Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimai

Gülyaz Əliyeva: Televiziyanın Dina və zavırları

By İklim
11 İyul 2025 3 Min Read
3

Televiziyanın müasir aparıcıları və verilişlərin bəsitliyi haqqında

Zaur adını eşidəndə qonşumuz Fatmanisə nənənin “Zavır” deyə çağırdığı nəvəsi yadıma düşür istər-istəməz. Elə ki, günorta olurdu, əzandan qabaq Fatmanisə nənənin həbsdə yatan oğlunun üstünə tökdüyü külfətinin yeganə oğlan nəvəsi olduğu üçün üstündə əsim-əsim əsib ərköyün böyütdüyü və günorta yeməyi vaxtı yanğınsöndürən maşın harayı ilə:

— Zavır, ay Zavııııır! Haradasan, gəl danaaaa?! Gəlllll! Pomidorları qızardıb üstünə yumurta vurmuşam, gəl yeməyini yeeee!— deyə çağırdığı Zaur yadıma düşür. Hər günorta Zavırın hesabına hamı onların evində nə bişdiyindən xəbərdar olurdu. Zaurun Dürdanə adlı bacısı da var idi. Adına Dina deyirdilər. O da oğlansayaq bir qız idi. Ağzında saqqız bütün gün qardaşı ilə küçələri gəzir, evə yığışmırdı. Gecənin istənilən vaxtı da bu çağırışı “yeməyini ye” kimi yox, “evə gəl” siqnalı kimi eşidə bilərdin…

Hərdən qarı Dürdanəni də eyni səs tonu ilə çağırıb:

— Dinaaaa, Zavırı görməmisən? Görsən, deynən, gəlib zəkkumlansın danaaaa, işim-gücüm var, lobyanı qaynadıb düyüyə qatıb süzmüşəm, lobyalı aş dəmdədir, deynən tez gəlsin!– deyərdi. O səs, o danışıq hələ də  qulaqlarmda səslənir…

Odur ki, Zaur adı eşidən kimi yadıma həmin o Zavır, bir də onun Dina adlı bacısı düşür… Hər ikisi çox nadinc idi, sındırmadıqları şüşə, salba atmadıqları ağac, döyüb qaçmadıqları darvaza, hürdürmədikləri it qalmamışdı…Şüşə butulkaları sındırıb yola tökürdülır ki, keçəndə maşınların təkəri partlasın. Bir dəfə siçovulun üstünə neft töküb od vurmuşdular. Siçovul da qaçıb evə girmişdi. Evləri yandı…Öz əməlləri öz başlarında çatladı. Adları gələndə etdikləri yaramazlıqları  xatirimdə canlanır…Nəysə… mətləbdən çox yzaq düşdüm, deyəsən…

Bilmirəm ad qəhətliyidir, ya aparıcı olmaq üçün adın mütləq Zavır, yəni Zaur olmalıymış, nədir?  Televiziyanı açanda az qala hansı verilişə baxırsan, aparıcısının adı Zaurdur. Kütlə arasında 4 bərkgedən veriliş var, üçünün aparıcısının adı  Zaurdur deyə, heç o Zavırı mənə unutdurmurlar, sağ olmuşlar…

Açırsan televizoru, təsadüfən bir Zavırın şaqqanağı adamı diksindirir, eyhamlı baxışları, tənəli sözləri ilə adamı heyran qoyan bu Zaurun soyadı Baxşəliyevdir. Bundan diksinib keçirsən bir başqa verilişə baxmağa, başqa bir Zavırın şahidi olursan.  Pah! Bu Zavır da nə Zavır! Neçə illərdir sualları  tamaşaçıları heyran qoyur. Vurğusunun yerini düz qoymadığı:

— Hardansan?— sualı ilə…Kamaldır başdan-ayağa… Gör nə səviyyədə verilişdir ki, neçə qonaq sualların sambalının ağırlığına dözməyib verilişdən yarımçıq çıxıb gedib…

— Hirdalan haradır, ağız?

Bu biri, Fatmanisə nənə demiş, Zavırdan danışım…. baxırsan lay divar kimi boy-buxun, qaş-göz, saqqal-bığ… Qonaq çağırdığı müğənnilərə sual verir?

— Əriyin 1-ci arvadı ilə münasibətiniz necədir? Dalaşmısınızmı heç? Ərin sənə yaxşı baxırmı? Xərclik verirmi?

— Hansı qaynanana qulluq etmisən, 5-ci, ya 6-cıya?

— Özünün, yox e, paltarının qiyməti neçədir?

— Az pula toya gedərsən?

— Yarım saata neçə alırsan? 60 min? Az deyil? Fikankəs şoubiznesə dünən gəlib, 10 dəqiqəyə 100 min alır…Eyib deyilmi sənin üçün?!…

Hələ sizə Dinadan, pardon, yenə çaşdım, Xoşqədəmdən danışım. Nahidə adlı birini gətirib verilişə. Aylardır, bir gözəl veriliş aparırlar, bir gözəl veriliş aparırlar, gəl görəsən.  Demə ta…Bilmirsən canlı verilişdir, ya türk serialıdır. O gün də verilişdə Nahidənin xətrinə necə dəydilərsə, qız dilini belə çaşdırdı. Titrək, ürək dağlayan səslə:

— Artık kalbimi kırıyorsunuz, Hoşqedem hanum — deyibən  verilişi tərk etdi. Göz yaşlarına qərq oldu. Divara söykənib “Çalıquşu” serialının möhtəşəm musiqisi altında göz yaşlarını dəsmal olmadığından əlinin arxası ilə sildikcə adamın kalbinin…yox e, qəlbinin başı şan-şan olurdu. Harada, kimdə belə veriliş var?!

Bax, belə gözəl səviyyəli verilişləri, aktual müzakirələri qoyub camaat niyə başqa kanallara baxır,  anlamıram da, Vallah…

Author

İklim

Follow Me
Other Articles
Previous

Etibarlı insan

Next

Əl-aman savadsızlıq

3 Comments
  1. a5.game cassino dedi ki:
    21 Aprel 2026 tarixində, saat 20:04

    Oi! I’ve been playing at a5.game cassino, and it’s pretty exciting! Nice selection of games and the vibe is good. Worth checking out if you’re looking for some fun times. Take a peek here: a5.game cassino

  2. 192bet dedi ki:
    21 Aprel 2026 tarixində, saat 20:04

    Heard about 192bet. Got some decent slots supposedly. Gotta be careful though. Gambling ain’t a joke. Give it a try?: 192bet

  3. b7k dedi ki:
    21 Aprel 2026 tarixində, saat 20:04

    Just stumbled upon b7k. The interface looks pretty clean, definitely worth exploring if you’re looking for a new place to play. Check it out: b7k

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme