Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimai

27 sentyabr – Anım Günü

By İklim
27 Sentyabr 2025 1 Min Read
0

​

2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzü baş verdi. Azərbaycan Respublikası Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən uğrunda savaşa başladı.

Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Azərbaycanın igid oğulları rəşadət göstərdi. Əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə ilə birlik və həmrəylik göstərərək düşmənə ağır zərbələr endirdi. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən günahsız mülki insanları hədəfə almaqla təxribatlar törətdi, savaş meydanından uzaqda yaşayan dinc əhaliyə raket hücumları etdi.Günahsız insanlar həlak oldu.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid oldu, 100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşdü, 1000 nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi. Erməni tapdağında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Azad olunmamış torpaqlarımız da igidlərimizin yolunu gözləyir.

Azərbaycan xalqı və dövləti mübariz, igid oğul və qızlarının şücaətini yüksək dəyələndirir, şəhidlərimizin ruhunu unutmur, uca tutur. Azərbaycan Bayrağını azad edilən torpaqlarımızda dalğalandıran   qəhrəmancasına döyüşmüş, Vətənin azadlığı və bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizin ruhu şad olsun. Savaşda iştirak edən, qazi olanlara dərin ehtiramımızı bildiririk.

Bütöv və Böyük Azərbaycan ümidi ilə sabahlara yol alırıq.

İKLİM.AZ

Author

İklim

Follow Me
Other Articles
Previous

Vaqif Səmədoğlunun şeiri

Next

Həsən Kürün şeirləri

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme