Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Şeir

Birxan Kəskin şeirləri

By İklim
25 May 2024 2 Min Read
3

Birxan Keskin, (1963 ) türk şairi, yazıçısı. 1986-cı ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin bitirib. İlk şeirini 1994-cü ildə çap etdirib. 1995-98-ci illərdə “Göçebe” jurnalını çıxarıb. Nəşriyyatlarda redaktor işləyib. 1991-2002-ci illərdə beş şeir kitabı nəşr olunub.

QARIŞQA

Ruhumdakı səbrlə, ürəyimdəki sevgi ilə qurdum

Meşənin altındaki o odlu  tor  yolu

Yetər ki oxu onu.

Sənin gördüyün ağzımın ucundakı duadır,

Ayaqlarımın altında yerə tökdüyüm

Göz yaşlarına inanırdım. Dünya elə uzundur ki;

Qıvırılmağa, bükülməyə,  vərəq kimi açılmağa,

Bir yol getməyə,  bir ömür bir yol olmağa.

Ah! Yenə də yolumdakı kədəri heç kim bilməsin,

 böyüsün, genişlənsin, ömrümə dolansın;

Qapısı çoxdan bağlıdır, pəncərəsi pərişan.

Kim anlayacaq bu qor əlamətlərini?

Heç kimin dilində oxumasın İçimdə dağılan.

Düzəndə və dağda gizlənmiş bir mavi üçün

yola düşdüm. Mənim vəhşi bir hayqırışım var,

Uzun müddət keçdi, küləyə verdim onu.

Qışa girdik, qışdan çıxdıq

Amma dəyişmir insanlar

Qarışqa duası deyirlər toxuduğum yola..

***

AYRILIQ

Neçə gecenin çölüdür bu ayrılık

Neçə şeirin dölüdür üstümə

örtdüyün bu incə səssizlik

qəlbim, alış artıq, qır özünü

öz divarında, səsini

öz divarına hayqır.

Təsadüfən birbirinə rastlamış

başqa başqa sevgilərsiniz siz artq

gecəylə gündüz kimi bir-birinə

ayrılmış. O ki, rüzgar, bir zaman

sənin çölündə qumlar uçurmuş,

o ki, gecə və əsmər, görmür

səhrayı, səsi içində qarışmış.

Hər ayrılıqda özünə saplanan bir xəncər

Öz səbrini ölçən daş,

Öz yuxusuzluğunda yataq oldun.

kül qoy indi yanına közünün

səni qovuran onu da yandırmasın.

Eşqlə bəslə özünü, gül yetişdir,

əvənköməci gülü çoxalt.

ki, sən eşqdən və ayrılıqdan

başqa nə anlayırsan.

***

İTƏNLƏR ÜÇÜN YANIB

Ey ölümdən və həyatdan olma uşaq

Sən Sonanı və dənizi tanıyırdın

İndi özünüzə başqa bir sual tap

bir dəniz şəfəqi niyə düşsün bir salın dalınca

məsələn,

Ölümdən və həyatdan çox danışdıq

susqun, ağızsız, sözsüz

ilahi bir xorun gülümsəməsini istəyirəm mən

yerli yersiz

həm kiçik bir gülümsəmə üçün niyə

böyük zarafatlar gərəkir bizə

və niyə dəlilik beşinci mərtəbədə tutur insanı

və bu mərmər insanlar necə olur da

revmatizmadan bəhs edirlər?

Ey ölümdən və həyatdan olma uşaq

hüt hüt quşunu və göz yaşını bildin

yaxşı, niyə bir Nyuyork tapır özünə

tatara bənzəyən və balkonlu qızlar

saçlarını sərəndə çinar altının sərin sabahlarına

və bir şairin üzünə niyə qurdlar düşər hər axşam

durduğu yerdə bir dəhliz tənhalığına…

Author

İklim

Follow Me
Other Articles
Previous

Jipar İsabayeva: İnsan məhəbbətdir

Next

Ayişə Nəbi: Qarışqa və astral sərhəd

3 Comments
  1. betrupeesgame dedi ki:
    12 Aprel 2026 tarixində, saat 20:30

    Just discovered betrupeesgame. Hmm, not sure what to expect, but willing to give it a shot. Anyone got feedback for me? Find out more here: betrupeesgame

  2. eejlcasinologin dedi ki:
    12 Aprel 2026 tarixində, saat 20:30

    Heading over to eejlcasinologin to try my luck tonight. Hope the payout is generous! Wish me luck, everyone! You can go here: eejlcasinologin

  3. fundalorcasino dedi ki:
    12 Aprel 2026 tarixində, saat 20:30

    Spent a bit of time at fundalorcasino last night. Could have been better, could have been worse! Your mileage may vary. See for yourself: fundalorcasino

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme