Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimai

Göylərin çağırdığı gənc

By İklim
08 Aprel 2024 2 Min Read
0

Bu gəncin adı İslam Muradovdur. O, 2005-ci ildə Qırğızıstanda anadan olmuş, demək olar ki, bütün həyatını orada keçirmişdir. Onun ən böyük arzusu pilot olmaq idi və bu arzusunu gerçəkləşdirmək üçün o, çox çalışdı. İslam, dədə-baba adətinə görə “Elm Çində də olsa get” öyüdü ilə pilot olma hədəfinə doğru yol aldı. 2022-ci ildə əvvəl Türkiyəyə, oradan da Yaponiyaya getdi. Bu uzaq ölkədə göylərdə uçmağın sirlərini öyrənir və JAA -Yapon Aviasiya Akademiyasında  “日本航空学校” təhsil alır.  

Fərqli bir kültürə sahib olan bu ölkəyə gedişi ilə onun həyatında çox şey dəyişdi. Yapon dilini  daha da mükəmməlləşdirdi. İslam burada təkcə dərs oxumaqla kifayətlənmir, o həm də Wind Orkestra Band musiqi klubunun üzvüdür və klubda ritm şöbəsində nağara çalmaqla məşğul olur.

Bir müsəlman olaraq Yaponiyada yaşamaq ona bir az çətin olsa da, o, bunun öhdəsindən yaxşı gəlir, yaponlar ona öz adət ənənələrini təlqin etdikləri zaman, o da qürurula onlara öz adət ənənələrindən, milli dini dünyagörüşündən, mədən yaşantılarından bəhs edir.  

Gənc İslam, pilot olmaq üçün getdiyi Yaponiyada öz xalqını layiqincə təmsil edir və  müasir texnika-texnologiyanın sirlərini həvəslə öyrənir. Vətənin göylərinin gələcəyi belə türk gənclərinə əmanətdir.

Author

İklim

Follow Me
Other Articles
Previous

AYİŞƏ NƏBİ: QƏLBİN NECƏDİR

Next

Dilimizin və tariximizin kökənlərinə doğru

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme