Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Yurdum

Şəhidlərimizi sevgiylə anırıq

By İklim
28 Sentyabr 2022 2 Min Read
0

Bir sabah ayılırsan ki, dünya başqa bir ab-havadadır. Hətta ayılanda görürsən ki, hələ sabah belə deyil. Gecədən düşmən hücum edib və bizim igidlər də ona layiqli cavab veriblər. O andan bütün xalq bir ürək kimi eyni ahənglə nəfəs aldı. Hamı düşmənə nifrət edərək vətəni müdafiəyə qalxdı. Döyüşə gedən oğlanlar toya bayrama gedər kimi ürəklə gedirdilər.

Çox vaxt “indiki cavanlar…” sözüylə başlayan narazılıq cümlələri deyirdilər gənclərin ünvanına. İndi bir anda o gənclər aslana çevrildilər, “papaq altda oğullar var” deyimi gerçək oldu. Bir yumruq kimi birləşib düşmənin  başına endi.

İki il əvvəl beləcə həyəcanla oyandıq və qələbə qazandıq. Üç minə yaxın igidimiz şəhid oldu, Qarabağ Azərbaycan oldu. Oğul verib torpaq aldıq. Torpaq bir başqa doğmalaşdı. İndi o torpaqda  ölümsüzlər uyuyur. İndi biz ürəklə qəhrəman xalqıq deyirik, həm də məhz o igidlərin hesabına.

O igidlər indi yaşaya bilərdilər, hamımız kimi həyat sürərdilər. Amma onlar qəhrəmanlığı seçdilər , fərqləndilər, bizdən ucaldılar.

44 gün hər kəs oyaq oldu, gözümüz qulağımız cəbhədə, ürəyimiz səksəkədə, dilimiz duada idi. 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev müntəzəm xalqa müraciətlər edirdi. Biz ondan xoş müjdəli xəbərlər aılmağa alışdıq, bu xəbərlərlə xoşbəxt olduq. Bir yandan da ürəyimiz dağlandı şəhid xəbərləri ilə. Amma hər kəs bilirdi ki, can verməlidir. Hər kəs bir sıra nəfəri idi qələbə yolunda. İlk qələbəmiz elə sentyabrın 27-də düşmənin ilk hücumuna verilən cavabdan bəlli idi. Alınan hər qarış torpaq xalqda böyük coşqunluq yaradırdı.

Xalq ruhlandı, igidlər atlandı və düşmən ermənini məhv etdi. Dəmir yumruq əməliyyatı uğurlu oldu, Ali baş komandan ətrafında bir yumruq olub düşmən başına endi.Bəli igidlərimiz şəhid oldu, torpağımız mənalandı.

Biz bu günü böyük bir hörmətlə, sevgiylə şəhidlərimizi anırıq, unutmuruq və bu gün Vətən müharibəsindəki zəfərimizi onlara borclu olduğumuzu bilirik.Ruhunuz şad olsun, ölümsüzlər.

İklim.az

Author

İklim

Follow Me
Other Articles
Previous

Sıradan çıxarılmış düşmən hərbi texnika və silahlarının, nəzarətə götürülən yüksəkliklərin siyahısı

Next

Ayişə Nəbi: Təbriz iz iz

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme