Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Şeir

Luiz Qlück:Taxta oturmağa hazır hökmdar kimi

By İklim
17 Oktyabr 2023 1 Min Read
0

Nobel mükafatçısından iki şeir

Luiz Qlück: (1943-13 oktyabr 2023) Luiz Qlück Nyu-Yorkda anadan olub və Lonq Islandda böyüyüb. Sarah Lavrens Kollecində və Kolumbiya Universitetində oxuyub. Doqquz şeir kitabı var. “Ararat” adlı şeir kitabı 1990-cı ildə Rebeka Conson Bobbitt Milli Poeziya Mükafatını, “Vəhşi Lalə”  kitabı 1993-cü ildə Pulitzer mükafatını qazanıb. 2003 və 2004-cü illərdə Amerikanın baş Şairi adına layiq görülüb.  Bollingen mükafatı və Guggenheim və Rokfeller fondlarından təqaüdlər alıb. William Kollecində dərs deyib. 2020-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatını alıb.13 oktyabr 2023-cü ildə vəfat edib.

BALKON

Yayın sonu. Belə bir gecə idi,

Bir otaq kirələmişdik, yadımdadır, balkonu vardı

Neçə gün, neçə gecə? Bəlkə beş, bəlkə daha yox

.

Bir-birimizə toxunmayanda belə sevişirdik.

Yay gecəsi kiçik balkonumuzda durmuşduq,

Uzaqdaydı insan həyatının səsləri

.

Taxta oturmağa hazır hökmdarlar kimiydik

Düz qarşımızdaydı itaətkar xalqımız

O zaman hələ eşitmədiyimiz bir aria. Radio səsi.

.

Ölür kimsə sevgidən, tək xoşbəxtliyi də alınıb əlindən

İndi tənha  bir adam

Yoxsullaşmış, gözəllikdən uzaq

.

Dözülməz bir kədərin  həyəcan notları, təcrid və dəhşətin,

Yeyinləyən füqurları yavaşlatmağın imkansızlığı

Dərin sularda sürükləndilər

sərxoşcasına

.

Çox kiçik bir səhv.Uzun illərdən sonra

Yeganə yadigarıdır o otağın, o otaqdakı saatların

.

***

ON İL

Hansı sevinc toxunur

Bir təsəlli ritualına? Bir boşluq

.

Görünür dünyada

Bir şok, olduqca dərin, dəhşətli

Onun gücü tarazlaşdırır dərk edilən dünyanı

.

Sən bir məxluq idin mağaranın kənarında

Sonra bir an gəldi,

gözləri

bir şey gördü

.

Bahar: Uçurumun gözlənilməz tufanı

Və həyat

Yenidən dolan:  

Ən axırda

Yer

Hər şey üçün tapılan.

Author

İklim

Follow Me
Other Articles
Previous

Ayişə Nəbi: Şəhid qızının diləyi

Next

Repressiya qurbanı Muxtar Hacıyev

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme