Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Şeir

Xəlil Rza Ulutürkün “Ana dilim” şeiri

By İklim
21 Fevral 2023 2 Min Read
0

Kim qorumur öz dilini,
itsin mənim gözlərimdən ilim- ilim

***

-Lay- lay dedim, yatasan,
Qızılgülə batasan…
Hardan gəlir bu səs- səda?
Bəlkə, illər arxasında
Layla çalır gəlin ana?
Dörd qulac ip
Bir yüyrüyü
bənd eləmiş kəhkəşana.
Layla çalır gəlin ana.
Yelləndikcə kiçik yüyrük
Gedib dəyir bu ulduzdan o ulduza.
Layla axır… cocuq baxır.
Bəs nə üçün mürgüləmir?
Bayaq ana südü əmib,
İndi ana ruhu əmir.
İllər ötdü, yaşa doldum.
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
doğransam da dilim- dilim.
Anladım ki, sinəmdəki sözlər deyil,
babaların nəfəsidir.
Dizlərimə taqət, qüvvət,
gözlərimə işıq verən,
Çənlibeldə at oynadıb
şimşəklərlə qoşa gedən
igidlərin nərəsidir.
Bu dildədir yüz abidə, min abidə,
Xilafəti parçalayan
Babəkimin qəzəbi də!
Məhv olarsa bir gün bu dil,
Göy Göl onda Göy Göl deyil.
Qoşqar onda Qoşqar deyil.
Qız qalası qala deyil.
Öz dilini sən qala bil!
Qərbə, şərqə işıq salan
Füzulini sən qala bil!
Sağdır dilim,
demək, sağdır şərafətim, ləyaqətim.
Sağdır, demək,
milyard yaşlı məmləkətim.
Yüz hədəfə tuş etmişəm
Sabirin hər sətrini mən.
Salxım- salxım nuş etmişəm
şəhdini mən, ətrini mən.
Külək deyil, güllə açdı
Təbrizimin yaxasını.
Boğazından çıxartdılar
loxmasını.
Lakin yenə o yaşadı,
qoruyaraq Möcüzün hər misrasını.
Mənim dilim məğrur baxmış
üzərindən gəlib keçmiş,
ürəyini dəlib keçmiş
oxların qanlı ucuna.
Baş əyməmiş fatehlərin qol zoruna,
dil zoruna,
qılıncına, qırmancına!
Baş əyməmiş! Baş əyməyir!.. Əyməyəcək!
Cabbarların türbəsinə
bahar özü qoyur çələng.
Ürəyimdə od qalamış
min- min arzum, əhdim mənim.
Bax, bu dildə «Hücum!» deyib
İtaliya dağlarında
dağ çəkmişdir faşistlərə
Mehdim mənim!
Bax, bu dildə şer dedi
Səməd Vurğun hər obada.
Qucaq- qucaq gül gətirdi
gözəl qızlar o ustada.
Qəlbim- bahar şəlaləsi,
sevinc yığır, ah dağıdır.
Mənim dilim Göy Göl, Xəzər,
mənim dilim Şahdağımdır!
Qoy dilçilər öcəşsinlər,
yoxdur bəhsə meylim mənim.
Heç bir dildən əskik deyil
bəşərin dil ağacının
şah budağı dilim mənim!
Təkcə cümlə deyil, təkcə səs deyil,
Xalqımın gözünün odu- ziyası,
canı, şah damarı, arteriyası,
ən böyük mirası sabahkı nəslə!
Zamandan zamana, əsrdən əsrə
vuruşla yol gələn davalı dilim!
Babək qılıncının davamı dilim!
Kim qoruya bilməyirsə
öz yurdunu, yuvasını,
udmasın yurd havasını.
Kim qorumur öz dilini,
itsin mənim gözlərimdən ilim- ilim,
O sahili bu sahillə birləşdirən
polad körpüm, qılıncımdır,
günəşimdir mənim dilim!

Author

İklim

Follow Me
Other Articles
Previous

“Evliliyinizə yardım edin” kitabı

Next

31 mart soyqırımı erməni vəhşiliyi

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme