Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Ədəbiyyat

İsmayıl Əfəndiyev: Azad ruhu olmayan mükafatlanır

By İklim
23 İyul 2025 2 Min Read
1

Küçədə gəzən, gedən-gələn adamlara baxın. Minlərlə insan görürük, hamısı eynidir, bir-birini təkrarlayır.

 Şopenhauer 1819-cu ildə  “İradə və təsəvvür olaraq dünya” əsərində yazır ki, dünya ağıl və məntiqlə deyil, kor bir iradə ilə işləyir, bu kor iradə insanların dərin düşünməyi deyil,  çoxluğa uyğunlaşmağı seçməsinə səbəb olur. Bu səbəblə də dahilər tənhalığa məhkumdurlar. Çünki insanlar alışmadıqları şeyləri təhlükə kimi qəbul edir və fərqli fikir söyləyən ağıllı adamları qəbul etməzlər. Bu, cəmiyyətin öz-özünü qoruma mexanizmidir.

 Herbert Markus, “Tək boyutlu insan” əsərində yazır: Müasir cəmiyyət insanları itaətkar ruhda yetişdirir. İnsanlardan fikir istehsal etmələri deyil, itaət etmələri gözlənilir”.

Məsələn, yadıma gəlir, 20 il bundan əvvəl qonşuluqda terrorçular həbs olundu. MTN bizi də dindiririb sorğu sual etdi. Həmin ərəfədə qonşulardan biri sərxoş  halda birdən zabitə yaxınlaşdı və pirə getdiyini, sonra isə yaxşı yeyib-içdiyini söylədi. Siz, bun eşidən MTN zabitinin üzündəki məmnun ifadəni görsəydiniz…   

 Belə çıxır, cəmiyyətə intellektual ateist adamlar da lazım deyil. Türkiyədə və Azərbaycanda belə adamlara qarşı sui-qəsdlər olub.

H.O. Qasset,  “Kütlələrin üsyanı” əsərində deyir ki, cəmiyyətə uyan insan özünün sahib olduqlarına niyə sahib olduğunu heç vaxt düşünmür. Sadəcə, sahib olduğundan daha çoxunu istəyir.

Sistem ona güc, mövqe, etibar verir, amma mənəvi dərinlik və dərin düşüncə vermir.

Platon, “Dövlət” əsərində deyir,  ən ideal idarəetmə cəmiyyətin filosoflar tərəfindən  idarə edilməsidir. Ancaq, siyasi arenada kütləçi və dayaz adamlar daha çox və asan yüksəlir. Çunki, kütlə nəyi gözləyirsə, onlar da onu deyirlər.

Tomas Mann, “Cadugər” əsərində elmi karyera ilə məşğul olanların mühafizəkar və yenilikdən uzaq olduqlarını tənqid edir.

Niyə belə olur?

 Şopenhauer deyir ki, insanlar bir-birinin bənzərıdirlər. Azad ruha rast gəlmək mümkün deyil. Azad ruha malik olmayan mükafatlandırılır. Çünki, sistemin işləyişinə uyğunlaşırlar. Fərqli düşünən, fərqli olan isə cəzalandırılır.

Sürü həmişə özünə oxşayanı sevər.

Author

İklim

Follow Me
Other Articles
Previous

İçimdə danışan iki Mən

Next

İsmayıl Əfəndiyev: Xoşbəxt ölkə

One Comment
  1. Azer dedi ki:
    23 İyul 2025 tarixində, saat 15:01

    Azad ruhun bədəndə nə işi var? Ruhun maddi aləmlə əlaqəsi olmalıdır, yoxsa varoluş aləmində vaxt itirir, yer tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme