCİ NAĞILI 

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme