Skip to content
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • insta
  • face
Şeir

Oktavio Pasın şeirləri

By İklim
05 İyun 2024 1 Min Read
0

 Meksikalı şair, yazar, diplomat, Nobel mükafatçısı Oktavio Pasın (1914-1998, Mexiko) iki şeirini təqdim edirik

.

SPIRAL

.

Gecəyə atılan bir fişəng kimi

Narın-narın çiçək açır qönçə gül –

Dümqırmızı çiçəkləyir qızılgül.

Parıldayan köpükdə qanadlanır

Qaranlığa saçılan fişəng kimi.

Dalğa-dalğa yayılır yer üzünə

 Külçə kimi sıxılır bu gızılgül,

Öləziyir qığılcım hərəkəti,

Bir ilbiztək daşa dönür içində.

Dartılaraq spiralın ipləri,

Genələrək bürüdü hər tərəfi-

Soyumadı zavallının ürəyi.

Dünən ilbiz qabarmış bir kölgəydi,

 Sabah isə işıq, külək və dalğa

Və köpükdə itib batan əks-səda.

***

.

İKİ BƏDƏN

Bəzən gecə yarısı

Ümman dalğası kimi

 Görüşür iki bədən.

.

Bəzən gecə cücərən

Bitki kökləri kimi

 Görüşür iki bədən.

.

Bəzən səhraya düşən

İki soyuq daş olur

Gecələr iki bədən.

.

Gecəyə parıldayan

 İki soyuq bıçaqdır,

 Bəzən bu iki bədən.

.

Axan iki ulduzdur

Göyün qaranlığında

Bəzən bu iki bədən.

.

**

Çevirən A.Nəbi

Author

İklim

Follow Me
Other Articles
Previous

Təbrizli Şəmsin 40 öyüdü

Next

Fatih Sultan Məhmətin “İstəməm” şeiri

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dərginin təsisçi və redaktoru: Ayişə Nəbi
ƏLAQƏ: e-mail: metamenn@gmail.com

ⓒ İklim Dərgisi 2026

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme